“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                     "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." .....                     Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi .....                     Paytaxtda dilimizə sayğısızlıq .....                     Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub .....                     Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə .....                     Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir .....                     Nə üzlə gəlmişdi, nə sözlə getdi .....                     Bərdədə QOÇULUQ EDƏN KİMDİR? .....                     Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var .....                     Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... .....                     Kəlbəcərin azad edilməsindən 4 il ötür .....                     Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir .....                     "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." .....                     Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... .....                     Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                 

“Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın” - NƏ BAŞ VERİR?
Tarix: 24-12-2021, 08:39 | Çap et
“Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas İrəvanda üçgünlük səfərdədir. Məsələ burasındadır ki, Belarus təmsilçisi olan KTMT baş katibindən İrəvanda narazıdırlar.

Səbəbi məlumdur: həm 44 günlük müharibədə, həm də bundan sonra iki dəfə sərhəddə baş vermiş qarşıdurmada Ermənistanın KTMT-ni bu münaqişəyə cəlb etmək istəyi alınmayıb. Eləcə də bu mövzuda rəsmi İrəvanın Belarus prezidenti Aleksandr Lukaşenkoya təsir etmək cəhdləri də faydasız olub. O səbəbdən KTMT-nin baş katibinin İrəvan səfəri diqqət çəkir.

Qeyd edək ki, Zas Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətdən narahatlığını bildirib. Zasın fikrincə, sərhəd məsələsi yalnız siyasi-diplomatik yolla tənzimlənməlidir: “Biz noyabrın 26-da Soçidə əldə olunmuş razılıqları dəstəkləyirik. Azərbaycanla Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması, həmçinin sərhədlərin müəyyənləşməsinə dair komissiyanın yaradılması istiqamətində işləmək lazımdır. Aydındır ki, gərginliyi azaltmaq üçün həmişəkindən daha ciddi tədbirlərə ehtiyac var”. Bəs ekspertlər nə düşünür, KTMT baş katibinin 3 günlük səfərinin anlamı ermənilərin könlünü almaq cəhdidirmi? Yeni qarşıdurma olarsa, KTMT-nin mövqeyi bu dəfə fərqli ola bilərmi?

DİA.AZ-ın məlumatına görə, hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, KTMT-nin baş katibinin İrəvan səfərindən hansısa ciddi nəticələr gözləməyə dəyməz: “Bu səfər, sadəcə, ilin sonuncu günlərinə təsadüf edir və Zas da özünə vəzifə borcu sayıb ki, Ermənistandakı təşkilata yönəlik çoxsaylı neqativ münasibəti bir qədər azaltsın. Heç kimə sirr deyil ki, Ermənistan son illərdə bu təşkilatı nüfuzdan salan addımlar atıb. Ermənistan nümayəndəsi Yuri Xaçaturov təşkilatın baş katibi olanda onun vəzifədən geri çağırılması və barəsində cinayət işinin qaldırılmasını yaxşı xatırlayırıq. Sonra isə hazırkı KTMT rəhbərinə qarşı demarşı da unudulmayıb. 2020-ci ildə Ermənistanın saysız-hesabsız avantüralarına KTMT-nin qarışmaması, Azərbaycanla baş-başa qalanda isə darmadağın olmasını Ermənistanda heç cürə yaddan çıxartmayıblar”. Ü.Cəfərov yuxarıda qeyd etdiyimiz məqamlara da münasibət bildirdi: “Bir fikri bölüşürəm: Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın.

Məndə zərrə qədər şübhə yoxdur ki, KTMT heç vaxt təşkilat formasında nə Rusiyaya, nə də onun Ermənistan kimi ”şestyorka"larına görə Azərbaycana qarşı addım atmayacaq. Diplomatik müstəvidə ola bilsin ki, hansısa bəyanat-filan səsləndirilsin. Amma praktiki şəkildə onların hər hansı addımı olmayıb və olmayacaq. Bunu anlamaq üçün o ölkələrin Azərbaycanla ikitərəfli əlaqələrinin hansı səviyyədə olmasına ötəri də olsa diqqət yetirmək kifayət edəcək. Nə Qazaxıstan, nə Belarus, nə Qırğızıstan və nə də adlarını çəkmədiyim respublikalar Azərbaycanla münasibətlərini avantürist Ermənistan siyasi-hərbi rəhbərliyinə görə korlamayacaq. KTMT, sadəcə, Rusiya Putini üçün bir formal “NATO” kimi təsəvvür edilir və onun adından başqa hər hansı bir faydası və faydalı iş əmsalı olmayıb və yoxdur, heç vaxt da olmayacaq. Rusiyada siyasi dəyişikliklərdən sonra yaxın zamanlarda bu təşkilat da özü-özünə dağılacaq və yaddan çıxacaq. Buna, sadəcə, bir balaca zaman, səbr etmək lazım olacaq".

Politoloq İlyas Hüseynov isə KTMT baş katibinin İrəvana üçgünlük səfəri zamanı Ermənistanın bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşdüyünə diqqət çəkdi: “Ermənistan ötən ilin iyul hadisələrində, 44 günlük müharibədə, cari ilin may ayında, eləcə də 16 noyabr hadisələrində KTMT-nin fəaliyyətindən öz narazılığını ifadə edib. Xüsusilə qeyd etmək lazımdır ki, 44 günlük müharibədə KTMT-nin addımları rəsmi İrəvanı çox məyus etmişdi. Eyni zamanda Ermənistan çoxsaylı təxribatlar törətməklə Rusiyanın nəzarətində olan hərbi-siyasi bloku dəfələrlə regiona cəlb etməyə çalışsa da, öz istəyinə müyəssər ola bilməmişdi. Maraqlıdır ki, KTMT-nin üzv dövlətlərinin əksəriyyəti Azərbaycanı Vətən savaşından qazanılan tarixi qələbə münasibətilə bağlı təbrik edib”. Digər tərəfdən, İ.Hüseynov KTMT baş katibi Zasın Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətdən narahatlığını bildirməsinə də diqqət çəkdi: “Nəzərə almaq lazımdır ki, Zasın fikrincə, sərhəd məsələsi yalnız siyasi-diplomatik yolla tənzimlənməlidir. Yəni regionda olan problemlərlə bağlı hərbçilər yox, siyasətçilər məşğul olmalıdır. Brüssel görüşünün nəticələrinin rəsmi Moskvanı razı saldığını demək çətindir. Buna görə də dərhal sosial şəbəkələrin erməni seqmentində ilin sonuna kimi Moskvada üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumatlar paylaşıldı. Növbəti raundun Moskvada olacağı heç kimdə şübhə doğurmur. Lakin KTMT-nin baş katibinin İrəvana səfəri də Moskva tərəfindən bir siqnal kimi dəyərləndirilə bilər”. Politoloq qarşıda duran vəzifələrdən də bəhs etdi: “Bu gün hər kəsə aydındır ki, sərhədlərin delimitasiyası işlərinə başlamaq ən ümdə vəzifədir. Bu kontekstdə Laçın dəhlizi ilə bağlı yaranan problemləri də aradan qaldırmaq olar. Digər tərəfdən, Fransada prezidentliyə namizədin müvəqqəti olaraq Azərbaycan ərazilərinə yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarət zonasına gəlməsi də narahatverici məqamdır. Bu kimi təxribatların qarşısını almaq üçün Laçın dəhlizində Azərbaycan tərəfindən postların qurulması mütləq xarakter daşıyır. Rəsmi Bakının Brüsseldə irəli sürdüyü qarşılıq prinsipinin müəyyən olunması və buna adekvat tədbirlərin həyata keçirilməsi önəmli şərt kimi qəbul edilir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52
"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru