"Bu, Gürcüstanın Abxaziya və Cənubi Osetiya probleminin həllinə gətirib çıxardımı?" - deputat
Tarix: 10-07-2021, 09:45 | Çap et
Rusiya ilə ehtiyatlı münasibət, ikitərəfli əməkdaşlıq, strateji müttəfiqlik Azərbaycanın 28 illik siyasətinin ən başarılı məqamlarındandır. Prezident İlham Əliyev hakimiyyətə gələndən bu günədək heç vaxt Moskva ilə münasibətləri korlamadı. Əksinə, Rusiya ilə dost olmaq yolu tutdu. Bunun ən ciddi nəticəsini biz 44 günlük müharibədə gördük. Başqa bir məqam, Rusiya kimi bir dövləti üzərimizə qaldırmadıq. Halbuki siyasi müxalifətin bəzi komponentləri hələ 2008-ci ildə Rusiya Gürcüstana hücum edəndə tələb edirdilər ki, İlham Əliyev Rusiyaya, Putinə cəbhə açsın. Həmçinin bu tələb Ukrayna məsələsində də özünü göstərirdi. Tarix bu məsələdə də İlham Əliyevi haqlı çıxardı. Rusiya savaşılacaq düşmən deyil, anlaşılacaq qonşudur. Əgər onunla ABŞ, Avropa İttifaqı, Çin anlaşırsa, hesablaşırsa, Azərbaycanın Amerikaya, Avropa arxayın olub, yaxın qonşu ilə düşmənçilik aparması ölkəmizi böyük risklərlə üz-üzə qoyardı.
Milli Məclisin deputatı, beynəlxalq münasibətlər üzrə ekspert Elman Nəsirov bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsində təkcə Ali Baş Komandan kimi hərbi cəbhədə deyil, həm də mahir diplomat olaraq diplomatik cəbhədə çox böyük uğura imza atdı. Bunu bütün dünya belə qəbul edir. Bütün bunlar nəyin sayəsində baş verib ki, əvvəla, cənab Prezident ölkənin lideri, birinci diplomatı olaraq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətini müəyyən edib. İlk növbədə prioritet istiqamət ikitərəfli münasibətlərdən ibarətdir: “Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər olduğundan bunun sayəsində həm ikitərəfli, həm üçtərəfli, dördtərəfli, hətta perspektivdə altıtərəfli əməkdaşlıq formatının da yaranması labüdləşib. İkitərəfli münasibətlərin içərisində isə qonşularla münasibətlər birinci yerdə dayanır. Əgər bizim qardaş Türkiyə dövləti ilə, qonşu Gürcüstan dövlətilə, qonşu Rusiya və İran dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərimiz olmasaydı inanın ki, nə Bakı-Tiflis-Ceyhan, nə Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərləri, nə də Bakı-Tiflis-Qars dəmiryolu xətti işə düşməzdi, Cənub Qaz Dəhlizinin reallaşması baş tutmazdı. Görün ölkə Prezidenti nə qədər uzaqgörən siyasət həyata keçirib ki, ikitərəfli münasibətlərə prioritet sahə kimi yanaşıb və qonşularla münasibətlərimiz yüksək səviyyəyə qalxıb. Bunu xüsusi vurğulamaq istərdim. Bu prizmadan yanaşanda Rusiya ilə münasibətlərimiz hər zaman bizim üçün böyük əhəmiyyət kəsb edib. Rusiya Azərbaycanın ən böyük qonşusudur, dünyanın fövqəldövlətlərindən biridir. Rusiya öz hərbi potensialına və gücünə görə yalnız ABŞ-dan sonra ikinci yerdə dayanır, ərazi baxımından dünyanın ən böyük dövlətidir, 17 milyon kvadratkilometr əraziyə malikdir. Rusiya ilə biz strateji tərəfdaşlıq münasibətlərini qurmaqda çox düzgün addım atmışıq. Bunun konkret bəhrələrini görmüşük. Ötən il Vətən müharibəsi bunu tamamilə sübut elədi. Vətən müharibəsi dövründə Rusiyanın neytral mövqeyini saxlamasının özü Azərbaycanın öz strateji hədəfinə çatmaqda çox böyük rol oynadı. Torpaqlarımızın işğaldan azad edilməsində Rusiyanın neytral mövqeyi bizim üçün həyati əhəmiyyət kəsb elədi. Bunu vurğulamaq lazımdır”.
Deputat qeyd etdi ki, bəzən hakimiyyətə özünü rəqib elan edən siyasi qüvvələr populizmə yuvarlanaraq siyasi təhlil və analitikadan uzaq olaraq və bir çox hallarda da çirkin niyyətlərini həyata keçirmək üçün söyləyirlər ki, Rusiya ilə əlaqələri kəsmək lazımdır, Rusiya bizə düşmən dövlətdir, biz Rusiyaya arxa çevirib Qərbə üz tutmalıyıq, bizim müttəfiqimiz yalnız Qərb olmalıdır. Amma tarix hər şeyi öz yerinə qoyur və tarix göstərdi ki, bu yanaşmalar nə qədər səhv idi, təhlükəli idi: “Gürcüstan dövləti birmənalı şəkildə Qərbyönümlü siyasət həyata keçirir və Rusiya ilə münasibətləri yaxşı deyil. Bu, Gürcüstanın Abxaziya və Cənubi Osetiya probleminin həllinə gətirib çıxardımı? Qətiyyən. Əksinə, həmin problem daha da dərinləşdi və onun həll olunması ehtimalı görünmür. Moldovanın özünü götürsək, yenə də eyni vəziyyəti görəcəyik. Ancaq Azərbaycan Prezidenti o dərəcədə düzgün siyasət həyata keçirdi ki, işğalda olan torpaqlarımızı azad etdik. Azərbaycan Prezidenti dövlətini müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə saxlamağı bacardı. Bunun sayəsində bu gün rəsmi Moskva qəbul edir və dərk eləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-la ölkəmizin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırması heç bir halda Rusiyanın əleyhinə yönəlməyib. Eləcə də rəsmi Vaşinqton çox gözəl bilir ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olması heç bir halda ABŞ-ı hədəfə almayıb”.
E.Nəsirovun sözlərinə görə, elə bu mövqeyinin sayəsindədir ki, NATO və ABŞ-ın ali hərbi rəhbərliyi ilə Rusiyanın ali hərbi rəhbərliyi son bir neçə ildə təxminən 7 dəfə görüş keçirib və bu görüşlərin hər biri məhz Azərbaycanda keçirilib: “Ona görə məhz Bakı şəhərində keçirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəqil, milli maraqlara söykənən, qarşılıqlı hörmətə əsaslanan, bir-birinin daxili işlərinə qarışmayan siyasəti sayəsində mümkün olub. Diqqət edirsinizsə, artıq Ermənistan cəmiyyəti Rusiyanı Azərbaycanı müdafiə eləməkdə ittiham edir. Bu günlərdə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da belə bir bəyanatla çıxış etdi ki, Azərbaycanla Ermənistan arasında sərhəd məsələsi öz həllini tapmalıdır və heç bir halda KTMT-nin Azərbaycanla Ermənistan sərhədinə yerləşdirilməsi haqqında plan yoxdur və buna ehtiyac görülmür. Bütün bunlar Azərbaycan Prezidentinin yeritdiyi çox uğurlu siyasətin nəticəsində, Rusiya ilə münasibətləri ustalıqla qurmasının sayəsində baş verir. Cənab İlham Əliyevin qonşularla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırması Azərbaycanın çox mühüm uğurlarını şərtləndirib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|