`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                 

"Şəxsən mən konstruktiv bir dialoqdan hər hansı bir nəticəni əldə etməyin tərəfdarıyam" - QALMAQAL
Tarix: 16-04-2021, 08:53 | Çap et
"Şəxsən mən konstruktiv bir dialoqdan hər hansı bir nəticəni əldə etməyin tərəfdarıyam"
Bu ilin fevral ayında 30-u professor olmaqla, 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməsini xahiş etmişdi. Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Amma Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya problemin həlli istiqamətində heç bir addım atmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə görüşmək istədiklərini bildiriblər.

Müraciət edən ziyalılar qeyd edib ki, bundan əvvəl sonuncu dəfə fevral ayının 21-də edilən müraciətdən sonra mart ayının 17-də BŞİH və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndələri bizimlə paytaxtın Rəsulzadə küçəsində monitorinq keçirib. Lakin monitorinq zamanı aşkarlanan pozuntular aradan qaldırılmayıb.

Müraciətdən sitat: “Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da Azərbaycan dilindən istifadə edilməyib. ADRA nümayəndələri sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, ”Azərbaycan Respublikasında dövlət dili haqqında" AR Qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışdılar. Məlum oldu ki, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər".

Müraciəti Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor Aida Qasımova, AMEA-nın müxbir üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül Bünyadzadə və “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Vasif Sadıqlı imzalayıb.

“Yeni Müsavat” olaraq, məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) mövqeyinin öyrənməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, bir müddət bundan əvvəl müraciət edənlərlə birgə komissiya yaradılıb, reydlər keçirilib: “Bizə olunan müraciətlə bağlı görüş keçirilib və Reklam Agentliyinin də daxil olduğu birgə komissiya yaradılıb. Novruz bayramından sonra komissiya müraciət edən ziyalılarla birlikdə Bakının müəyyən küçələrində keçirilən reydlərdə olub. Reydlər zamanı ayrı-ayrı ticarət mərkəzlərinin rəhbərləri ilə söhbətlər də aparılıb”.

Bundan öncəki müraciətlərdə iştirak etmiş, BDU-nun professoru, filologiya elmləri doktoru, teletənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, ana dilində gedən bir sıra zərərli tendensiyaların qarşısının alınması üçün ziyalıların, jurnalistlərin apardığı işlər çox müsbət haldır: “Ona görə ki, bütün hallarda dil psixoloji, sosial baxımdan bir toplumun səsidir, onun varlığının ifadəçisidir. Bu baxımdan dil nöqsanları ilə bağlı istər televiziya-radiolarda, istərsə də xəbər saytlarında özünü göstərən dil nöqsanlarına kəskin reaksiyaların verilməsini çox normal qarşılayıram.

O ki qaldı Bakı küçələrində reklam və elanların yad dillərdə çoxalması, bunun özü də artıq bir neçə ildir ki, bariz şəkildə özünü göstərir. Ona görə də ziyalılar həm Bakı Şəhər İcra Hakimiyyətinə, eyni zamanda Dövlət Reklam Agentliyinə müraciət etdilər. Bakı Şəhər İcra Hakimiyyəti ilk müraciətin ardından ziyalıları dəvət etdi, görüş keçirdi. Həmin görüşdə mən də iştirak etmişdim. Deyim ki, çox səmərəli və ümidverici söhbətlər oldu. Fikrimcə, Bakı Şəhər İcra Hakimiyyəti ilə həmin dialoqu davam etdirmək lazımdır. Çünki həmin nöqsanlar birbaşa şəhər idarəçiliyi, reklamların idarə olunması, bu iş üzrə ixtisaslaşmış Reklam Agentliyi ilə bağlıdır. Fikrimcə, Reklam Agentliyinin də ciddi arqumentləri var ki, niyə bu reklamlar əcnəbi dillərdə yazılır. Bildiyiniz kimi, brendlər, beynəlxalq biznes şirkətlərinin adları, ticarət mərkəzlərinin öz istəkləri var və sairə. Düşünürəm ki, onlarla bir ortaq məxrəcə gəlmək mümkündür ki, həmin adlar həm xarici dildə, həm də ondan heç də ölçü etibarı ilə kiçik olmayan Azərbaycan dilində də yazılsın. Bəzən hansısa şirkətin önündən keçəndə görürük ki, orada ingilis dilində bir lövhə görürük. İngilis dilini anlayan onu başa düşür, amma hansısa şəhər sakini həmin sözün tərcüməsini bilmək istəyərsə, gərək yanında lüğət gəzdirsin. Bu baxımdan dövlət dili haqqında qanunun tələblərinə əməl olunmalıdır".

Qulu Məhərrəmli qeyd edib ki, bu cür məsələlərdə intensiv, çoxlu sayda şikayətlərin olunmasının tərəfdarı deyil: “Şəxsən mən konstruktiv bir dialoqdan hər hansı bir nəticəni əldə etməyin tərəfdarıyam. Ona görə də hesab edirəm ki, bizim ziyalıların dövlət qurumları ilə dialoqu davam etməlidir. Çünki ana dili onlar üçün də milli sərvətdir. Ona görə də bu məsələdə həm dövlət qurumlarının, həm də cəmiyyətin ortaq məxrəcə gəlməsi çox önəmlidir. Müstəqillik illərində dilin inkişafı, ana dilinin saflığının qorunması ilə bağlı 20-dən çox sənəd imzalanıb, həmçinin dil haqqında xüsusi qanun var. Ana dilinin qloballaşma şəraitində işlənməsi ilə bağlı dövlət proqramı mövcuddur. Sonuncusu 2018-ci ilin noyabrında ölkə Prezidentinin imzaladığı sərəncamdır. Həmin sərəncamda Azərbaycan dilinin yad təsirlərdən qorunması ilə bağlı xüsusi müddəalar var. Bu müddəalara əsaslanıb dilimizin keşiyində sayıq dayanmalı, siyasi mövqeyindən, ictimai düşüncəsindən asılı olmayaraq hər kəs ana dilinin statusuna hörmətlə yanaşmalı, birgə addımlar atmalıdır”.

Xatırladaq ki, ötən il də xeyli sayda ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə müraciətlər etmişdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru