"Paşinyanın seçilməsi erməni cəmiyyətinin məğlubiyyətlə razılaşmasıdır" - deputat
Tarix: 23-06-2021, 08:30 | Çap et
Ermənistandakı revanşist qüvvələr, konkret olaraq “Qarabağ klanı” növbədənkənar parlament seçkilərində məğlub oldu.
Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli Reyting.az-a müsahibəsində deyib ki, Ermənistanın sabiq prezidenti cinayətkar Robert Köçəryan və onun komandasının məğlubiyytində Azərbaycanın döyüş meydanındakı qələbəsi mühüm rol oynayıb:
- Ermənistanda Nikol Paşinyanın liderlik etdiyi siyasi qüvvənin qələbəsi əslində, xalqın Robert Köçəryan və “Qarabağ klanı” adlandırılan tör-töküntülərə nifrətinin sayəsində baş tutub. Söhbət Paşinyana sevgidən deyil, hərbi cinayətkarlara nifrətdən gedir.
Düşünürəm ki, separatçı hərbi cinayətkarların Ermənistanda hakimiyyətə gəlməməsi Azərbaycanın maraqlarına tam uyğundur. Qarabağ problemini ortaya atmaqla erməni xalqına fəlakətlər yaşadan məhz Köçəryan-Sarkisyan xəttidir. İndi əhali bu qüvvələrə dəstək vermirsə, deməli, Azərbaycanla əməkdaşlıq haqqında düşünür.
Nəzərə alın ki, Köçəryan, Sarkisyan və onların tərəfdarı olan digər cinayətkarlar müharibə ilə bağlı bəyanatlar verir, Şuşa və Hadrutu geri alacaqları kimi illuziyalarla çıxış edirdilər. Amma xalq seçkidə onlara dəstək vermədi.
O ayrı məsələdir ki, Azərbaycandakı siyasətçilərin açıqlamasını, diplomatik fəaliyyətini ermənilər də müşahidə edirdi. Onlar gördü ki, revanşistlər hakimiyyətə gəlsə daha ağır durumla qarşılaşa, müharibə olacağı təqdirdə isə Azərbaycandan daha ağır zərbələr ala bilərlər. Odur ki, 44 günlük müharibə revanşist qüvvələrin hakimiyyətə yolunu bağladı. Paşinyanın seçilməsi erməni cəmiyyətinin məğlubiyyətlə razılaşmasıdır. Köçəryanın seçkini udması ermənilərin məğlubiyyətlə barışmadığını ortaya qoyardı. Gördüyünüz kimi, erməni seçici Paşinyana “hə” dedi.
- Azərbaycan uzun illərdir ki, Ermənistanı regionda sosial-iqtisadi layihələrdən faktiki olaraq təcrid etmişdi. Bu səbəbdən də Ermənistanda iqtisadi problemlər yaranmışdı, ən azından regional layihələrdən kənarda qalmaqla ölkə böyük vəsaitlər itirirdi. Ermənistan cəmiyyətinin ayağa qalxaraq revanşistlərə dəstək verməməsində iqtisadi problemlər və reallıqlar nə dərəcədə rol oynayıb?
- Sözsüz ki, Azərbaycan Qarabağ problemi və işğal faktı ilə barışmadı. Ermənistan məhz Azərbaycanın uğurlu siyasəti sayəsində regional və qlobal layihələrdən kənarda saxlanıldı. Bu, Ermənistana ciddi zərbə və təzyiq oldu. Yəni Ermənistanın keçmiş siyasətçilərinin separatçılıq və təcavüzkar siyasəti Azərbaycanı belə uzaqgörən addımlar atmağa məcbur etmişdi. Odur ki, son 30 ildə Ermənistanda ciddi sosial-iqtisadi problemlərin olması həm də bu ölkənin regional layihələrdən təcrid edilməsi ilə bağlı idi. Erməni xalqı bu siyasətin də revanşistlər sayəsində ortaya çıxdığını gördülər. Odur ki, bu seçkilərdə onlara etimad göstərilmədi.
İkincisi, Nikol Paşinyan hakimiyyətə gələndə iqtisadi vədlər vermişdi. Amma bunlar mif oldu. Sübut olundu ki, Ermənistanda iqtisadi-sosial problemlərin bir səbəbi də Azərbaycan və Türkiyə ilə münasibətlərin olmaması ilə bağlıdır.
Bəli, İran kifayət etmir, Gürcüstanın da o qədər potensialı yoxdur, Rusiya ilə birbaşa əlaqə mövcud deyil və s. Ermənistan nə vaxta qədər diasporun pulu ilə yaşayacaq? Artıq işğaldan azad edilən ərazilərimizdən qızıl çıxara, mineral sualarımızı istismar edə bilmirlər. Getdikcə də gəlirləri azalır. Erməni xalqı da dərk edir ki, Türkiyə və Azərbaycansız iqtisadi artıma nail ola bilməyəcəklər. Bu mənada şübhə etmirəm ki, Zəngəzur dəhlizinin açılması, iqtisadi əlaqələrin qurulması qaçılmaz olacaq. Əminəm ki, bir neçə aydan sonra Ermənistan Azərbaycana və Türkiyəyə yalvarmağa başlayacaq. Nəinki sərhədləri bağlamaq, türk məhsullarına sanksiyalar qoymaq işə yarayacaq, əksinə, özləri deyəcək ki, gəlin, mehribanlaşaq.
Erməni xalqı həm də iqtisadi problemlər səbəbindən Köçəryan və Sarkisyan cütlüyünə etimad göstərmədi. Bu məsələnin iqtisadi tərəfinə baxdıqda, burada Azərbaycanın atdığı uzaqgörən addımlar xüsusilə qeyd oluna bilər. Odur ki, erməni xalqı həm də ayağa qalxaraq Sarkisyan və Köçəryana qarşı dirəniş göstərdi.
- Nikol Paşinyanın Qərbə bağlı olduğu, zamanında Soros Fondu ilə əlaqələri sirr deyil. Bu barədə nə deyə bilərsiniz?
- Paşinyan jurnalist fəaliyyətindən bu yana qərbpərəst olub. Soros Fondunun tədbirlərində də iştirak edib. Yəni bu adamın siyasi dünyagörüşü hər halda Qərb təfəkkürü ilə bağlıdır. Amma eyni zamanda, Rusiyaya 10 noyabr razılaşmasına imza atan şəxsin bunu icra etməsi də lazımdır. Rusiyaya Azərbaycan və Türkiyə ilə problem yaratmağa ehtiyac yoxdur. Deməli, 10 noyabr razılaşması yerinə yetirilməsə Rusiya nüfuzdan düşür, imici korlanır, münasibətlər pisləşir və s.
Sözsüz ki, Zəngəzur dəhlizi vasitəsilə Rusiyanın çıxışlar əldə etmək marağı var. Təsəvvür edin ki, Qara dənizdən çıxışda Rusiya gəmilərinə məhdudiyyətlər qoyulur. Sabah bunun daha da çətinləşib-çətinləşməyəcəyinə zəmanət yoxdur. Amma Zəngəzur dəhlizi vasitəsilə ruslar Aralıq dənizinə qədər gedə bilir.
- Sizcə, Ermənistandakı seçki prosesini Qərb uddu, yoxsa...
- Şübhəsiz ki, Köçəryan-Sarkisyan cütlüyündənsə, Paşinyanın hakimiyyətdə qalması Qərb üçün daha əhəmiyyətlidir. Əsas uduş ondan ibarətdir ki, NATO üzvü kimi Türkiyənin regionda iştirakı rəsmiləşdi. Əslində Rusiyanın iştirakçılığına alternativ yarandı. İndi Türkiyədə regiondadır, üstəlik, Türkiyənin iştirakı ilə Qərb alternativ regionda da mövcuddur. Qərbə burada Rusiyaya alternativ lazımdır. İndiki halda Paşinyan çalışacaq ki, xarici siyasətdə pariteti saxlasın. Yəni Rusiya ilə müəyyən münasibətlər saxlayacaq, amma əsas addımlar Qərbin xeyrinə atılacaq. Bu baxımdan Ermənistan formal olaraq KTMT-də qalacağını, Rusiya ilə münasibətləri inkişaf etdirəcəyini desə də, mahiyyətcə qərbyönümlü siyasət yürüdəcək.
Bəli, Paşinyan ölkəsində seçki keçirdi, Rusiyanın kobud müdaxiləsi müşahidə edilmədi və Qərb də qalib gəldi.
- Xaricdən dəstək alan, böyk maliyyə resursları olan və bu seçkidə uduzan “Qarabağ klanı”nın perspektivinə necə baxırsınız?
- Bu seçkilər göstərdi ki, onların siyasi perspektivi yoxdur. Onlar iki seçkidə Paşinyana uduzublar. Erməni xalqının onlara nifrəti ortadadır. Revanşist qüvvələrin fikir və ideyalarnı erməni xalqı dəstəkləmədi. Bu da onların perspektivinin olmadığını göstərir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
|