“Dövlət qurumlarımız yeni mexanizm üzərində işləyir, böyük bir dönüş yaranacaq” - deputat
Tarix: 17-04-2021, 08:10 | Çap et
Ölkədə sahibkarlığın inkişafı, onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olan cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliyinin daha da artırılması, mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir.
Bəs, ölkəmizdə bu cür rəqabət qabiliyyətli investisiya mühitinin yaradılmasına nələr mane olur? Bu cür mühitin yaradılması üçün bizə nələr lazımdır?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Rüfət Quliyev AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda bu istiqamətdə müsbət dönüş var: “Ölkə başçısı kiçik və orta sahibkarlığın inkişafı üçün böyük addımlar atır. Mən tez-tez sahibkarlarla görüşürəm, hətta CBC kanalında “Sahibkar Saatı” adlı verlişim də var. Həmin verlişdə də qeyd edirəm ki, sahibkarların əksəriyyəti bu məsələyə dair məlumatları əldə edə bilmir. Hansı dəyişikliklərin və güzəştlərin olduğu, dövlət orqanları tərəfindən hansı güzəştlərin edildiyi barədə məlumatsızdırlar. Orta sahibkarlıqdan danışmağımın səbəbi isə invesitsiya mühitinin daha çox kiçik və orta sahibkarlığın inkişafı üçün lazım olduğunu bildirməyimdir”.
Deputat bildirib ki, Azərbaycanda rəqabətqabiliyyətli investisiya mühitinin yaradılması məqsədilə “Rəqabət haqqında” Qanun qəbul olunması ilə bağlı gözləntilər var: “Milli Məclisdə bununla bağlı müzakirələr aparılır. Bu qanunun nə zaman Milli Məclisdə gündəmə çıxacağını isə deməyə çətinlik çəkirəm. Sözügedən məsələ millət vəkilləri arasında müzakirə olunur. İkincisi, investisiya mühitinə birbaşa təsir edən bank kreditləridir. Yuxarı faizli kreditlər sahibkarlara heç də kömək edə bilmir. Bu, dünyəvi prosesdir. Sahibkarların illik qazancı 10-12 faizdir. Əgər sahibkar 10-15 faizlə kredit götürürsə, sonra bu qədər krediti qaytara bilmir. Onlar gələcəkdə yeni toksit kreditlərə çevrilir. Əgər iş bu formada davam etsə, iki-üç ildən sonra dövlət bu məsələyə qarışıb bunu öz hesabı ilə tənzimləməyə başlayacaq. Həm maliyyə bloku, həm də iqtisadi blokumuzda böyük islahatlar aparılıb. Həmin blokların içərisində yeni paradiqmalar, siyasətlər, yeni təfəkkür var, yeni insanlar işləyir”.
“Biz banklara və maliyyə qurumlarına sual edəndə ki, niyə bank kreditlərinin faizi bu qədər yüksəkdir, onlar depozit faizlərinin yüksək olduğunu (10-11 faiz), insanların bundan faydalanaraq qazanc götürdüyünü deyirlər. Amma depozit faizlərini azaldıb diqqəti daha çox sahibkarlıq fəaliyyətinin inkişafı üçün kreditlərə ayırmaq lazımdır. Başqa maliyyə alətləri düşünmək lazımdır ki, insanlar lazım olmayan vəsaitlərini hansısa maliyyə qurumlarının nümayəndələrinə verib ordan qazanc əldə etsinlər. Bu, dünyanın bütün ölkələrində belədir. Depozit faizləri dünyanın bütün ölkələrində iki-üç faiz, maksimum dörd faizdir. Kredit faizləri də təxminən eynidir, yəni iki-beş faiz arası dəyişir. Bu göstəricilər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu cürdür. Bunun üzərində dövlət qurumlarımız işləyir və yeni mexanizm hazırlayıb təqdim edəcəklər. Böyük bir dönüş yaranacaq, investisiya mühitinə birbaşa müsbət təsir göstərəcək”, - deyə Quliyev vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, rəqabət qabiliyyətli investisiya mühitinin yaradılması üçün bir neçə bank lazımdır ki, onlar bilavasitə bu işlə məşğul olub, sahibkarlara tam dəstək verə bilsin: “Burada yalnız banklar deyil, qeyri-bank strukturları da bu işlə məşğul ola bilər. Təbii ki, onların xüsusi lisenziyaları da olacaq. Bu cür imkanlar yaradılanda rəqabət qabiliyyətli investisiya mühitinin yaradılmasına da imkanlar açılacaq. Bu, bazar iqtisadiyyatının əsas meyar və qanunlarından biridir. Tələbat yerində qalanda, təklif çox olanda bu, müsbət formada təsir edəcək”. İqtisadçı ekspert Ruslan Atakişiyev isə AYNA-ya şərhində qeyd edib ki, ölkədə rəqabət qabiliyyətli investisiya mühitinin formalaşması üçün hələ bir sıra islahatların aparılmasına ehtiyac var: “Birincisi, Azərbaycanda rəqabət mədəniyyəti formalaşmalıdır. Ölkəmizin məhkəmə sistemində ədalətlilik prinsipi, şəffaflıq təmin olunmalıdır, bununla bağlı islahatlar aparılmalıdır. İkincisi, müəllif hüquqularının qorunması, təmin olunması, müəllif hüquqlarının pozulmasına qarşı effektiv mübarizə tədbirləri xarakterizə olunan normativ aktlar hazırlanıb tətbiq olunmalıdır. İnvestisiya mühitinə bağlı olan əmlakın əldə olunması, özününküləşdirilməsi və yaxud da özgəninkiləşdirilməsi prosedurlarının asanlaşdırılması, vəsaitlərin qoyulması-çıxarılması prosedurları və s. kimi məsələlərlə bağlı, eləcə də öhdəliklərin yerinə yetirilməsi və yetirilməməsinə görə cavabdehlik, rəqiblərin məlumatlarından istifadə edilməsi, təkrarlanması, bunlara qarşı mübarizə, demplinq prosesləri, demplinqə qarşı effektiv mübarizə alətləri və bunun kimi ümumi tədbirlər həyata keçirilməlidir”.
Ekspertin sözlərinə görə, bazar mexanizminin tam işlək proseslərə keçməkdə, xüsusilə də normativ aktların vaxtında və operativ hazır olması məsələləri, regionlarda ləngimələr, ayrı-ayrı məmurların baş verən proseslərə uyğun davranmaması səbəbindən ləngimələr, inhisarçılıq meyilləri investisiya mühitinin formalaşmasının qarşısını alır.
“Bütün bunlar həmin prosesin getməsinə maneələr yaradır. Bu cür mühitin yaradılması üçün zamana yox, iradəyə ehtiyacımız var. Düzdür, bu iradənin ortaya qoyulmasına başladılar, amma ayrı-ayrı məmurlara gəldikdə görürük ki, iradənin tam şəkildə həyata keçirilməsində məmurlarda yeni bir şəraitə uyğunlaşma qorxusu var. Həmin qorxu da bu prosesi ləngidir. Bizim artıq vaxtımız yoxdur. Biz, hətta buna çoxdan gecikmişik. Şərqi Avropa ölkələri sosializmdən çıxdıqdan sonra, iyirimi il bundan əvvəl artıq bu sistemdən çoxdan keçib. Bunun üçün sistem tamamilə dəyişdirilməlidir. Məmurun birini çıxarıb yerinə yenisini təyin etmək heç bir dəyişikliyə gətirib çıxarmır. Bu maneələr aradan tez bir zamanda qalxmalıdır, çünki biz onsuz da dünya bazarında baş verən rəqabət məsələlərində geridəyik”, - deyə Atakişiyev fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
|