“Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                 

“Özünə azərbaycanlı deyən bu QHT rəhbərlərinin...” - ETİRAZ
Tarix: 2-06-2021, 08:42 | Çap et
“Özünə azərbaycanlı deyən bu QHT rəhbərlərinin...”
Ermənistanın iki hüquq müdafiəçisi Georgi Vanyan və Yuri Manvelyanın Azərbaycan rəhbərliyinə erməni “hərbçilərin” azad edilməsi ilə bağlı müraciətinə ölkəmizin bir neçə vətəndaş cəmiyyəti üzvləri də qoşulub. Politoloq Zərdüşt Əlizadə ötən həftə “Turan” agentliyinin “Çətin sual” verilişində belə deyib ki, cinayət törətməmiş, aldadılmış insanları Ermənistana qaytarmaq olar.

Həmin çağırışa qoşulan Arzu Abdullayeva, Əli Abbasov, Sabit Bağırov və daha bir neçə QHT rəhbəri Prezidentə xahişlə müraciət edərək bildirirlər ki, xoş məram nümayiş etdirərək, Azərbaycanda həbsdə olan və istintaqın barələrində hər hansı ciddi cinayət əməli aşkar etmədiyi erməni hərbiçiləri azadlığa buraxmaq olar.

Azərbaycanın tanınmış hüquq müdafiəçilərindən Novella Cəfəroğlu isə özünə azərbaycanlı deyən bu QHT rəhbərlərinin erməni diversantlara qahmar çıxmasından təəssüflənir. “Yeni Müsavat”a açıqlamasında Novella Cəfəroğlu bildirib ki, əvvəla, həmin şəxslərin əksəriyyəti əslində hüquq müdafiəçisi yox, sadəcə, QHT rəhbəridir: "İkincisi, onlar məgər bilmirlər ki, azad olunmasını xahiş etdikləri həmin ermənilər əllərində silah Azərbaycan ərazisində Azərbaycan əsgərlərinə qarşı təxribata cəhd ediblər və artıq faktiki olaraq cinayətə yol veriblər? Bunu bilə-bilə həmin təxribatçıların azad olunmasını istəmək yanlışdır. Azərbaycan hüquqi dövlətdir, həmin ermənilərin də məhkəməsi olmalıdır və olacaq. Məhkəmə onların hərəkətinə hüquqi qiymət verəcək. Bundan sonra Azərbaycan Prezidentinin müstəsna səlahiyyəti var ki, istəsə həmin erməniləri əfvlə azadlığa buraxar. Hüquq müdafiəçiləri məhkəmə qərarı olandan sonra Prezidentə müraciət edə bilərdilər. Hüquq müdafiəçilərinin bu tipli müraciətləri normaldır.

Lakin buradan həm Georgi Vanyan və Yuri Manvelyana, eyni zamanda onların çağırışına qoşulan azərbaycanlı QHT rəhbərlərinə sual verirəm ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğma vətənlərində ermənilər tərəfindən qanunsuz uzun müddət saxlananda nədən Ermənistan rəhbərliyinə xahiş, müraciət etmirdilər ki, bu iki günahsız şəxsi azadlığa buraxın?! İkinci sualım odur ki, biz Avropa Şurasında Dilqəm və Şahbazla bağlı mətbuat konfransı keçirəndə, çağırışlar edəndə Sizlər nədən bunu etmirdiniz? Üçüncü sualım odur ki, niyə Ermənistan hakimiyyətinə minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi üçün müraciət etmirsiniz? Axı həmin minalar neçə-neçə insanın həyatına son qoyur".

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə deyib ki, Ermənistan hüquq müdafiəçilərinin Azərbaycan Prezidentinə müraciəti normaldır, burada qəbahət yoxdur. Amma ermənilərin bu cür çağırışlarına azərbaycanlıların qoşulması bizə yaraşmaz: “Bu, şəhidlərimizin ruhuna xəyanətdir, qazilərimizə, şəhid ailələrinə böyük hörmətsizlikdir. Millət olaraq biz gec-tez dərk etməliyik ki, hansısa bir xarici təşkilatın xoşuna gəlmək üçün insan mənliyini və kimliyini satmamalıdır. Erməni hüquq müdafiəçisinin çağırışına qoşulan insanları tanıyıram, şəxsi münasibətlərim də normaldır. Onlar QHT rəhbəridirlər. Amma hər QHN rəhbəri də hüquq müdafiəçisi deyil. Onlar niyə belə edirlər, bu, mənim üçün aydındır. Amma mənim öz mövqeyim var. Həmin saxlanılan ermənilər Azərbaycan ərazisinə qanunsuz daxil olmuş silahlı birləşmədir. Onlar Azərbaycan hərbçilərinə qarşı təxribat törədiblər və onların zərərsizləşdirilməsi zamanı bir neçə Azərbaycan hərbçisi həlak oldu. Bu faktlar tam təsdiq edir ki, həmin ermənilər cinayətkardır. Onların əməllərinə məhkəmə hüquqi qiymət verib barələrində hökm çıxarıldıqdan sonra Azərbaycan Respublikası Prezidenti onların taleyinə münasibət bildirə bilər”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirib ki, Azərbaycan rəhbərliyi bu məsələdə heç bir halda yumşaq mövqe tutmamalıdır. Terrorçuya, diversanta qarşı dünyada necə mövqe tutulursa, Azərbaycan da eyni mövqedən çıxış etməlidir. Ermənilər beynəlxalq təşkilatları, ayrı-ayrı dövlətləri xeyli vaxtdı bu məsələdə aldadaraq, Azərbaycana təzyiq etmələrinə nail olmağa çalışırlar. İndi də “vətəndaş cəmiyyəti nümayəndələri” deyilən ünsürləri işə salıblar: “Biz Qarabağ Azadlıq Təşkilatı olaraq 30 ilə yaxındır ermənilərin həm də bu cür hiyləgər təşəbbüslərinin qarşısını almaqla məşğul olmuşuq. Bu şəxslər eyni mərkəzdən idarə olunurlar, təəssüf ki, Azərbaycandan bu prosesə bəzi adamları qatmağa müvəffəq olurlar. Bəzilərinə hörmətimiz də var, amma milli məsələdə şəxsi münasibətlər arxa plana keçməlidir. Georgi Vanyanı yaxşı tanıyırıq, 2006-cı ildə bizə əməkdaşlıq da təklif etmişdi, rədd etdik. Sonralar da özünü sülhpərvər göstərərk müxtəlif təşəbbüslər edib. 2014-cü ildə Zərduşt Əlizadə ilə birlikdə "Təkəli prosesi" deyilən bir layihə də başlamışdılar. Gürcüstanın Təkəli kəndində yığışıb sülhdən, əslində isə Azərbaycanın təslim olması perspektivindən danışırdılar. O vaxt mən də daxil, QAT heyəti oraya getdik, həmin kənd camaatı ilə görüşdük, məsələni izah etdik, görüş yarım saatın içərisində mitinqə çevrildi, nəticəyə nail olduq, camaat onları kənddən qovdu, planları pozuldu. Düzdür, o hadisədən sonra bu günə qədər mənim Gürcüstana girişimə qadağa qoyulub, fərqi yoxdu, əsas əldə etdiyimiz nəticədir. İndi bunlar erməni diversantlarının müdafiəçisi olublar. Amma bilməlidirlər ki, terrorçunu, diversantı müdafiə etmək elə onlara bərabər olmaq, onların cinayətini bölüşmək deməkdir. Bu şəxslər həmişə qanunun aliliyindən danışırlar, indi necə olur təklif edirlər ki, qanun qalsın kənarda, canilər azadlığa buraxılsınlar? Bu, necə mətiqdir, heç utanmırlar? Ermənilər humanist addımı başa düşən toplum deyil, elə bugünlərdə törətdikləri cinayət də onu sübut edir, Azərbaycan hərbçilərinin yoluna mina basdırırlar. Bəlkə onları da sərbəst buraxaq?! Canilərə münasibətdə heç bir güzəştə getmək olmaz. Onlar qanun qarşısında cavab verməli, cəzalarını almalıdırlar”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru