Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                 

“Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var” - ÇAĞIRIŞ
Tarix: 13-11-2021, 08:44 | Çap et
“Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var”
“Azərbaycanda məhkumların saxlanması üçün ayrılan vəsait azaldıla bilər. Çünki hər bir məhbusun cəzaçəkmə müəssisələrində saxlanılması vəsait tələb edir”.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib. “Gələcəkdə ağır cinayət törətməyən məhbusların evdə və digər yerlərdə saxlanılması məsələsinə də baxıla bilər. Biz bununla da xərclərimizi azalda bilərik. Bununla bağlı qanunvericiliyə də müvafiq dəyişikliklər edilib”, - nazir vurğulayıb.

Onun bu təklifi ekspertlər tərəfindən də dəstəklənib. Bu şəkildə həm dövlət büdcəsi üzərindəki həbsxanaların saxlanılması yükü bir qədər azala bilər, həm də yüngül cinayət törədənlər həbsxanalara düşüb oradakı mühitin təsiri ilə islah olmaq əvəzinə daha qatı cinayətkara, potensial qatilə dönüb illər sonra cəmiyyətə qatılmazlar. Ev həbsində onların üzərindəki sabit məhkum damğası da daha zəif olar və adaptasiya prosesində çətinlik çəkməzlər.

Mövzu ilə bağlı şərh verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda məhbusların sayı və ümumiyyətlə, Cinayət Məcəlləsində olan müddəalarının dəyişdirilməsi bir neçə illərdir müzakirə mövzusudur: “Təbii ki, Azərbaycanda ilk növbədə bu addımı atmaq üçün Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsinə ehtiyac var. Yüngül və az ağır cinayətlərlə bağlı ola bilər ki, cərimə sistemi tətbiq edilsin. Bəzi ölkələrdə olduğu kimi cərimələr tətbiq oluna və ya məhkəmə xərclərinin həmin şəxsin üzərinə qoyulması yolu ilə çəkindirici addım kimi maliyyə sanksiyaları ola bilər. Təbii ki, ev həbsi və yaxud elektron qolbaqların tətbiqi də mümkündür ki, bir çox ölkələrin praktikasında da bu xərclərin xeyli azalmasına gətirib çıxarıb. Hətta yüngül və az ağır cinayətlər törətmiş şəxslərə böyük maliyyə sanksiyalarının tətbiqi ilə məhkəmə sistemində və hüquq-mühafizə orqanları sistemində müəyyən dərəcədə büdcə yükünün azaldılmasına nail olmaq olar. Yəni xərclərin bir hissəsinin həmin cərimələr vasitəsilə ödənilməsi mümkündür. Amma dediyim kimi, bunun üçün ilk növbədə Cinayət Məcəlləsinə ciddi dəyişikliklərin olunmasına ehtiyac var. Ümumiyyətlə, Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var. Çünki bir çox müddəalar ya sovetin təcrübəsinə, ya da Rusiya qanunvericiliyinə əsaslanıb. Cinayət Məcəlləsinə yenidən baxılmasına və yeni yanaşmanın ortaya qoyulmasına ehtiyac var”.

Hüquq müdafiəçisi Çingiz Qənizadə də bildirdi ki, bu fikri dəstəkləyir və həbsxanalarda həddindən artıq sıxlıq faktı var: “Samir müəllimin konkret bir sahə üzrə maliyyə yükünün ağırlığı ilə bağlı verdiyi açıqlama və narahatlıq başa düşüləndir və biz hüquq müdafiəçiləri olaraq bu fikri dəstəkləyirik. Uzun zamandır müəyyən yollar axtarılır ki, dövlətin müxtəlif sahələrdə lazımsız maliyyə yükü azaldılsın. Elə onlardan biri də pentensiar sahə ilə bağlıdır. Hazırda penitensiar sahədə çox böyük sıxlıq müşahidə olunur. Cənab prezidentin təşəbbüsü ilə verilmiş amnistiya aktın 16 min insana şamil ediləcəyi qeyd edilir. Amma onu da nəzərə almalıyıq ki, 3 min nəfər şəxs cəzaçəkmə müəssisəsindən azad olunacaq. Yerdə qalanların cəzası azaldılacaq və ya cəzanın digər növləri şamil olunacaq. Təxminən 3 min nəfər həbsxanalardan azad olunacaq, bu azdır. İndi ümid edirik ki, cənab prezident növbəti dəfə böyük bir əfv aktı imzalanacaq. Yenə də xeyli sayda insan cəzaçəkmə müəssisəsindən azad olunacaqlar.

Amma bunlar fərdi addımdır. Ümumilikdə biz elə etməliyik ki, cəzaçəkmə müəssisələrinə daxilolmalar azalsın. Ona görə təbii ki, biz həm Cinayət Məcəlləsinə, həm Cinayət Prosessual Məcəlləsinə yenidən baxmalıyıq. İndiyə qədər iki ilə qədər sanksiyada həbs cəzası nəzərdə tutulmurdu, iki ildən az olmamaq şərtiylə nəzərdə tutulurdu. İki ildən az idisə onlar barəsində həbs qətimkan tədbiri seçilmirdi. Elə hesab edirəm ki, bu cəza müddətini artırmaq lazımdır. Yəni 2 yox, hardasa 3-5 ilə qədər həbs cəzası nəzərdə tutulan maddələrlə istintaq aparılırsa, onların haqqında qətimkan tədbirinin seçilməsi ən son günə, yəni məhkəmənin hökmü elan etdiyi günə qədər təxirə salınmalıdır. Şəxs azadlıqda olmalıdır, dəymiş zərərin ödənilməsinə çalışmalıdır və dövlət onun təminat yükündən azad olmalıdır. Bir də ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı məsələyə yenidən baxılmalıdır. Cəza məsələsinə yenidən baxmaq lazımdır. Ümumiyyətlə, kompleks şəkildə düşünülməlidir".

Ç.Qənizadə vurğuladı ki, həqiqətən dövlətin bu sahədə maliyyə yükünü azaltmaq üçün biz qanunvericiliyə yenidən baxmalıyıq: “Məhkəmə istintaq təcrübəsində həbsli cəzaların və həbs qətimkan tədbirlərinin seçilməsində, eyni zamanda lazımsız yerə 4 ay müddətində həbs qətimkan tədbirlərinin seçilməsindən uzaq olmalıyıq. Çünki bəzən törədilən əmələ görə 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi başa düşülən deyil. O baxımdan bunlar hamısı təbii ki, yükdür. İstər istintaq təcridxanasında olanlar, istər barəsində hökm çıxarılanlar hamısı dövlət təminatındadır. Məhkumların sayı azalmalıdır və istintaq altında olan, barələrində həbs qətimkan tədbiri seçilib istintaqı gedən şəxslərin barəsində humanist addımlar atılmalı, dərhal həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməməlidir. Bunu da elə etmək lazımdır ki, şikayətçi və zərərçəkən tərəf dövlətdən və hüquq-mühafizə orqanlarından narazı qalmasın. Sadəcə, dəyən zərərin ödənilməsi üçün, törədilən cinayətin nəticələrinin aradan qaldırılması üçün insanlara müəyyən müddətə şans verilməlidir. Ən azı istintaqın həbssiz aparılıb, məhkəmənin hökmünə qədər onlara bu şəraitin yaradılmasını təmin etmək lazımdır. Amma ağır, xüsusilə ağır cinayətlər törədənlər var ki, təbii ki, burda tərəfin biri də Azərbaycan vətəndaşıdır, onlar narazı qalmasınlar deyə bu məsələyə həssas yanaşmaq, lazımi cəzaları təyin etmək olar. Ümumiyyətlə, ölkədə cəza siyasətinə yenidən baxılmalıdır”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru