Hələlik Rusiya sülhməramlılarına səbir etməliyik - Yaqub Məmmədov
Tarix: 19-04-2021, 08:23 | Çap et
1992-ci ilin əvvəlində - Azərbaycanın müstəqil dövlətçiliyinin hələ körpəlik çağlarını yaşadığı həm daxili, həm də xarici geosiyasi durum baxımından çox mürəkkəb və ziddiyyətli dövrdə ölkənin qanunvericilik orqanının rəhbəri olmaqla yanaşı, Prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədovla “Həftə içi” üçün söhbətimizdə Qarabağ məsələsi, Ermənistana, beynəlxalq təşkilatlara, ölkə ərazisində olan Rusiya ordusuna münasibət və s. məsələlərin müqayisəli təhlilini aparmağa çalışdıq.
- Yaqub müəllim, bildiyiniz kimi, Ali Baş Komandan, Prezident İlham Əliyev son çıxışlarında da ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edərək onlardan yeni təkliflər gözlədiyini açıqladı. Bunun ardınca hər üç ölkədən olan həmsədrlər birgə bəyanat verərək, sanki varlıqlarını sübut etməyə çalışdılar. Hakimiyyətdə olduğunuz dövrdə və sonrakı illərdə həmin qurumun fəaliyyətinə, daha doğrusu fəaliyyətsizliyinə şahid olan bir siyasət adamı kimi bu mövzuda nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin dediyi kimi, ATƏT 30 ildə Azərbaycana, ayrıca Qarabağa gəldi-getdi, nə iş gördü ki? Son iki ildə isə onlar ümumiyyətlə, fəaliyyətsiz olub, heç bir iş görməyiblər. 44 günlük müharibə dönəmində, nə də sonra konkret olaraq ədalətli bir addım atmadılar. Müharibədən sonra isə yalnız bir dəfə gəldilər Bakıya – Prezident tutarlı cavablarını verdi, çıxıb getdilər. Yaxşı, işə başlamaq istəyirlərsə, qoy başlasınlar, görək indi nə iş görürlər. Əvvəlki kimi fəaliyyət göstərəcəklərsə, təbii ki, onların bu işə qoşulmasının Azərbaycan üçün, dünya üçün nə mənası olacaq ki?
- Həmsədrlər son bəyanatları ilə belə təəssürat yaradırlar ki, guya minalanmış sahələrin xəritələrini Ermənistandan alıb bizə verə bilərlər?
- Əgər alıb-verə bilirlərsə, versinlər. Axı onu da etməyəcəklər. İlham Əliyevin də çıxışlarında dediyi kimi, biz beynəlxalq bir qurum olaraq Minsk Qrupundan tam imtina etməmişik. Gözləyirik ki, konkret bir iş görsünlər, səmərəli fəaliyyət göstərsinlər, son 30 ildəki kimi yox... Bunlar onu etməsə də, BMT bu məsələyə qoşulmalıdır və Ermənistan yekun sülh müqaviləsi bağlamağa məcbir edilməlidir. Bununla da bu münaqişə birdəfəlik həll olunmalıdır. Bütün o sual işarələrinə nöqtə qoymaq lazımdır. Əks halda, Ermənistandakı revanşist qüvvələr baş qaldırıb hakimiyyətə gəlsələr, yenidən vəziyyəti gərginləşdirə bilərlər. Odur ki, ya ATƏT-in, yaxud BMT-nin vasitəsilə, yaxud sadəcə, Türkiyə və Rusiyanın iştirakı ilə bu məsələni birdəfəlik bağlamaq gərəkdir...
- Siz hakimiyyətdə olanda Ermənistanda da Levon Ter-Petrosyan prezident idi. Onunla danışıqlarda, ünsiyyətdə olmusuz, yəni siyasi xarakterinə bələdsiniz. Və bildiyiniz kimi, Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi təşkilat- Erməni Milli Konqresi də erkən parlament seçkilərinə qatılmağa hazırlaşır. Seçkilərdə onun şansını necə dəyərləndirirsiniz?
- 1990-cı illərdə Ter-Petrosyan Qarabağ məsələsinin sülh yolu ilə həl olunmasının tərəfdarı idi. Mən Azərbaycan Prezidenti səlahiyyətlərini icra edən dövrdə telefon danışıqlarımızda və 1992-ci ilin mayında Tehrandakı sülh danışıqlarında da şəxsən mənə də bildirmişdi ki, o, məsələnin qansız-qadasız danışıqlar yoluyla həllinin tərəfdarıdır. Həmin danışıqlarda imzaladığımız memorandumda da qeyd olunmuşdu ki, hərbi əməliyatlar dayandırılsın və siyasi-diplomatik yollarla problem həllini tapsın. Hətta Şuşanın işğalından sonra da o, mənimlə telefon danışığında bildirdi ki, mən qətiyyən bunun əleyhinəyəm və çalışacağam ki, Şuşanı işğal etmiş qüvvələr oradan çıxsın. Sonralar Heydər Əliyevlə görüşündə də Ter-Petrosyan bu niyyətini etiraf etmişdi. Təəssüf ki, xaricdə və daxildə məsələnin həllini istəməyən və hakimiyyətə can atan qüvvələr buna imkan vermədilər. Bildiyiniz kimi, Köçəryan və Sərkisyan başda olmaqla Qarabağ klanı çevriliş edib Ter-Petrosyanı hakmiyyətdən uzaqlaşdırdılar...
Hər halda Ermənistanda da hazırda seçkilərdə iştiraka hazırlaşan qüvvələr arasında Qarabağ məsələsinə daha praqmatik, real yanaşan Ter-Petrosyan olub. O da alimdir, böyük siyasi təcrübəsi var. Hər halda mən ona müsbət xarakteristika verə bilmərəm. Ermənilərə etibar etmək olmaz, üzdə bir söz deyirlər, əməldə başqa iş görürlər. Bütün hallarda o, hakimiyyətdə olduğu dövrdə də, son illərdəki çıxış və müsahibələrində də bildirib ki, müharibə tərəfdarı deyiləm, daxildə mənə tabe olmayan qüvvələr vəziyyəti gərginləşdirirlər...
- Yəni deyirsiniz, seçkilərdə müəyyən faiz qazana bilər?
- Bəli, çox güman ki, qazana bilər. Onun rəhbəri olduğu Ermənistan Milli Konqresinin ölkədə müəyyən nüfuzu var. O birilər - Robert Köçəryan və ya Vazgen Manukyan kimi revanşistlər parlamentdə çoxluq qazansa, vəziyyət gərginləşə bilər... Bu erməni tayfasının ağlını, sanki Allah başlarından alıb. 44 günlük müharibədə başlarına “Dəmir yumruq” yaxşı dəydi, ancaq yenə də ayılıb gerçək çıxış və inkişaf yollarının Azərbaycan və Türkiyə ilə sülh və dinc qonşuluq şəraitində yaşamaqda olduğunu anlamır, əksinə, yenə də revanşist, radikal, türkə-fob, Azərbaycana-fob çıxışlar edirlər. Ermənilər başa düşmür ki, indi artıq o dövr deyil -1990-cı illərin əvvəli deyil. Azərbaycanın sabit dövlətçiliyi, nizami ordusu, güclü texnikası olmayan, daxilində hərc-mərclik olan vaxtı deyil. İndi tamamilə başqa güclü dövləti, güclü ordusu, güclü iqtisadiyyatı olan Azərbaycan var. Ermənistandakı bədbəxtlər hələ də 1990-cı illərin abı-havasıyla yaşayırlar. Azərbaycan torpaqlarının bu 30 illik işğalı sayəsində nə qazandılar? Ermənistanın iqtisadiyyatı çökdü, əhalisinin yarısından çoxu ölkədən köçdü, səfalət, işsizlik baş alıb getdi...
- Hakimiyyətdə olduğunuz dövrdə Rusiya Müdafiə Nazirliyinin rəhbərləri, ordu komandanlığıyla da ünsiyyətdə olmusuz. Sizcə, hazırda sülhməramlı adı altında Qarabağ torpaqlarımızda yerləşən, amma təəssüf ki, öz rəsmi missiyalarından kənara çıxaraq suverenliyimizə təhdid yaradan müxtəlif işlərlə məşğul olan Rusiya hərbi kontingenti ilə necə rəftar etməliyik?
- O vaxt Azərbaycanda sülhməramlılar yox idi, amma Rusiya qoşunları hələ də Azərbaycanda idi. Rusiya Müdafiə Nazirliyinin 4-cü ordusu burada idi. Gəncədə iki diviziya, Qarabağda 366-cı alay var idi. Həmin alay Xocalı soyqırımında ermənilərə dəstək vediyinə görə biz onun çıxaırılmasını tələb etdik və buna nail olduq. Ancaq görünür, o alay Xankəndindən çıxanda silah-sursatlarının çoxunu ermənilərə qoyub getdiklərindən onlar sonradan Şuşanın, Laçının işğalında həmin silah-sursatdan istifadə etdilər...
Onu da deyim ki, həmin dövrdə ölkəmizdə olan Rusiya ordusunun komandanlığı və zabitləri arasında Azərbaycana rəğbəti olanlarla yanaşı, düşmən münasibətdə olanlar da vardı. Məsələn, Gəncədə iki diviziya var idi, onlardan birinin komandirinin bizə münasibəti yaxşı idi. Sonradan -1992-ci ilin yayındakı uğurlu Ağdərə əməliyyatında bizim orduya güclü dəstək də vermişdi. Ancaq o birisi tamamilə əks mövqedə idi. Yəni, yəqin ki, hazırda Qarabağda olan Rusiya sülhməramlıları arasında da Azərbaycanı istəyən və istəməyənlər var. Bunları nəzərə almaq lazımdır...
- Belə çıxır ki, hələlik Rusiya ordusunun Qarabağdakı fəaliyyətinə səbir nümayiş etdirməliyik?
- Hələlik başqa yolumuz yoxdur. Hazırkı atəşkəs Rusiya rəhbərliyinin təşəbbüsü və vasitəçiliyi ilə əldə olunub. İndi biz necə tələb edə bilərik ki, çıxın gedin. Razılaşmaya görə, yalnız 5 ildən sonra Rusiya hərbçilərinin Qarabağdan çıxması məsələsinə baxmaq olar. Gözləyək görək, bu 5 ildə hansı proseslər gedəcək. Əgər həmin müddətdə Qarabağda tam sabitlik yaransa, köçkün soydaşlarımız oraya köçsə və orada ermənilərlə dinc yanaşı yaşayışa başlasa, o halda sülhməramlıların çıxması məsələsini qoymaq olar...
- Ən təhlükəli və qorxulu məsələ Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsinin bizim nəzarətimizdə olmamasıdır. Yəni ermənilərin oradan kimləri, nələri ərazimizə keçirdiyini bilmirik. Siz 1988-1990-cı illərdə siyasi meydanda olmuş biri kimi Laçın dəhlizinin strateji əhəmiyyətini də yaxşı bilirsiniz...
- Bəli, elədir. Bilirsiniz, o məsələ haqda müxtəlif fikirlər səslənir. Mən dəqiq bilmirəm Laçındakı sərhəd məntəqəsinə Azərbaycanın nəzarəti var, ya yoxdur. Hesab edirəm ki, o məntəqəyə bizim nəzarətimiz mütləq olmalıdır. Rusiya sülhməramlılarıyla paralel müstəqil dövlət kimi bizim də orada sərhəd, gömrük xidməti və digər xidmətlərimizin nəzarəti təşkil edilməlidir. Ora açıq qapı olmamalıdır. Buna yol vermək olmaz...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
|