“Bu, korrupsiyaya yol aça, cəmiyyətdə narazılıq yarada bilər, çünki...” - Deputatdan ETİRAZ
Tarix: 3-08-2021, 10:08 | Çap et
Son günlər vaksinasiya prosesi ilə bağlı bir-birinə zidd standartlar formalaşıb. Dünyanın bir hissəsində vaksin olunmamaq üçün etirazlar baş qaldırdığı halda, bir qisim ölkələrdə peyvəndləmənin daha da intensiv aparılması üçün stimullaşdırıcı aksiyalar həyata keçirilir.
Qeyd etmək yerinə düşər ki, hazırda Fransada koronavirus infeksiyasına qarşı məcburi peyvənd tədbirlərinin genişləndirilməsinə qarşı aksiyalar keçirilir. “Le Figaro” qəzeti yazır ki, ölkə daxilində keçirilən mitinqlərdə 204 min 90 nəfər iştirak edib. Təkcə Parisdə 14 mindən çox etirazçı çıxıb. Nəşr zorakılıq dərəcəsinin artmasına da diqqət çəkib. Etirazçılar gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən təhlükəsizlik qüvvələri ilə toqquşub.
Yalnız Fransada deyil, İsveçrənin Luzern şəhərində də eyni vaxtda iki etiraz aksiyası keçirilib. Aksiyaların birində peyvənd əleyhinə, digərində isə hökumətin karantin rejimi ilə bağlı tətbiq etdiyi qərara etirazlar səsləndirilib. Nümayiş zamanı bir polis əməkdaşının yaralandığı bildirilir. Aksiyalarda ümumilikdə 5 mindən çox insan iştirak edib.
ABŞ və Britaniyada isə vaksin olunan gənclərə maddi hədiyyələr edilir. ABŞ-da vaksin olunanlara 100 dollar verilir, Britaniyada isə gənclərə vaksin olunmaları halında restoranlarda endirim, pulsuz pitsa təklif edilir. Gənclər vaksinasiya məntəqəsinədək ödənişsiz taksidən istifadə edərək gələ biləcək, peyvənd olunduqdan sonra isə pulsuz pizza alacaq və ya evə qida sifarişi üçün endirim əldə edəcəklər. Krallığın Səhiyyə və Sosial İşlər Nazirliyi tərəfindən aparılan kampaniya gənclər arasında vaksinasiyanın stimullaşdırılması məqsədi daşıyır.
Qeyd olunur ki, Britaniyada yaşı 18-25 arasında olan 2.5 milyon nəfər hələ də peyvənd vurdurmayıb.
Rusiyanın “Skolkovo” Elm və Texnologiya İnstitutunun professoru Dmitri Kulish isə bildirib ki, insanları vaksinləməyə cəlb etmək lazımdır: “Rusiyada, bildiyiniz kimi, bir çox yerlərdə peyvənd olunmaq istəyən insanlara artıq müxtəlif yollarla dəstək verilir. Bir yerdə mükafatlar verirlər, bir yerdə daha yaxşı iş şəraiti ilə təmin edirlər - bu tamamilə qanunidir və haqlı olaraq aparılır. Buna baxmayaraq, peyvənd əleyhinə fikirlər hələ də var. Ruslardan utanıram, çünki bu hissləri nümayiş etdirirlər. Təəssüf ki, kollektiv məsuliyyət qaydalarına görə rusların ən azı yarısı peyvənd olunana qədər hamımız maska taxacağıq”.
Yeri gəlmişkən, smartfonlar, düyməli telefonlar, televizorlar, ağıllı saatlar, məişət texnikası satan Rusiya şirkəti BQ, əhali üçün peyvənd proqramını dəstəklədiyini açıqlayıb. BQ rəsmi olaraq COVİD-19 əleyhinə peyvənd edilən rusların BQ məhsullarına 40% -dək endirim etdiyini deyib. Bir peyvənd sertifikatınız varsa, “StopCovid” promo kodunu daxil edə və endirimləri əldə edə bilərsiniz.
Bəs görəsən, bu metodları Azərbaycanda da tətbiq etmək olarmı? Gənclər arasında vaksinləşməni genişləndirmək üçün Azərbaycanın təklifləri nə ola bilər?
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Bizdə də mümkündür, amma bunu qətiyyən etmək olmaz. 10 nəfərə verəcəklər, yüz nəfərin də adını siyahıya yazıb pulunu götürəcəklər. Büdcədən əlavə pullar xərclənəcək. Belə məsələlər bizdə, ümumiyyətlə, korrupsiya alətinə çevrilir. Bu cür məsələlərdə hər hansı prosedur həyata keçirilməsi cəmiyyətdə narazılıq yarada bilər. Vaksinasiya prosesinə necə başlamışıqsa, elə də davam etməliyik. İnsanlar bir-birilərinə başa salmalıdırlar ki, bunun vurulması vacibdir. Bundan sonra gedişatda olacaq məsələlərə baxarıq”.
Deputat, “vaksin olunmamaq üçün həkimlərə pul verənlər də az deyil, bəs bunlarla nə etməli” sualına da cavab verib: “Azərbaycanlıları harasa göndərəsən, başqa bir rəhbər gətirsən, deyəsən ki, yeni qaydalarla hərəkət et. Sirr deyil ki, minlərlə insan Dağıstandan pulunu verib, diplom gətizdirdi. Bu gün həqiqi təhsil alanlar kənarda qalıb, təhsil almayanlar vəzifə başındadır. Yoxlamısız ki, vəzifədə olan xeyli insanların böyük əksəriyyətinin diplomu saxtadır?! Araşdırılsa, heç biri qrup yoldaşını tapa bilməz. Bir nəfər göstərsin ki, bu qrup yoldaşımdır. Universitetdə 5 il oxumusansa, heç olmasa 50 nəfər qrup yoldaşın olmalıdır. Yəni bu kimi məsələlərin yanında vaksinasiya xırda məsələdir. Bizim özümüzlə bağlı olan ciddi bir problemli məsələdir. Hesab edirəm ki, bir sıra məsələlərə üzdən yanaşmağa məcburuq. Mədəni məsələlərə yanaşmada həqiqətən böyük problemlərimiz var. Cəmiyyətin sosial dirəniş motivasiyası çox aşağı səviyyədədir. Belə məsələlərdə də narazılıq özünü büruzə verir”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|