POLİS VİTSE-POLKOVNİKİ RÜŞVƏTƏ GÖRƏ TUTULDU
Tarix: 10-04-2012, 15:27 |
Çap et
TİFLİS DƏ ANTİKORRUPSİYA TƏDBİRLƏRİNƏ GEDİR
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Baş Müfəttişliyi korrupsiya faktı üzrə yüksəkrütbəli polis əməkdaşını həbs etib.
Trend-in məlumatına görə, Gürcüstan DİN-dən bildirilib ki, Tbilisi Baş Polis İdarəsinin Kadrlar və mütəşəkkil təminat idarəsinin rəis müavini, vitse-polkovnik David Rexviaşvili 60 min lari (təqribən 37 min dollar) alması faktı üzrə saxlanılıb.
O bu məbləği "İndustriya-2" MMC-dən rüşvət şəklində alıb. Buna səbəb şirkətin DİN-in qarajının tikintisi üzrə tenderin qalibi elan edilməsi olub.
Saxlanılan şəxs günahını etiraf edib. Əgər məhkəmədə onun günahı təsdiq edilsə, vitse-polkovniki 15 ilədək həbs cəzası gözləyir.