FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır... - Hüquq-mühafizə orqanları NƏYİ GÖZLƏYİR?
Tarix: 29-09-2022, 09:40 | Çap et
Dövlətin pandemiya ilə əlaqədar sənişindaşımaya dəstək məqsədilə ayırdığı 7, 5 milyon manatın hamısının Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən "Bakubus" MMC-yə verilməsi digər daşıyılar arasında haqlı narazılığa səbəb olub. Daşıyıcılar Azərbaycan prezidentinə məktubla müraciət edərək pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı vəsaitin onlara verilmədiyindən şikayətləniblər. Qeyd ediblər ki, Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə "həyati vacib sərnişindaşıma sahəsinə" maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat (tədbirlər planın 10-cu bəndi) vəsait ayrılıb. Lakin tədbirlər planının 10-cu bəndində nəzərdə tutulmuş "həyati vacib sərnişindaşıma sahəsi" üçün ayrılmış vəsaitin bir hissəsi Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait onlara ödənilməyib. Pandemiya dövründə bu vəsaitin ayrılması dövlətin sərnişindaşıma sahəsinə diqqətini əks etdirir. Halbuki vəsaitin ödənilməsi ağır vəziyyətdə olan şirkətlərin fəaliyyətinə kifayət qədər müsbət təsir göstərərdi.
"Bizə bir manat da vermədilər"
DİA.AZ-ın məlumatına görə, "Azland Plaza" MMC-nin rəhbəri Azadxan Xanməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şirkət BNA-nın dövlətin ayırdığı vəsaiti ancaq "Bakubus" MMC-yə verməsindən narazıdır. Həmsöhbətimiz deyir ki, pandemiya dövründə bütün daşıyıcı şirkətlər əziyyət çəkib, ziyanla işləyib. Bəs hansı əsasla BNA dövlətin ayırdığı vəsaitin hamısını yalnız bir daşıyıcıya ayırıb? A. Xanməmmədovun sözlərinə görə, pandemiya dövründə onlar da digər daşıyıcılar kimi sərnişin çatışmazlığı ilə üzləşib: "Pandemiyada elə vaxt olub ki, yanacaq pulunu cibimizdən ödəmişik. Yəni xəttə çıxan avtobuslar heç yanacaq xərcini çıxartmayıblar. Pandemiyadan sonra digər daşıyıcı şirkətlər kimi bizim də vəziyyətimiz pisləşdi. Avtobusların xarab olan ehtiyyat hissələrini almağa maliyyə vəsaitimiz çatmadı. Məcbur olub qarajda olan avtobuslarımızı satışa çıxartmışıq ki, kredit borclarımızı verək. Axı biz müasir avtobusları xaricdən kreditlə almışıq. Bu gün də onların kreditini ödəyə bilmirik. Belə çətin anımızda dövlətin ayırdığı maliyyə vəsaiti bizim "əlimizdən tutardı". Amma bizə bir manat da vermədilər. İndi müflifləşmək ərəfəsindəyik. Çarəsiz qalıb avtobuslarımızı satışa çıxartmışıq ki, vəziyyətdən çıxaq".
BNA ayrıseçkilik edib
"General Avto Company" firmasının direktor müavini Asif Rüstəmov da vəziyyətlərinin pis olduğunu söylədi. A. Rüstəmov Sputnik Azərbaycan-a bildirib ki, pandemiya dövründə sərnişin olmasa da avtobuslar işləyib: "Həmin vaxt yanacaq çənlərni öz cibimizin vəsaiti hesabına doldurmuşuq. Bizə Dövlət Vergi Xidmətindən başqa heç bir dövlət qurumu bir manat da köməklik etmədi. Dövlət Vergi Xidməti sağ olsun ki, sürücülərin əmək haqqının 50 faizini ödədi. Həmçinin bizim kreditimizin faiz borclarının 10 faizini banka qaytarıb. Bu bizim üçün böyük köməklikdir. Amma pandemiyaya görə ayrılan vəsaitdən bizə heç nə verilmədi. Halbuki, bizim vəziyyətimiz, "Bakubus" MMC-dən də ağırdır. Pandemiyadan əvvəl stehsalat bazamızı yenilədik. Kreditlə müasir və bahalı avtobuslar aldıq. Bundan sonra pandemiya başladı. Sərnişin çatışmazlığı yarandı. Biz indiyə qədər də borc içindəyik. Müasir tipli avtobusların ehtiyat hissələri xaricdən gətirilir. Qiymətləri kəskin bahalaşıb. 100 manata aldığımız təkər 380 manat olub. Elə ehtiyat hissələri var ki qiyməti 4 min manatdır. Bu amillər onsuz da pis olan maddi vəziyyətimizi daha da ağırlaşdırır. Belə bir vaxtda BNA-nın daşıyıcılar arasında ayrıseçkilik etməsi doğru deyil. Biz də "Bakubus" MMC kimi sərnişindaşıma xidməti göstəririk". BNA-nın dövlətin ayırdığı küllü məbləğdə vəsaiti heç bir əsas olmadan ancaq "Bakubus" MMC-yə ayırması, sosial platformada da geniş müzakirələrə səbəb olub. BNA dövlət qurumu kimi səlahiyyətindən sui istifadə etməkdə, özbaşına qərar verməkdə günahlandırılır.
Niyə məhz "Bakubus"?
DİA.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BNA-nın bu qərarı özbaşınalıqdır. Ekspert bildirir ki, sərnişindaşıma ilə məşğul olan daşıyıcılara ayrıseçkiliyin qoyulması doğru deyil: "Bu məsələ prokurorluq tərəfindən də ciddi araşdırılmalıdır. BNA-nın bu qərarı verməkdə məqsədi üzə çıxardılmalıdır. Aydınlaşdırılaraq bu vəsait geri-qaytarılmalı, bütün daşıyıcı şirkətlər arasında göstərdikləri xidmətə müvafiq olaraq bölünməlidir. Çünki, nə cənab prezidentin imzaladığı sərəncamda, nədəki baş nazirin qərarında bu vəsaitin ancaq "Bakubus" MMC-yə ayrılması barədə bənd yoxdur. BNA-isə bu qərarını heç nə ilə əsaslandırmır. Belə çıxır ki, burada BNA-nın marağı var. Detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır". E. Muradlı deyir ki, əgər bu vəsait vaxtında daşıyıcılar arasında bərabər paylanılsaydı, indi şirkətlər müflis vəziyyətə düşüb avtobuslarını satışa çıxartmaz, gediş haqqının artırılması tələbini irəli sürməzdilər. Həmsöhbətimiz deyir ki, bu vəsait daşıyıcıların vaxtında avtobuslara texniki qulluq etməsinə, onların ehtiyat hissəsi almasına, sərnişindaşıma xidmətinin keyfiyyətinə də təsir edərdi.
7,5 milyon ayrılsa da, "Bakubus" MMC-nin avtobusları qarajda, sərnişinlər dayanacaqlarda qalıb
E. Muradlının sözlərinə görə, dövlətin ayırdığı vəsaitin qəpiyinədək "Bakubus" MMC-ə ödənilsə də, bu şirkətin sərnişindaşıma xidmətinin yüksəlməsinə bir təsir göstərməyib. Əksinə "Bakubus" MMC-nin xəttə çıxardığı avtobusların sayı azalıb. Nəticədə sərnişinlər saatlarla dayanacaqda avtobus gözləmək məcburiyyətində qalıblar. "Bakubus"a məxsus olan "Koroğlu"da, Zığda və Buzovnada yerləşən qarajlarda 500-ə yaxın avtobus saxlanılır. Gündüz saatlarında Zığdakı qarajda 300 ədəddən artıq avtobusun saxlanılmasını vizual olaraq müşahidə etmək mümkündür. Bəs bu zaman sual olunur ki, 7, 5 milyon manat vəsaiti "Bakubus" MMC hara xərcləyib? BNA işinin öhdəsindən gələ bilmir. Çünki, qurum üzərinə götürdüyü vəzifələrin yerinə yetirə bilmir. Nə ictimai nəqliyyatı inkişaf etdirə bilir, nədəki taksi fəaliyyətini tənzimləyir. Tənzimləyici qurum olsa da, daşıyıcıların heç bir probleminə kömək göstərmir. Əgər daşıyıcılar problemlərinin həllini prezidentə müraciət etməkdə görürlərsə BNA nəyə lazımdır? BNA-nın fəaliyyətinə heç bir ehtiyac qalmır.
BNA 7, 5 milyon manatı niyə "Bakubus" MMC-ə ayırdı?
Bakı Nəqliyyat Agentliyinin məbuat katibi Mais Ağayev dövlətin sənişindaşımaya dəstək məqsədilə ayırdığı 7, 5 milyon manatın hamısının "Bakubus" MMC-yə verilməsinin əsasının olduğunu, bunun səbəbinin tezliklə ictimaiyyətə açıqlanacağını söylədi. Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov "İctimai" televiziyada çıxışında dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7,5 milyon manatın "Bakubus" MMC-yə verildiyini təsdiqləyib. Amma vəsaitin hansı səbəbdən digər daşıyıcılara ödənilməsiməsi ilə bağlı fikir bildirməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|