PAN Gİ MUN SURİYADAN YANA NARAHATDIR
Tarix: 10-04-2012, 13:11 |
Çap et
BMT-NİN BAŞ KATİBİ BƏYANAT YAYIB
BMT baş katibi Pan Gi Mun Suriyada baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Bəyanatda baş katib «Suriyada davam edən zorakılıq və insan haqlarının pozulması və əhalinin qonşu ölkələrə qaçması faktlarından narahatlığını» ifadə edib. Eyni zamanda Pan Gi Mun qonşu ölkələrə Suriya vətəndaşlarına qarşı qonaqpərvərlik göstərdiklərinə və sərhədlərini açıq saxladıqlarına görə minnətdarlığını bildirib.
Baş katib son günlər ərzində ikinci dəfə Suriya hakimiyyətindən «dinc əhaliyə qarşı zorakılığa son qoymağı» BMT xüsusi nümayəndəsi Kofi Annan qarşısında götürdüyü öhdəliklərə əməl etməyi tələb edib.