Əhməd Əhmədzadədən vətəndaş şikayəti... - "Bənd tikdilər, evim qeybəçəkildi"...
Tarix: 16-12-2015, 09:25 | Çap et
2010-cu ilin yayında Kür çayının məcrasından çıxaraq daşqınların baş verməsi nəticəsində bir çox rayonlar kimi, Salyan rayon sakinləri də əziyyət, həmçinin zərərçəkmələrinə səbəb olub. Bu təbii fəlakətdən 5 il keçməsinə baxmayaraq, bir çox problemlər öz həllini tapmayıb. Problemlər o həddə çatıb ki, zərərçəkmiş vətəndaşlarla dövlət qurumlarının arasında bir çox məhkəmə çəkişmələri baş verib.
Belə bir məhkəmə çəkişməsindən biri də Salyan sakini Cəfər Hüseynovdur. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən baş vermiş təbii fəlakət nəticəsində Kür çayı sahilində Salyan şəhəri, H.Əliyev küçəsi 2 ünvanda aparılmış yeni bəndlər qurularkən Cəfər Hüseynovun xüsusi mülkiyyətində olan evi bəndin altında qalıb.
Cəfər Hüseynov iddia edib ki, ASC-nin apardığı işlər qanunsuzdur. Amma dövlət qurumu tərəfindən ona heç bir təzminat ödənilməyib. Buna görə də Cəfər Hüseynov Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən ona dəymiş 30 min manat ödənilməlidir.
Amma məhkəmə Cəfər Hüseynovun iddiasını əsassız hesab edib və təmin etməyib. Bundan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək hüquqlarının bərpa edilməsini istəyib.
Bu səbəbdən də iddiaçı apelyasiya şikayəti verərək, pozulmuş hüquqlarının bərpa edilməsi üçün daha yuxarı instansiyalarda işinin araşdırılmasını istəyib. Onun şikayəti vaxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Cəfər Hüseynovun sözlərinə görə, 2010-cu ildən başlayaraq KürAraz qovşağında suyun səviyyəsinin artması, bunun qarşısının səlahiyyətli qurumlar tərəfindən alınmaması nəticəsində Kür-Araz çaylarının yerləşdiyi ərazilər - Sabirabad, Salyan, Saatlı, İmişli və digər rayonlarda Kür-Araz çayları və Sarısu gölünün daşmasının qarşısını alan bəndlər
uçub: “Kür-Araz çaylarının daşması və güclü leysan yağışları nəticəsində, həmçinin bu daşqınlardan yaranan qrunt sularının təsirindən on minlərlə ev, minlərlə hektardan çox əkin, örüş sahələri su altında qalıb. Yüzlərlə ev uçub, minlərlə ev qəzalı vəziyyətə düşüb”.
“15 milyon manat ilkin vəsait ayrılıb”
İddiaçı qeyd edib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi, gələcəkdə belə halların qarşısının alınması üçün kompleks təbirlərin hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 19 may 2010-cu il tarixli 908 nömrəli “Kür və Araz çaylarınınn daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökümət Komissiyasının yaradılması haqqında” fərman verilib: “Həmin fərmanla Hökümət Komissiyasına uçmuş qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısının hazırlanması, təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcminin qiymətləndirməsi, müvafiq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi, onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlərin görülməsi tapşırılıb. Fərmanın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən 9 iyul 2010-cu il tarixli 197 nömrəli sərəncam qəbul edilib. Həmin sərəncama əsasən baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın , birdəfəlik maddi yardımların ödənilməsi, uçmuş, dağılmış bəndlərin bərpa olunması məqsədi ilə mərkəzi komissiya yaradılıb.Sərəncamın 9-cu maddəsinə əsasən Kür və Araz çaylarında daşqınların qarşısının alınması üçün mövcud bəndlərin təmiri və bərpası, yeni bəndlərin tikintisi, Kür-Araz çaylarında baş vermiş daşqınlar nəticəsində zədələnmiş, dağılmış, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan suvarma kanallarının, kollektor-drenaj şəbəkəsinin, bina və qurğuların bərpası və ya yenidən tikintisi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bunun üçün dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat məbləğində ilkin vəsait ayrılıb”.
Cəfər Hüseynov iddiasında daha sonra Kür və Araz çaylarının daşması nəticəsində dağılmış bəndlərin bərpası, yeni mühafizə bəndlərinin qurulması işini həyata keçirən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini ittiham edib. Onun sözlərinə görə, bu işləri görən zaman onun adına olan Salyan şəhəri, H.Əliyev küçəsi 2 ünvanda 1989-cu ildə tikilmiş və Salyan Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüquqi əsasında 1 dekabr 2001-ci ildə qeydə almmış 6 otaqlı, ümumi sahəsi 391,4 kv.m olan fərdi yaşayış evi yararsız vəziyyətə salnıb. O, qeyd edib ki, evi Kür çayının sahilindən kənarda yerləşməsinə, evinin xüsusi mülkiyyət əsasında ona məxsus olmasına, uzun illər həmin ünvanda yaşamasına, təsərrüfat qurub onu idarə etməsinə baxmayaraq Meliorasiya və Su Təsərrüfatı ASC heç bir xəbərdarlıq etmədən, əvəzi ödənilmədən Kür çayından 85 metr kənarda onun həyəti daxil olmaqla evinə bitişik şəkildə eni 10 metr, uzunluğu 45 metr ölçüdə bənd tikərək evə ziyan vurub: “ASC evin giriş-çıxış imkanlarını məhdudlaşdırıb, həyəti yararsız və istifadəsiz hala salınıb.Təbii fəlakətdən sonra Kür çayı sahilində aparılan bəndatma və sahilbərkitmə zamanı evinin yararsız vəziyyətə düşməsi ilə bağlı aidiyyatı qurumlara, o cümlədən bu işə cavabdehlik daşıyan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə və Fövqəladə Hallar Nazirliyinə, eləcə də yerli icra hakimiyyəti orqanlarına müraciət etmişəm. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu müraciətləri ətraflı olaraq araşdırıb lazımi ölçü götürməyib. Əksinə şikayət və ərizələrimə başdansovdu tərzdə davranaraq müraciətlərim yerli icra qurumlarına göndərilib. Şikayətlərimin həll olunub-olunmaması ilə maraqlanılmayıb”.
“Həyətyanı sahəm və evim yararsız hala salınıb”
Cəfər Hüseynovun sözlərinə görə, yerli icra qurumları problemi ədalətli və qanun çərçivəsində araşdırmayıb: “Prezidentin 19 may 2010-cu il tarixli fərmanı və Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli 197 nömrəli sərəncamı ilə təbii fəlakət nəticəsində dəymiş ziyana görə yerli sakinlərə məxsus zədələnmiş və ya dağıdılmış fərdi və ictimai yaşayış
evlərinin, istehsalat, məişət, iaşə və xidmət, habelə sosial obyektlərin bərpası və ya yenidən tikintisi Fövqəladə Hallar Nazirliyinə, Kür və Araz çaylarının sahillərində uçmuş, dağılmış bəndlərin bərpası, yeni bəndlərin qurulması isə Meliorasiya və Su Təsərrüfatı ASC-yə tapşırılıb. ASC-nin nizamnaməsinə uyğun olaraq respublikada iqtisadiyyatın müxtəlif sahələrini su ilə təmin edir. Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkili, suların istifadəsi və mühafizəsinə dövlət nəzarətini təmin edir. Həmçinin meliorasiya olunmuş torpaqlardan şor suların kənarlaşdırılmasını, sel və daşqın sularına qarşı mübarizə tədbirlərini həyata keçirir. Bundan başqa, ASC ölkə ərazisində mövcud olan çaylarda daşqın və sel sularının qarşısını almaq üçün sahil bərkitmə və bənd vurma işlərini həyata keçirir, yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır. Əlavə olaraq ASC transsərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını da təmin edir. Həmçinin ASC meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir, öz səlahiyyətləri daxilində layihələrin dövlət ekspertizasını aparır və təsdiq edir, büdcədən maliyyələşdirilən və sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Göründüyü kimi, daşqın sularına qarşı mübarizə tədbirləri görmək, çayların sahilində bəndatma və bərkitmə işlərini həyata keçirmək, bu zaman vətəndaşların təhlükəsizliyini, rahatlığını qorumaq, onlara hər hansı ziyan vurmadan bu işləri həyata keçirmək Meliorasiya və Su Təsərrüfatı ASC-nin vəzifələrindən biridir. Lakin ASC bu vəzifəni düzgün yerinə yetirməyib. Nəticədə daşqınların qarşısını almaq üçün lazımi və zəruri tədbirlər görərkən mənə məxsus 1989-cu ildə tikilmiş, xüsusi mülkiyyət hüququ əsasında mənə məxsus olan həyətyanı sahəm və evim yararsız hala salınıb. Belə olan halda mənə külli miqdarda maddi və mənəvi ziyan vurulub. Haqlı tələblərimə məhəl qoymayaraq Meliorasiya və Su Təsərrüfatı ASC-nin mənə məxsus evi və həyəti yararsız hala salınması ilə həyata keçirilən bəndatma işlərinə görə həyəcan, rahatsızlıq və mənəvi sarsıntı keçirmişəm”.
“Mənə həm maddi və mənəvi ziyan vurub”
Cəfər Hüseynov qeyd edib ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarına görə, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. O, bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin səhlənkarlıq edərək Kür çayının sahilindən kənarda, ona məxsus ərazidə, onun həyətyanı və evə bitişik sahəsində bəndlər qurub: “Bununla da mənə həm maddi və mənəvi ziyan vurub. Həm də haqlı tələblərimə ASC məhəl qoymayıb. Bunun üçün uzun müddət mənfi psixi reaksiya yaşamışam. Mənə dəyən maddi və mənəvi ziyana görə həyəcan və narahatlıq keçirmişəm”.
Cəfər Hüseynov apelyasiya şikayətinin təmin edilməsini, həmçinin , Meliorasiya və Su Təsərrüfatı ASC-dən 30 min manat tutulmasını istəyib.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Abdurəhim Hacıyev izahatında bildirib ki, Aşağı Muğan Meliorativ Sistemlərinin istismarı idarəsi tərəfindən təqdim olunmuş 26 aprel 2012-ci il tarixli digər arayışlar və etiraz məktubu mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadəsi qaydaları haqqında Nazirlər Kabinetinin 2003-cü il tarixixli 109 nömrəli ilə təsdiq edilmiş sənəd Cəfər Hüseynov tərəfindən qeyri-qanuni olaraq tikilməsi barədə arxiv sənədlərindən çıxarış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsi tərəfindən Cəfər Hüseynovun zəbt etdiyi torpaq sahəsinin qeyri-qanuni olması barədə məktubu, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərbaşdövlətlayihə” DBLI-nin texniki şöbəsinin baş mütəxəssisləri, Salyan rayonu İcra Hakimiyyəti başçısı aparatının Mülkü Müdafiə Qərargahının rəisi və Kür-Araz çaylarında Bəndlərin istismarı idarəsinin Salyan istismar sahəsinin rəisi tərəfindən Salyan şəhərində Kür çayı ilə bənd arasında və bəndin mühafizə zolağına düşən evlərin texniki vəziyyətinə keçirilmiş baxış haqqında akt, Kür-Araz çaylarında
bəndlərin istismarı idarəsinin rəisi tərəfindən məktub və əlavə olunmuş bəndin en kəsik profilləri, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövıət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı idarəsinin verdiyi Qeydiyyat vəsiqəsi və sair sənədlər Salyan rayon Məhkəməsinə təqdim edilib. Onun sözlərinə görə, təqdim olunmuş sənədlər əsasında Salyan rayon Məhkəməsi Cıəfər Hüseynovun bəndin sökülməsi və kompensasiya tələbinə dair iddiasını təmin etməyib: “Bundan sonra Cəfər Hüseynov Şirvan Apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsinin müvafiq qərarı ilə iddiaçının şikayəti təmin edilməyib. Bundan sonra o, Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib və məhkəmə onun iddiasını mümkün saymayıb. Bütün bunlar Cəfər Hüseynovun iddiasının əsassız olduğunu bildirir”.
Nümayəndə həmçinin çıxışında Cəfər Hüseynovun növbəti dəfə verdiyi apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Tərəfləri dinləyən hakimlər Cəfər Hüseynovun apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul ediblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
|