Üç qola ayrılan hakimiyyət və nüfuzunu itirilən gənc başçı... - Neftçaladakı seçkiqabağı vəziyyət
Tarix: 21-12-2023, 11:43 | Çap et
Mənbələrimiz bildirir ki, böyük ehtimalla Neftçalada seçkilər qeyri-aktiv və qalmaqallı təşkil olunacaq...
Azərbaycan seçki prosesinə daxil olub və artıq iki aydan da az bir müddətdən sonra xalqımız özünə yeni dövlət başçısını seçəcək. Elə indidən bu seçkinin qalibi şübhə doğurmasa da, yerlərdəki sosial-iqtisadi vəziyyət də seçkiyə müəyyən təslir göstərəcək. Bu təsirə uyğun olaraq yəqin ki, seçkilərdən sonra prezident İlham Əliyev öz komandasını bir daha saf-çürük edəcək və etimadı doğrultmayanlarla öz yolunu ayıracaq.
Bu baxımdan Neftçaladakı seçki öncəsi vəziyyət maraq doğurur. Söhbət heç də seçkidə prezidentliyə namizədlərin mübarizəsindən getmir, yerli məmurların seçkidən yararlanaraq vəzifə başına keçmək uğrunda apardıqları mübarizədən gedir.
Neftçaladan aldığımız ən son məlumata görə rayonda hakimiyyət üç qola parçalanıb. Qeyd edək ki, redaksiyamıza ünvanlanan bu məlumatlar bir neçə müstəqil mənbə tərəfindən də təsdiqlənib.
Bu qolların ən zəifinin başında Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov dursa da, digər qollara YAP rayon təşkilatının sədri Ülvi Fərzəliyev və başçının birinci müavini Şaiq Məmmədov rəhbərlik edir.
Bizə daxil olan məlumatda bildirilir ki, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev artıq bir müddətdir ki, Mirhəsən Seyidovu saymır və özünü onun yerinə bir nömrəli namizəd olaraq görür.
Maraqlıdır ki, YAP-a keçməsindən əvvəl Ülvi Fərzəliyev AXCP Neftçala rayon şöbəsində təmsil olunub. Sonradan YAP sıralarına daxil olan Fərzəliyev məhz Mirhəsən Seyidov tərəfindən irəli çəkilib və gənc başçı onu YAP rayon təşkilatının sədri vəzifəsinə layiq görüb. Hazırda isə Ülvi Fərzəliyev Neftçaladakı hakimiyyət daxili çəkişmələrin əsas fiqurlarından birinə çevrilib.
Belə ki, aldığımız məlumata görə Ülvi Fərzəliyev özünü “kölgə başçı” kimi aparır. O, Neftçala rayon İcra Hakimiyyətinin əməkdaşlarını YAP-ın qərargahına çağırır, onlara tapşışırıqlar və təlimatlar verir. Hətta Ülvi Fərzəliyev icra hakimiyyətinə gələrək şöblərə baş çəkir, onların fəaliyyətləri ilə birbaşa maraqlanır və bu zaman icra başçısına baş çəkməyi belə gərəkli bilmir.
Mənbələrimiz bildirib ki, Mirhəsən Seyidov bütün bunlardan xəbərdar olsa da, nədənsə YAP rayon sədrinə yerində oturtmaq üçün özündə güc və iradə tapmır. Mənbələrimiz qeyd edirlər ki, Mirhəsən Seyidovun YAP rayon təşkilatına sədrinə qarşı bu qədər gücsüz olması Ülvi Fərzəliyevin Bakıdakı əlaqələri ilə bağlıdır.
Neftçaladakı hakimiyyət çəkişmələrinin digər qolunun başında isə başçının birinci müavini Şaiq Məmmədov dayanır. Qeyd edək ki, Şaiq Məmmədov Neftçalanın keçmiş icra başçısı Seyfəddin Məmmədovun oğludur. Xatırladaq ki, Seyfəddin Məmmədov 1993-cü ildə Sürət Hüseynovun adamları tərəfindən qeyri-rəsmi olaraq icra başısı “təyin” edilib. Sonradan ulu öndər Heydər Əliyev tərəfindən onun təryinatı rəsmiləşdirilib. Surət Hüseynov həbs olunduqdan bir müddət sonra isə Seyfəddin Məmmədov bu vəzifədən azad olunub.
Şaiq Məmmədov da Mirhəsən Seyidov tərəfindən yüksəldisə də, o, rayonda “Leysanov klanı”nın əsas siması olaraq tanınır. Xatırladaq ki, sovet dönəmində Bahəddin Leysanov Neftçala Pambıqtəmizləmə zavoduna rəhbərlik edib. Müstəqillik dönəmində bir neçə rayonun pambıq zavodunu özəlləşdirərək iş adamına çevrilib. Hazırda Neftçalanın əsas iqtisadi zonaları onu nüfuzu altındadır və demək olar ki, son 40 il müddətində rayonda bütün hakimiyyət mənsubları onunla razılaşmağa məcbur olublar. Bahəddin Leysanov həm Neftçalada, həm də Salyan da daxil olmaqla qonşu rayonlarda biznes strukturlarına sahib olmaqla yanaşı, eyni zamanda geniş kadr şəbəkəsinə malikdir. Mənbələrimiz qeyd edir ki, Şaiq Məmmədov da Ülvi Fərzəliyev kimi Mirhəsən Seyidova qarşı qruplaşıb. O da icra hakimiyyətinin əməkdaşlarını və rayonun vəzifəli şəxslərini başına toplayaraq başçı olmaq üçün imkanlarını səfərbər edib. Leysanovun şəbəkəsindən aldığı dəstək isə onu daha da şanslı edir.
Neftçala rayon icra hakimiyyətinə yaxın olan bir mənbəmiz isə bildirib ki, böyük ehtimalla Neftçalada seçkilər qeyri-aktiv və qalmaqallı təşkil olunacaq. Mənbəmiz iddia edir ki, seçkilərdə problemlərin olması Mirhəsən Seyidovun mövqelərini daha da zəiflədəcək və nəhayətdə seçkidən sonra onun etimadı doğrultmayan biri kimi vəzifədəb azad olunması qaçınılmaz ola bilər.
Əslində Ülvi Fərzəliyevin və Şaiq Məmmədovun bu strategiyası mükəmməl görünür. Lakin əsas məsələ bu iki qruplaşmanın hansının hakimiyyət uğrunda mübarizədə üstünlük əldə etməsidir...
Mövzunu davam etdirəcəyik...
Mənbə: Poliqon.info Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35 |
|
|
|
• AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33 |
|
|
|
• Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25 |
|
|
|
• XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24 |
|
|
|
• Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19 |
|
|
|
• İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16 |
|
|
|
• Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14 |
|
|
|
• Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09 |
|
|
|
• "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02 |
|
|
|
• Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59 |
|
|
|
• “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55 |
|
|
|
• Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52 |
|
|
|
• Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49 |
|
|
|
• Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48 |
|
|
|
• “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35 |
|
|
|
• Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22 |
|
|
|
• Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19 |
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
|