Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                 

İsmayıllıda başçı inhisarçılığı... - Mirdaməd Sadıqov necə sərvət sahibi olur...
Tarix: 2-01-2016, 14:04 | Çap et
İsmayıllıda başçı inhisarçılığı...
Mirdaməd Sadıqov son 2 ildə xeyli dəyişib və Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib.
«İsmayıllı Tkinti-27» ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır.
Manatın növbəti devalvasiyasından sonra ölkəmizin çətin sınaq qarşısında olduğu açıq-aydın görünür. Bu gün büdcə vəsaitlərinin qənaətlə və dürüst xərclənməsi, vətəndaşların rifahına yönələn addımların atılması gərəkdiyi halda, bəzi məmurlar məsələnin ciddiliyini qəbul etmir və öz səlahiyyətlərindən gen-bol sui-istifadə etməyə davam edirlər.
Xüsusilə də son zamanlar Azərbaycanın müxtəlif rayonlardan məmurların özbaşınalığı, sosial problemləri görməzdən gələrək büdcədən ayrılan dotasiyaları «tikinti-abadlaşdırma» işləri adı ilə həzm-rabedən keçirməsi barədə müxtəlif məlumatlar alırıq.
Bölgələrdə işsizlik, sosial problemlər əhalinin ciddi narazılığına səbəb olduğu halda, bu məmurlar heç nədən qorxmur və öz «səltənət»lərinə «müntəzəm» qaydada davam edirlər. Necə deyərlər, «böhran kasıblar üçündür, varlılar üçün yox». Son zamanlar Qafqaznews.az saytına göndərilən müxtəlif şikayət məktubları və məlumatlar arasında İsmayıllı rayonu və onun rəhbəri Mirdaməd Sadıqovun da adını görəndə təəccübləndik. Yəqin ki, cəmi iki il əvvəl baş vermiş İsmayıllı hadisələri bir çox oxucumuzun yadından çıxmayıb.
Ələkbərovların rayondakı rüşvətxorluq, saymazyanalıq və dərəbəyliklə müşayiət olunan «fəaliyyəti» insanların səbir kasasını daşırmış, nəticədə ölkəmizin dünya gündəmində də müzakirə olunmasına gətirib çıxaran iğtişaşlar baş vermişdi. Dövlət başçısı İlham Əliyev həmin hadisələrdən sonra, rayondakı vəziyyəti müsbət istiqamətdə dəyişmək məqsədi ilə, İsmayıllıda doğulan, rayon camaatına yaxşı tanış olan Mirdaməd Sadıqovu ora RİH başçısı təyin etmişdi.

Məlumatlardan belə görünür ki, çoxumuzun təcrübəli kadr və insaflı pedaqoq kimi ümidlər bəslədiyimiz M.Sadıqov son 2 ildə xeyli dəyişib və Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib. Xüsusilə də, Mirdaməd Sadıqovun tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait «yeməsi» barədə iddialar var.
Belə ki, Nizami Ələkbərovun vaxtında bir çox dövlət sifarişlərini icra edən, ənənəvi «tender qalibi» kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən «VAFİ-Region» MMC şirkətinin «qabaqcıl» yerini indi «İsmayıllı Tikinti – 27» ASC tutub. Məsələnin maraqlı tərəfi ondadır ki, M.Sadıqovun «etibarlı» şirkəti kimi tanınan bu şirkət də «VAFİ-Region» MMC ilə eyni ünvanda qeydiyyatdadır. Lakin bundan əvvəl də mətbuatın araşdırmaları nəticəsində məlum olmuşdu ki, bu ünvanda, yəni M.Orucov-100 ünvanında Ruhiya Cavadova adlı vətəndaş yaşayır və heç bir şirkətlə əlaqəsi yoxdur. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, «İsmayıllı Tkinti-27» ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır.
Belə ki, «İsmayıllı Tkinti-27» ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan çox büdcə vəsaitinin mənimsənilməsində iştirak edib. Həmçinin Sadıqovun sevimli «icraçı»ları arasında «Ağçay-48» və «ÜlviMİ» adlı MMC-lərin də adı çəkilir. Bu şirkətlərin hər ikisinin hüquqi ünvanı rəsmi sənədlərdə eyni ünvan – Aslanov küçəsi 17 göstərilib. Rayonda «siyam əkizləri» kimi yada salınan bu şirkətlər İsmayıllı şəhərində və kəndlərdə bağçaların, körpələr evlərinin tikintisi və əsaslı təmirinə cəlb olunur, müxtəlif «abadlaşdırma» layihələrinin əsas oyunçusuna çevrilirlər. Görünür ki, bu şirkətlər ya Sadıqovun yaxın çevrəsinə məxsusdur, ya da yeni icra başçısı rayona «adaptasiya» olmaq məqsədi ilə bəzi şəxslərin «biznes»inə yol açmağa qərar verib. RİH və kəndlərin icra nümayəndəliklərinin sifarişi ilə həyata keçirilən ərzaq alqı-satqısı isə ancaq və ancaq «N-L» MMC (Rəhbəri Rafiq Dadaşov) ilə görülür ki, bu da, açıq-aşkar «otkat» əməliyyatından xəbər verir.
Belə ki, ənənəvi «otkat» əməliyyatlarında dövlət sifarişi kimi nəzərdə tutulan məhsullar dəyərindən baha qiymətə müəyyən bir şirkətdən alınır, sonra isə həmin pullar dövlət məmuru ilə işbazlar arasında bölüşdürülür. İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov və onun yaxın çevrəsinin rayonda nəinki tikinti, bütün sahələrdə monopoliya yaratdığı, «sahibkarlığın inkişafı»nı ancaq dar çevrədə apardığı da qeyd olunur. Belə ki, məlumat verən mənbə İsmayıllıda iş görmək, yeni obyektlər açıb işsizlik səviyyəsini azaltmaq istəyən sahibkarlara «xüsusi seçim»lə yanaşıldığını, bu işlərin ancaq müəyyən qrupun icazəsi və xeyir-duası ilə baş tutduğunu bildirib.
Mənbə bildirir ki, başqa rayonlardan olan, xüsusilə də, qaçqın və məcburi köçkünlərin rayonda hər hansı biznes fəaliyyəti yaratmasına imkan verilmir, hətta RİH başçısı özü də dəfələrlə «gəlmələr» ifadəsi işlədərək, qaçqın və məcburi köçkünlərə qarşı ögey yanaşma nümayiş etdirir.
M.Sadıqovun dövlət büdcəsindən tikinti və abadlaşdırma üçün milyonlarla vəsaiti təkbaşına yemədiyini, rayonda möhkəmlənmiş kriminal mahiyyətli insanlarla bölüşdüyünü deyən mənbə əlavə edib ki, İsmayıllıda əhalinin sosial inkişafı üçün ciddi işlər görülmür, sadəcə insanların başını qatmaq üçün «kosmetik təmir»ə əsaslanan müxtəlif «abadlaşdırma» layihələrində müvəqqəti iş yerləri açılır. Buna görə də, M.Sadıqov «ortaq məxrəc»i tapdığını güman edir, lakin sahibkarlığın diskriminasiyaya məruz qalması, işsizliyin isə günü-gündən artması tamam başqa şeylərdən xəbər verir. Araşdırmalarımız davam edir, M.Sadıqov və onun başqa qaranlıq işləri barədə də, növbəti yazılarımızda ətraflı məlumat verəcəyik. (PIA)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru