QARABAĞ DANIŞIQLARI İLƏ BAĞLI ŞOK FAKTLAR
Tarix: 11-10-2011, 13:46 | Çap et
ERMƏNİLƏR NƏLƏRƏ RAZI DEYİLLƏR?
Son zamanlar ermənilər vasitəsilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi üçün danışıqlar xeyli intensivləşib. Dünyanın super güclərinin məsələyə münasibəti, aparıcı beynəlxalq təşkilatların vermiş olduqları rəylər bu fikri bir daha təsdiqləyir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nəzdində Qarabağla bağlı vasitəçilik missiyasını üzərinə götürmüş Minsk Qrupunun həmsədlərinin qurumun sonuncu sessiyasında hesabat xarakterli danışıqlar prosesinin nədən ibarət olduğunu özündə ehtiva edən məqamları açıqlaması təsdüfi sayıla bilməz.
Əvvəlcə amerikalı həmsədr Robert Bradtkenin açıqladığı fikirlərə diqqət çəkək. Bradtke bildirib ki, onlar problemin həllini 3 prinsip əsasında görürlər: gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ. Həmsədr qeyd edib ki, onlar münaqişənin 6 element əsasında həllinə çalışırlar: Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması; Dağlıq Qarabağa keçid statusu verilməsi; Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi; Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli; Köçkünlərin yurd-yuvalarına qayıtması; Bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi.
Sonda Robert Bradtke deyib ki, tərəflərin bəzi prinsipləri qəbul etməməsi yekun sazişi əngəlləyir.
İndi isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun son açıqlamasına diqqət verək.
Nazir deyir ki, Ermənistan Silahlı Qüvvələri işğal edilmiş torpaqlardan çıxsa, bu, regionda böyük imkanlar yaradacaq, kommunikasiyalar açılacaq, qaçqınlar öz torpaqlarına qayıdacaqlar.
Onun sözlərinə görə, hazırki danışıqlar prosesində əsas problem gələcəkdə müəyyənləşdirilməsi mümkün olan status-kvo deyil, torpaqların işğalı və qaçqınların mövcud olması məsələsidir.
“Biz hamımız, həmçinin Ermənistan tərəfi, anlayır ki, indi statusu müəyyən edə bilmərik. Bunu yalnız son mərhələdə etmək mümkün olacaq”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ayın sonuna qədər regiona səfərə gələcəklər. “Biz danışıqları davam etdirməklə bağlı razılığa gəlmişik. Artıq bəzi məsələlər üzrə razılığa gəlmişik və bu irəliləyişi əldən verməməliyik”.
Nazir danışıqlar prosesinin gedişində bir sıra çətinliklərin mövcud olduğunu qeyd edib. “Bəzi məsələlərin müzakirəsi zamanı biz güzəştlər əsasında yeni formula nail olmaqda çətinliklə üzləşirik. Biz onlar üzərində işləməliyik. Açıq məsələlər var ki, onlara görə danışıqları davam etdirmək lazımdır. Əgər biz prinsipləri razılaşdıra bilmiriksə, bu, kiçik problemdir. Baza prinsiplərinin müəyyənləşdirilməsi zamanı tərəflərin razılığa gələ bilmədikləri məsələləri böyük sazişin hazırlanması zamanı razılaşdırmaq olar”.
Nazir həmçinin təhlükəsizliyin təmin olunması baxımından münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsini zəruri hesab edib: “Əgər Ermənistan qoşunları əraziləri boşaltsa və məcburi köçkünlər öz torpaqlarına qayıtsalar, onların təhlükəsizliyinin təmin olunması vacibdir, çünki biz Ermənistan tərəfinə, onlar isə bizə inanmır”.
Fikir verirsinizsə, amerikalı həmsədrlə Elmar Məmmədyarovun dediklərində üst-üstə düşən xeyli məqamlar var.
Məsələ ilə bağlı Türkiyə diplomatik nümayəndəliklərindən ciddi məlumat daxil olub. Məlumata görə artıq tərəflər həmsədlərin dedikləri 6 məsələdən 4-nə prinsipcə razılıq veriblər. Bura aşağıdakılar daxildir:
Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması; Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi; Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli; Köçkünlərin yurd-yuvalarına qayıtması.
Dağlıq Qarabağa keçid statusu verilməsi və bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi məsələləri isə dəfələrlə müzakirəyə çıxarılsa da, razılıq əldə oluna bilmir.
Razılaşdırılmış dörd məsələ isə tərəflər üzərinə aşağıdakılara əməl etmək öhdəliyi qoyur.
Beləliklə, bu razılaşmaya əsasən, Qarabağ ətrafındakı Azərbaycanın rayonları boşaldılacaq, Ermənistanla Qarabağ arasında Laçın dəhlizi yaradılacaq, eyni zamanda Qarabağın hüquqi statusu ilə bağlı məsələ öz həllini tapacaq, məcburi köçkünlər öz evlərinə qayıdacaqlar.
Ancaq Dağlıq Qarabağa keçid statusu verilməsi və bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi məsələləri tərəflər arasında razılaşdırıla bilmir.
Fikir verdinizsə, Elmar Məmmədyarov tərəflər arasında qarşılıqlı etmimadsizlığın olduğuna eyham vurub.
Bu isə səbəbsiz deyil. Ermənistan tərəfi Qarabağa status tələb edir, keçidsiz status, yəni keçid sözünü buradan çıxarılmasını istəyir. Birdəfəlik müstəqillik...
Azərbaycan isə buna razılıq verə bilmir. Çünki bu, Azərbaycan üçün çox qorxulu və demək olar ki, öz əli ilə Qarabağı itirməklə nəticələnə biləcək qədər ciddi fəsad verən incə məqamdır. Azərbaycan bununla razılaşsa, bundan sonra dunyanın ayrı-ayrı ölkələri Qarabağın müstəqilliyini avtomatik olaraq tanıyacaq və istinad nöqtəsi Azərbaycanla Ermənistan arasında olan razılaşma göstəriləcək.
Bir qədər də konkretləşdirsək, Ermənistan danışıqlarda birinci məsələ kimi bunu istəyir, Azərbaycan isə ən sonda bu məsələyə baxılmasına razılıq verir.
Qeyd etdiyimiz kimi, ortada ciddi mübahisə doğuran ikinci məsələ isə bölgəyə sülməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlıdır.
Azərbaycan tərəfi bu məsələdə BMT statusulu qüvvələrin olmasını istəyir və bunu belə də tələb edir. Ermənistan isə bildirir ki, artıq bölgədə sülhməramlı qüvvələr var. Ermənistan tərəfi bölgədə sülhməramlı qüvələr deyəndə Rusyanın Ermənistandakı hərbi qüvvələrini nəzərdə tutur.
Mənbə deyir k, elə Rusiyanın da mövqeyi bundan ibarətdir.
“Şimal ayısı” ciddi fəallıq göstərir və sülhməramlı kimi bölgədə özünü görür. Hətta Rusiya bu iddiasını rəsmi Vaşinqton və Parisə də yedizdirməkdə qərarlıdır.
Yalnız Türkiyə məsələyə ciddi də olmasa, mane tərədəcək amil kimi ortaya çıxıb.
Güründüyü kimi, hadisələrin hansı şəkildə cərəyan edəcəyi sırf bu iki məqamla bağlıdır.
Üstündən iki onillik keçməsinə baxmayaraq, tərəflər bu məqamlarda kompromisə getmirlər.
Belədə isə müharihə riski artır. Dünyanın istəyi isə Cənubi Qafqazda bu ehtimalı sıfıra endirməkdir. Bu istək Azərbaycana sevgidən qaynaqlanmır.
Dünyanın aparıcı dövlətlərinin bir hissəsinin enerji mənbəyi olan Azərbaycan müharibə ilə üzləşsə, təbii ki, o enerji ilə qidalananlar ac qalmalı olacaqlar. Həm də artıq məsələ elə bir fazadadır ki, guya lokal mahiyyət daşıyan bu problem dünyanı qarışdıra bilər.
Amerikalı həmsədr Robert Bradtkenin açıqladığı fikirlərə bir də diqqət çəkək.
O, bildirib ki, onlar problemin həllini 3 prinsip əsasında görürlər: gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ.
Qarabağ məsələsində xalqların öz müqəddəratını təyin etmə hüququna istinad məhz Ermənistanın iddialarına köklənmiş tezisidir və danışıqlar prosesində işğalçı dövlətə stimul verir.
Təbii ki, Azərbaycan heç zaman buna razılıq verməyəcək.
Demək ki, həmsədrlər xalqların öz müqəddəratını təyin etmə hüququna istinad etməklə özlərinin də əleyhinə olduqları və dəfələrlə səsləndirdikləri gücdən istifadə etməmək məsələsinin əksini gündəmə çıxarırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|