Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                 

İCRA BAŞÇISININ SAMUX DƏHŞƏTLƏRİ
Tarix: 11-10-2011, 11:15 | Çap et
İCRA BAŞÇISININ SAMUX DƏHŞƏTLƏRİ

VİLYAM HACIYEVİN ÖZBAŞINALIQLARI İLƏ BAĞLI ÇOK ARAŞDIRMA

DİA.AZ: - Ötən günlərdə Samuxdan olan iş adamı Nəsrulla Nəzərovla rayonun icra başçısı Vilyam Hacıyev arasında olan qalmaqal haqda geniş məlumat vermişdik. Həmin yazıda mövzunu əlavə olaraq araşdıracağımıza və qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuza dair də anons vermişdik. Maraqlıdır ki, bu yazımızdan sonra V.Hacıyev birbaşa qəzetimizə açıqlama vermək əvəzinə digər mətbu orqanlarda müəmmalı şəkildə bizim yazdıqlarımıza təkzib verdirmək yolunu seçmişdi. Amma “Dünya” informasiya agentliyi olaraq obyektivliyi və doğruluğu təmin etmək üçün biz hadisəni yerində araşdırmaq qərarına gəldik. Amma gördüklərimizin qeydinə keçməzdən öncə

İş adamı ilə icra başçısının münaqişəsi

ilə bağlı qısa xatırlatma edək. "Samir-İstehsal" MMC-nin direktoru Nəsrulla Nəzərov bildirir ki, rəhbərlik etdiyi MMC ilə Samux rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə və şifahi göstərişlərə əsasən, 2006-2007-ci illərdə rayonun Nəbiağalı qəsəbəsində torpaq yollar asfaltlaşdırıldı. Görülən işlərin müqabilində Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 2008-ci ildə 334.441 manat ödəməli idi. Amma: "Görülmüş işlərə görə 2007-ci ilin may ayında icra başçısı Vilyam Hacıyev 334.441 manat borcdan 150.000 manat ödəsə də, sonra məndən həmin puldan 100.000 manatını geri istədi ki, prezidentin rayona gəlişi gözlənilir, prezident gəlib gedəndən sonra borclarımı qaytaracağam. Mən Vilyam Hacıyevin sözlərinə inanaraq istədiyi məbləği ona borc verdim. Cənab Prezident İlham Əliyevin Samux rayonuna səfəri başa çatdıqdan sonra icra başçısından verdiyim pulu geri istədim. Dedi ki, nə pul, sən mənə şər atırsan?"

N.Nəzərov həmçinin böildirirdi: "Samux rayon İcra Hakimiyyətinin "Samir-İstehsal" MMC-yə ödəməli olduğu məbləğin ödənilməsinə və rayonun icra başçısı Vilyam Hacıyevin şəxsən mənə və rəhbərlik etdiyim kollektivə yönəlmiş qərəzçiliyinin qarşısının alınması vacibdir".

Məhkəmə qərarına sayğısızlıq

Onu da bildirək ki, N.Nəzərov baş vermiş hadisəyə görə məhkəməyə müraciət edib, amma Vilyam Hacıyevin tutduğu vəzifəsindən qorxan hakimlər MMC-də çalışan 200-ə yaxın işçinin və onların ailə üzvlərinin haqqının tapdandığını nəzərə almadan bir-birindən köçürməklə ədalətsiz qərarlar veriblər. Bundan sonra iş adamı daha yuxarı instansiyalara üz tutub və Apellyasiya Məhkəməsi Vilyam Hacıyevin "Samir" MMC-yə 350 min manat pulun qaytarılması barədə qətnamə çıxarıb. Uzun müddət Samux rayon İcra hakimiyyəti ilə "Samir" MMC arasında davam edən məhkəmə prosesində icra başçısı Vilyam Hacıyev yenidən uduzub. Amma nə qədər qəribə olsa da məhkəmə qərarı bu günə qədər icra olunmamış qalıb. Samux rayonuna Neft Fondundan ayrılan 3.000.000 manat pul da icra başçısı V.Hacıyev tərəfindən mənimsənilsə də, "Samir-İstehsal" MMC-yə olan borcunu ödəməyib. V.Hacıyevin bu hərəkətindən sonra "Samir-İstehsal" MMC-nin maliyyə vəziyyəti çətinləşib.

N.Nəzərov deyir ki, rayon İH başçısı ilə dəfələrlə görüşüb və hər dəfə icra başçısı Vilyam Hacıyev deyib ki, "pul verilməyəcək, kimə şikayət edirsən et". "Abadlıq işlərini 2006-2007-ci illərdə görmüşük. Təxminən 7 kilometrə yaxın yol asfaltlamışıq. 334 min manat dəyərində iş görülüb. rayon icra hakimiyyətinin başçısı tələblərimizdən sonra söz vermişdi ki, 2008-ci ilin əvvəlində borcu verəcəm. Amma sonra da dedi ki, "vermirəm, get kimə deyirsən de". 2 il yarımdır ki, məhkəmələrdəyik. 7 məhkəməni udduq. Qətnamə bizim xeyrimizə oldu. Məlum oldu ki, Gəncədəki Kəpəz rayon məhkəməsinin icraçıları qətnaməni icra başçısının xeyrinə icra ediblər. Hansı yollasa vəzifəsindən sui-istifadə elədi, bizim xeyrimizə verilmiş qətnaməmizi ləğv etdilər. Vermişik Konstitusiya Məhkəməsinə, o da düzgün baxmasa, verəcəyik Avropa Məhkəməsinə".
Bizim də Samux rayonuna səfərimizin əsas məqsədi elə reallığı yerində öyrənmək idi. Amma jurnalist gözü çevik olar deyiblər hələ necə deyərlər hadisə yerinə çatmamış rayon haqda ilk təəssüratımız elə sadə camaatın sözlərindən formalaşdı.

Sadə camaat arasında yalnız narazılıq var

Bir neçə ildir ki, Samux rayonuna icra başçısı təyin olunan Vilyam Hacıyevin qanunsuz əməllərindən şikayətlər və etirazlar səngimir. İcra başçısının hədə-qorxuları ilə üz-üzə qalan rayon sakinlərinin ölkə başçısına ünvanladığı məktublar da ünvanına yetişmir. Vilyam Hacıyevin tapşırığı ilə rayon poçtamtı müraciətlərin ünvanına çatmasına qanunsuz əngəllər yaratmaqdadır.

Xatırladaq ki, respublikanın Qərb zonasında yerləşən Samux rayonunun ərazisi 1455 km2-dır. rayonda 35 yaşayış məntəqəsi_1 şəhər, 6 qəsəbə, 28 kənd vardır. rayon əhalisinin sayı 53330 nəfər təşkil edir ki, onlardan da 17170 nəfəri şəhərdə, 36160 nəfəri kəndlərdə yaşayır. Əhalinin 13512 nəfərini-25 faizini gənclər, 26943 nəfərini yəni 51 faizini qadınlar təşkil edir. Bununla bərabər rayonda 1870 nəfər məcburi köçkün yaşayır. Rayonun tərkibində olan 28 kəndin sakinləri illərdir ki, bir sıra problemlərin həll olunmaması nəticəsində ağır şəraitdə yaşamaq məcburiyyətində qalıblar.
Hər dəfə televiziya ekranları qarşısına çıxan Samux rayon icra hakimiyyəti başçısı Vilyam Hacıyev rayonda hər şeyin qaydasında olduğunu, samuxluların yaşam tərzinin gündən-günə yaxşılaşdığını, işsizliyin aradan qaldırıldığını, rayonun bütün sahələrinin inkşaf etdiyini bildirməklə ictimaiyyəti çaşdırmağa çalışır. rayona icra başçısı təyin olunduğu gündən analoqu olmayan özbaşınalıqlarla diqqət çəkən Vilyam Hacıyev bu günə qədər rayonun bir sıra kəndlərində olmamaqla yanaşı, onların problemlərinə də biganədir.

Bilet alverçiliyindən icra başçılığına

Bildirək ki, bir neçə il əvvəl Müasir Musavat partiyasının sədri Hafiz Hacıyevin dəstəyi ilə keçmiş Xanlar ( indi Göygöl adlanır-red.) rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Vilyam Hacıyevi gəncəlilər bilet satan və ya "kassir" kimi yaxşı tanıyırlar. Əvvəllər Gəncədə bilet satmaqla məşğul olan bu şəxs Göygöl rayonunda icra başçısı işlədiyi müddətdə bir sıra qanunsuz əməlləri ilə diqqət çəkmişdi. Lakin hakimiyyətdə təmsil olunan nüfuzlu oliqarxlardan birinə hektarlarla torpaq sahəsi hədiyyə edəndən sonra onunla münasibətlərini yaxşılaşdıran Vilyam Haciyev əmisi oğlu Hafiz Hacıyevdən üz döndərdi. Bundan sonra Samux rayonuna icra başçısı təyin olunan V.Hacıyev həmin oliqarx tərəfindən bu gün də dəstəklənməkdədir.

Hazırda rayonda böyük problemlərin həllinə etiraz olunduğu bir vaxtda himayədarı olan oliqarxa məxsus obyektlərin tikilməsinə diqqət yetirən Vilyam Haciyev Samuxun Gürcüstanla sərhədd bölgəsindəki kəndləri tamamilə "unudub". Kənd sakinlərinin dediyinə görə, icra başçısı təyin olunduğu gündən bu günə qədər adıçəkilən kəndlərə getməyən Vilyam Hacıyev onların problemlərinin həllinə heç bir səy göstərməyib. Rayonun Salahlı kənd sakinlərinin dəfələrlə şikayət məktublarına məhəl qoymayan Vilyam Hacıyev ölkə başçısına müraciət edən vətəndaşları polislə hədələyir.

"Yuxarıya" saxta məuktublar

Vətəndaşların rayonda baş verənlərlə bağlı şikayətinin qarşısını almaq bir yana, icra başçısı baş verənləri ört basdır etmək üçün əks üsula əl atıb. Vilyam Hacıyev 3 ayda-bir öz nümayəndələrini kəndlərə göndərir. Onlar kənd sakinlərindən imza toplamaq üçün gəlirlər. Belə ki, icra başçısından razılıq məktublarına sakinlərə imza atdıran nümayəndələr 100-ə yaxın vətəndaşı təzyiqlər vasitəsilə buna məcbur edirlər.

Kənd sakinlərinin bildiyinə görə onların imza atdıqları həmin kağızlarda icra başçısı Vilyam Hacıyevin tez-tez kəndə gəlməsi, vətəndaşların problemləri ilə maraqlanması, kəndlərin yolarının təmir edilməsi və bir sıra işlərin görülməsi barədə qeyd olunur. Bununla yanaşı kənd sakinlərinin bəzilərinin adından Prezident Aparatına təşəkkür məktubları da təşkil edən Vilyam Hacıyev kənd sakinlərinin xəbəri olmadığı halda onların yerinə imza atdırır. Təsadüfi deyil ki, bir müddət öncə Vilyam Hacıyev prezidenti belə aldatmağa səy göstərib ki, bunu ötən sayımızda da qeyd etmişdik.

Prezidenti aldadan heç kimi saymaz

Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ölkə rəhbərliyinə qarşı sayğısızlığı yalnız dövlət başçısı ilə yekunlaşmır. Bir müddət öncə onun vitse-spiker Valeh Ələsgərovla ziddiyyətləri haqda da mediada məlumatlar yayıldı. Belə ki, Samux rayonundan millət vəkili seçilən vitse spikerin Musa adlı bacısı oğlu bu rayonda həbs edilmişdi. Musanın dayısının vitse spiker, atasının isə Dövlət Neft Şirkətində yüksək vəzifə tutması belə onun həbsini əngəlləyə bilməmişdi. Amma səbəb rayon polis şöbəsinin qətiyyəti deyildi. Çünki Musa həbs olunana qədər uzun müddət imiş ki, narkotik maddələr qəbul etdiyinə görə, Narkotiklərə Qarşı Mübarizə İdarəsidə qeydiyyatda olub. Həbsin səbəbi birbaşa V.Ələsgərovla V.Hacıyev arasındakı ziddiyyət olub. Bu iki məmurun münasibətlərinin soyuması Kür çayı sahilindəki 1500 hektar münbit torpaq sahəsi ilə bağlı olub. İcra başçısı Valeh Ələsgərova həmin ərazini vermədiyinə görə, tərəflər arasında gərginlik yaranıb. V.Ələsgərovun bacısı oğlunun həbsi də sifarişi bu qalmaqaldan dolayı məhz icra başçısından gəlib. V.Hacıyev bununla vitse spikerə güc nümayiş etdirib.

Bütün bu məlumatlardan sonra icra başçısından şikayətçi olan iş adamının müəsisəsinə üz tutduq.

Fəhlə çörəyinin baiskarı

Məlumat üçün onu da bildirək ki, Nəsrulla Nəzərov zamanında Rusiyada yaşamış və orada böyük biznesdə uğur qazana bilmiş şəxslərdəndir. N.Nəzərov dövlət başçısı İlham Əliyevin sahibkarların ölkəyə dəvət olunması və xaricdə olan həmyerlilərimizin vətənə qayıdışı ilə bağlı etdiyi çıxışlara inanaraq Azərbaycana gəlib. Düz beş il əvvəl vətənə qayıdan iş adamı əslən Samux rayonunun Ağasıbəyli kəndindəndir. Samuxa dönüşündə də məqsəd doğma rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan, rayonunda iş yeri açaraq həmyerlilərinə gün ağlamaq niyyətindən ibarət olub. Amma bu niyyətlə vətənə dönən Nəsrulla Nəzərov bu gün dönüşünə peşmandır. Çünki icra başçısının özbaşınalığı səbəbindən Nəsrulla Nəzərovla yanaşı, onun rəhbəri olduğu müəssisənin 200 işçisi də ailəsinə çörək apara bilmir. Bu gün həmin işçilər də sahibkarla bərabər Vilyam Hacıyevin nə zaman insafa gələcəyini, onların pulunu verəcəyini gözləməkdədirlər.

Zavodda fəhlə işləyən Həsrət Abdullayevin sözlərinə görə, o və digər işçilər maaşlarının veriləcəyi günü gözləyirlər: "80-dən artıq adam əməkhaqqı alır buradan. Onların da hərəsinin 3-4 nəfərlik ailəsi. 200-230 adam eləyir. Alacağımızı ala bilmirik. Gözləyirik yəqin haqq ədalət yerini alar. Çoxdandır maaşımız verilmir. Vəziyyətimiz pisləşir. O vaxtı alırdıq, yaxşı işləyirdik, yaxşı maaş alırdıq. Bütün problemlər pulla həll olunur. Nəinki ailədə, elə zavodda da problemlər yaranır. Başqa şirkətlərlə işləyə bilmirik. Çünki pulumuzu vermirlər, xammal alıb başqa şirkətlərin sifarişlərini yerinə yetirə bilmirik. Uşaqlar hazırlığa gedirlər, oxuyurlar, pul lazımdır, qışda ayaqqabı lazımdır. Hər şey bahalanıb".

Rəsmi bəhanələr

Onu da bildirək ki, həmin ərəfədə jurnalistlər Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin özü ilə danışmaq istəsə də, buna nail ola bilməyiblər. Amma müavini Tahir Qarayev deyib ki, Vilyam Hacıyev məşğuldur, onun əvəzinə özü danışa bilər: "Vilyam müəllimin adını nahaq çəkirlər. Vilyam müəllim icra hakimiyyətinin başçısıdır. O işləri - layihə və s. işləri arxitektura şöbəsinə tapşırır. Elə söhbət olmayıb, hər şey qanun çərçivəsində olub. Məhkəmə qanunun aliliyini qoruyan bir orqandır. O da qərar verib. Arxitektura şöbəsindən lazımi məlumatları öyrənə bilərsiz. Əsaslı-əsassız məhkəmə qərarları var. Hər halda məhkəmə son qərarları veribdir".

Qeyd edək ki, icra başçısı müavininin məsləhəti ilə jurnalistlər icra hakimiyyətinin arxitektura şöbəsinə də müraciət etmişdi. Şöbənin rəisi Əsgər Həsənov bildirdiyinə görə, müəssisə ilə icra hakimiyyəti arasında qanuni müqavilə imzalanıb: "Məhkəmə baxıb o işə, qərarını da verib. Bunlarla icra hakimiyyəti arasında müqavilə olub - 1 milyon həcmdə. Sonra bunlar işi dayandırıblar ki, əlavə iş də görmüşük, onun da məbləği bu qədər edir, ödənilməlidir. 344 min manat yazıblar. Müqavilənin bəndində göstərilir ki, əlavə iş görülərsə, yenidən müqavilə bağlanmalı və onun pulu ödənilməlidir. Müqavilə yoxdur, özləri üçün nə iş görüblər özləri bilərlər".

İcra başçısından çox görülən işlər

"Samir-İstehsal" MMC haqda hələ bu müəsissəyə getməmiş məlumat almışdıq. Yerli əhali Rusiyadan gələn sahibkar Nəsrulla Nəzərovu abadlıq və quruculuq adamı kimi tanıyır. Sözügedən zavoda gedən yol da yerli sakinlərin sözlərini təsdiqləyirdi. Asvalt Beton zavoddan N.Nəzərovun şəxsi təşəbüsü ilə salınan üzüm bağlarına gedən yollar yeniliyi və hamarlığı ilə seçilirdi. Onu da bildirək ki, bu yol eyni zamanda Samux rayonunun üç kəndin - Əhmədbəyli, Yuxarı Ağasıbəyli və Aşağı Ağasıbəyli kəndlərinin əhalisinə də xidmət göstərir ki, vətəndaşlar da bundan hədsiz razılıq edirlər. Halbu ki, rayonun bir çox kəndlərinə gedən yollar bərbad gündədir. Bu yollarda isə indi çoxlarının unutduğu köhnə PAZ avtobusları işləyir.

Rayonun abadlığı üçün dövlət büdcəsindən ayrılan 3 milyon manat müqabilində yolların və nəqliyyat vasitələrinin belə bərbad olması böyük korrupsiyadan xəbər verir. Onu da bildirək ki, Samux beynəlxalq ticarət marşurutunun üzərində yerləşir və bu marşurut üzrə hərəkət edən xarici vətəndaşlar, yükdaşıma vasitələrinin sürücüləri də rayonun yollarının bərbad olmasının şahidi olurlar.

Kiminə rəhmət, kiminə ...

Müasir dünyagörüşü və xeyirxahlığı ilə rayonda ad çıxaran N.Nəzərovun adi sahibkar kimi gördüyü işləri bir rayonun rəhbərinin əməlləri ilə müqayisə etmək çətindir. Asvalt beton zavoda gedən yolun üstündə gedən yolun üstündəki ziyarətgah- yerli sakinlərin müqəddəs məbəd bildiyi İmamzadənin ətrafının zibilliyi, bu tarixi abidənin özünün bərbad vəziyyətdə olması çox adi və əyani bir sübutdur. Hər şey bir yana - minlərlə insanın ümüd. inam və iman ocağı olan bir məkana rayon rəhbərliyi tərəfindən belə bir münasibət göstərilməsi nə vəzifə etikasına, nə imana sığmır. İcra başçısının laqeydliyinin əksinə olaraq N.Nəzərov bura yaxın ərazidə ağaclar əkdirmiş, bulaq çəkdirmişdir ki, bu da gələn ziyarətçilərdə böyük minnətdarlıq yaradır.

Onu da da bildirək ki, N.Nəzərov rəhbərlik etdiyi müəsisənin yalnız yolunu deyil içini belə hər bir şəraitlə təmin edib. Burda quraşdırılan müasir texnika və fəhlələr üçün yaradılan şərait hər bir işçi tərəfindən razılıqla qarşılanır.

Rayonda hörmət qazanan sahibkar

Asfalt-beton zavodda söhbətləşdiyimiz şəxslər N.Nəzərovun qayğıkeşliyindən və humanizmindən söz açmaqla yanaşı icra başçısının ümumiyyətlə rayonda olan sahibkarlara qarşı repressiya siyasəti apardığını da bildirdi. Amma bütün çətinliklərə və süni əngəllərə baxmayaraq Nəsrulla bəy qısa müddət ərzində rayonda böyük işlər görmüş və öz həmyerlilərinin məhəbbətini qazanmışdır.

Sahibkar kimi həm də həmyerlilərinin qayğısına qalan Nəsrulla bəy Yuxarı Ağasıbəyli kəndinin ərazisində yerləşən gölün ətrafında şəxsi vəsaiti hesabına istirahət mərkəzi yaradıb ki, bura yalnız Samux rayonundan deyil ətraf rayonlardan da bura istirahətə gəlirlər. Onu da bildirək ki, sözügedən istirahət mərkəzində ərazi istifadə üçün vətəndaşlara pulsuz olaraq təklif edilir. Təbii ki, bu da Nəsrulla bəyə böyük rəğbət və hörmət yaradır. Bu isə Vilyam Hacıyevdə qısqanclıq yaradıb. Bu səbəbdən gölün suyunun qurudulması üçün hər cür vasitəyə əl atır.

P.S. Bu bizim Samuxda real olaraq gördüklərimiz idi. Vilyam Hacıyevin süni təbliğatından kənar olan reallıq...

Bakı-Samux-Bakı









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru