Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                 

XTQ-çi Qazimizə Goranboyda bir qarış torpaq tapılmır... - Bəhanəyə baxın...
Tarix: 30-11-2022, 09:39 | Çap et
XTQ-çi Qazimizə Goranboyda bir qarış torpaq tapılmır...
7 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən, ikinci Qarabağ müharibəsi iştirakçısı, 3-cü qrup əlil Xəyal Abbasov Goranboy rayonunun Nadirkənd kəndində yaşayır.

Qazi müharibədən qayıtdıqdan sonra bir sıra problemlər, məmur süründürməçiliyi ilə qarşılaşdığını deyir. İki illik mübarizədən sonra son çarəni Toplum TV-nin qaynar xəttinə müraciət etməkdə görən qazinin əsas problemi torpaqla bağlıdır.

X. Abbasov müharibədən qayıtdıqdan sonra əkin-biçinlə məşğul olmaq istəyib və torpaq ala bilmək üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti də bu işə onların yox, bələdiyyənin baxdığını deyib, ora getməsini tövsiyə edib. Şikayətçi özü kənddə yaşasa da, istədiyi torpaq Goranboy rayonundan olduğu üçün o, Goranboy rayon bələdiyyəsinin sədri Şəmsi Əliyevin qəbuluna gedib. Bələdiyyə sədri ona 4 hektar torpaq sahəsi verib.

Saatlı rayonu, Dədəqorqud kənd sakini Cavanşir Abbasov deyir, onun adına 20-ə yaxın bank kartı açılıb....

Torpağın verilməsi ilə probleminin həll olunduğunu düşünən X. Abbasov yenə də məyus olub. Buna isə səbəb məcburi köçkünlərin həmin torpaqdan örüş yeri kimi istifadə etməsi olub: “Bələdiyyə sədri torpağı göstərib dedi ki, sezondur, get, yeri ək, sənədi də gələndə verərik. Gedib 3 dəfə texnika saldım, ancaq məcburi köçkünlər imkan vermədi. Deyirlər, icra hakimiyyətindən, torpaq şöbəsindən nümayəndə gəlsin, sənədi göstərsin, ondan sonra əkin-biçin et”.

Ona verilən torpağın örüş sahəsi olduğunu öyrənən X. Abbasov təkrar bələdiyyə sədrinin qəbuluna gedib. Onun sözlərinə görə, bələdiyyə sədri gəlib məcburi köçkünlərlə danışacağını desə də, vədinə əməl etməyib.

Bələdiyyə sədrindən ümidini kəsən şikayətçi məcburi köçkünlərlə bağlı tədbir görülməsi üçün polisə müraciət edib. Ancaq polis də torpağın sənədi olmadığı üçün bu işə bir əncam çəkə bilməyəcəyini bildirib.

Qazinin qaynar xəttə müraciətindən sonra Toplum TV Goranboy rayon bələdiyyə sədri Şəmsi Əliyevlə əlaqə saxlayıb. Bələdiyyə sədri isə açıqlamasında deyib ki, məcburi kökünlərlə bir dəfə danışıq aparıb, yenə də aparacaq: “Ora xəritədə örüş ərazisi kimi göstərilir. Mən məcburi köçkünə necə deyim ki, sən mal-qaranı bura salma. Biz bir dəfə məcburi köçkünlərlə danışdıq, amma X. Abbasov ərazinin 4 hektarı ona verildiyi halda 7 hektarına taxıl əkdi”.

X. Abbasov da bələdiyyə sədrinin dediyini təsdiqləyir, 7 hektar torpaqda taxıl əkdiyini etiraf edir. Buna səbəb kimi isə onun 10 hektar torpaq sahəsi istədiyi halda 4 hektar verilməsini göstərir.

Qeyd edək ki, bu məsələdə hər iki tərəf qanun pozuntusuna yol verdiyini özləri də etiraf edir. Bələdiyyə sədri xəritədə örüş sahəsi kimi göstərilən ərazini qaziyə verməklə məcburi köçkünlərin hüququnu pozmuş olub. Əgər həmin ərazi X. Abbasova verilərsə, o zaman məcburi köçkünlər mal-qarasını harada otaracaq? Qaziyə rayonun başqa yerlərindən torpaq sahəsi verilə bilməzdimi?

Digər bir qanun pozuntusu isə qazinin kənddə qeydiyyatda olduğu, yaşadığı halda rayonun mərkəzindən torpaq istəməsi, ona verilən torpaq sahəsi 4 hektar olduğu halda 7 hektardan istifadə etməsidir.

Torpağın sənəd məsələsinə gəlincə isə, bələdiyyə sədri bununla bağlı müvafiq quruma müraciət etdiyini və cavab gözlədiyini deyir: “Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və idarə hüquqları yalnız torpaq hərracları və auksionları vasitəsilə əldə oluna bilər. Sənədin verilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etmişəm. Müvafiq protokol təyin edilib. Mənə həmin orqan mülkiyyət hüququnu tanıdacaq çıxarışı verəndən sonra hərraca verəcəm, həmin vətəndaş da torpağı hərracda udacaq”.

Bələdiyyə torpaqlarının hərracında bir çox şəxslər iştirak edə bilər. Ancaq bələdiyyə sədri bu hərracın qazinin “udacağına” əmindir. Çünki, əslində torpağı qazi udmayacaq, torpaq qaziyə veriləcək.

Şikayətçi maldarlıq üçün rayon məşğulluq mərkəzinə də müraciət edib, ancaq buradan da adekvat cavab ala bilməyib.

Məsələylə əlaqədar Toplum TV- Goranboy rayon Məşğulluq Mərkəzinə sorğu ünvanlayıb. Bir neçə gün öncə oradan bizə vətəndaşla əlaqə saxlayıb problemi ilə maraqlanacaqlarını desələr də, hələlik bu baş verməyib.

X. Abbasov deyir ki, müharibədə yaralanıb hospitalda yatan zaman Prezident İlham Əliyev şəxsən onlara baş çəkib vədlər vermişdi :“Prezident şəxsən bizə baş çəkib gələcək həyatımızda bizlər üçün imtiyazların öncəlik təşkil edəcəyini, bu ölkədə bizim haqqımız və payımız olduğunu demişdi. Ancaq məmurlar, yerli icra orqanları bu sözə əməl etmədi”.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Toplum TV-ə qazilərin problemlərinin həlli üçün vahid bir komitənin yaradılmasının vacibliyini vurğulayıb: “Pay torpağının qazilərə iki dəfə, yəni iki pay verilməsi haqqında Heydər Əliyevin sərəncamı var. Bununla məşğul olacaq, bu kimi problemləri nizama salacaq bir dövlət qurumuna ehtiyac var. Ancaq bu yoxdur. Biz arzu edirik ki şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının bütün problemləri ilə bir qurum məşğul olsun. ASAN xidmət, Qaçqınkom kimi bir qurum da qazilərin problemlərinin həlli üçün yaradılmalıdır. Qazi də bütün problemləri ilə bağlı müxtəlif qurumlara yox, vahid bir quruma müraciət etməli və problemi həll edilməlidir.”.

X. Abbasov nə bələdiyyə sədrinin sözünü tutacağına, nə də Məşğulluq Mərkəzindən ona zəng gələcəyinə inanmır. O deyir ki, hazırda müharibənin və məmur özbaşınalıqlarının onda yaratdığı travmaları aradan qaldıra bilmək üçünsə psixi dispanserdə müalicə alır.

Məsələni diqqətdə saxlayacağıq.
//Toplum TV//

XTQ-çi Qazimizə Goranboyda bir qarış torpaq tapılmır...
XTQ-çi Qazimizə Goranboyda bir qarış torpaq tapılmır...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru