KƏMALƏDDİN HEYDƏROV HADİSƏ YERİNƏ GETDİ
Tarix: 7-05-2012, 12:11 |
Çap et
FHN ŞEFİ ZAQATALADA
Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ baş verən rayonlara gedib.
FHN-dən SalamNews-a verilən xəbərə görə, nazirliyin aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunub.
Nazirlikdən bildirilib ki, bu gün Bakı vaxtı ilə saat 09:40-da Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, Zaqatala rayonunundan 17 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 7 bal olub. Yeraltı təkanlar Zaqatala, Balakən, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunub. İlkin məlumat əsasən, bəzi tikililərdə çatlar əmələ gəlib. Tələfat və xəsarət alanlar barədə məlumat yoxdur.