"Bu, Rusiyanın çoxdankı istəyidir" - Partiya sədri
Tarix: 24-12-2021, 09:22 | Çap et
Rusiya Xarici İşlər Nazirliyinin münasibətlərin tənzimlənməsi üçün ABŞ-a və NATO-ya verdiyi saziş layihəsində Azərbaycanı maraqlandıran məsələ də var. Belə ki, təklif edilən layihəyə əsasən, NATO-nun şərqə doğru genişlənməyəcəyi, keçmiş SSRİ respublikalarının Alyansa qəbul edilməyəcəyi öhdəliyi götürülməlidir. Bu şərt indilikdə ən azı iki ölkəyə - Ukrayna və Gürcüstana aiddir.
Aydındır ki, Qoşulmama Hərəkatında təmsil olunan Azərbaycanın yaxın illərdə NATO-ya üzv olmaq kimi iddiası yoxdur. Amma bu sənəd imzalanarsa, NATO artıq birmənalı öhdəlik götürmüş olacaq. Bunun isə Bakının gələcəkdə manevr imkanlarına, eləcə də NATO ilə birgə əlaqələrinə müəyyən təsirləri ola bilər.
Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayaraq bildirib ki, Rusiyanın təqdim etdiyi “Regional təhlükəsizliyə dair yeni razılaşma” sənədində Azərbaycanın da dövlət müstəqilliyini təhdid edən müddəalar var: “Rusiyanın təqdim etdiyi təkliflərə əsasən, NATO və ABŞ Ukraynada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, sovet respublikaları olmuş müstəqil dövlətlərin NATO-ya üzv qəbul edilməyəcəyinə hüquqi təminat verməlidir. Bu təşəbbüs BMT-nin əsas prinsiplərindən olan xalqların öz müqəddəratını təyin etmə prinsipinə, Helsinki Yekun Aktının dövlətlərin suverenliyinin toxunulmazlığına dair prinsipinə və bütövlükdə beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.
Azərbaycan, eləcə də sovet respublikası olmuş digər dövlətlər hazırda tam müstəqil dövlətlərdir. Rusiyanın bu təkliflərlə keçmiş sovet respublikalarını faktiki öz nüfuz dairəsi elan etməsi bütün bu dövlətlərin, o cümlədən Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini məhdudlaşdırmaq cəhdidir. Heç bir xarici dövlət, o cümlədən Rusiya Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığını məhdudlaşdıra, ölkəmizin NATO-ya və ya başqa bir müdafiə ittifaqına birləşməsinə veto qoya bilməz. Hərbi tərəfdaş və müttəfiq seçmək Azərbaycan dövlətinin müstəsna hüququdur. Biz Rusiya rəhbərliyini Azərbaycanın və digər dövlətlərin müstəqilliyinə hörmət etməyə çağırırıq. Azərbaycanın dövlət hakimiyyəti orqanları ölkəmizin müstəqilliyini təhdid edən bu təşəbbüslərin Azərbaycan üçün qəbuledilməz olduğunu rəsmən bəyan etməlidir".
“Rusiyanın təklif etdiyi sənəd layihəsinin qəbul ediləcəyinə ciddi şübhələr var. Amma Rusiya da mövqeyində israrlıdır, xüsusilə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı. Amma göründüyü kimi, burada Azərbaycandan da söhbət gedir. Azərbaycanın çətin ki, belə bir istəyi olsun”.
DİA.AZ xəbər verir ki, bu barədə ”Yeni Müsavat"a şərhində Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi. Onun sözlərinə görə, nə ABŞ, nə də NATO Rusiyanın bu ultimatumunu qəbul etməyəcək: “Çünki bu, qəbulu mümkün olmayan ultimatumdur və əslində NATO-ya, ABŞ-a aşağılayıcı münasibətin təzahürüdür. İkincisi, bu yeni bir şey deyil. Yeni olan bu münasibətin, ultimatumun yazılı şəkildə sənəd halına salınmasıdır. Bu, Rusiyanın çoxdankı istəyidir. Belə tələblərin əsas mahiyyəti ondan ibarətdir ki, Rusiya yenidən dünyanın İkinci dünya müharibəsindən sonra olduğu kimi təsir zonalarına bölünməsini və kollektiv Qərbin keçmiş SSRİ məkanına girməməsini, Şərqi Avropadan da çəkilməsini istəyir. Bu isə dünyanın inkişafı mahiyyətinə ziddir. Onda sual olunur ki, bu cür tələblər niyə irəli sürülür? Məsələ burasındadır Ukrayna böhranından sonra dünyada yeni nizam quruculuğu və bununla bağlı geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub, Rusiya məsələsi gündəmə gəlib. ABŞ-ın, NATO-nun infrastrukturu Rusiyaya, keçmiş SSRİ məkanına doğru, xüsusən də Qara dəniz hövzəsində artır, NATO-nun təlimləri getdikcə ”soyuq müharibə" dövründəki təlimləri xatırladır. Ona görə bu ifadəni işlədirəm ki, ABŞ son dövrdə keçirdiyi təlimlərdə nüvə başlığı daşıyan təyyarələrlə Krıma zərbə endirməyi məşq edib. Bunu Rusiya bilir və hətta Putin çıxışında dilə gətirdi. Yəni Ukrayna məsələsi həm kollektiv Qərb üçün, həm də Rusiya imperiyasını bərpa eləmək istəyən mühafizəkar rus “dərin dövləti” üçün olmazsa olmaz məsələsidir. Çünki Ukrayna olmazsa, yeni Avropa təhlükəsizlik sistemini qurmaq mümkün deyil. Ukrayna olmazsa, Rusiya imperiyası mümkün deyil. Çünki Rusiya imperiyasının mərkəzi Kiyev rus dövləti hesab olunur. Kiyev olmasa Rusiya imperiyası tarixi legitimliyini itirir. Ona görə də Ukrayna məsələsi Avrasiyada yeni dünya nizamı quruculuğunun məhək daşı hesab olunur. Bura kim sahib olacaqsa, ən azı Avrasiya məkanında dünya nizamına o sahib olacaq. Ona görə də Ukrayna və onun ətrafında vəziyyət getdikcə kəskinləşəcək, toqquşmalar da mümkündür. Rusiya ABŞ və NATO-nun onun maraqlarını nəzərə almadığını düşünür. Ona görə də təhlükəsizliyini təhdid altında hesab edir və çıxılmaz vəziyyətə düşdüyündən belə hərəkətlər edir. Yəni bu, əslində Rusiyanın çıxılmaz vəziyyətdə olduğunu göstərir. Bu ultimatumlardan sonra Rusiya ya təslim olmalıdır, ya da yeni hərbi müdaxilələrə baş vurmalıdır. Hər ikisi də Kremlin, Rusiya “dərin dövləti”nin ziyanınadır".
Rusiyanın NATO və ABŞ-a irəli sürdüyü ultimatum xarakterli sənəd layihəsinə keçmiş SSRİ respublikalarının münasibət göstərməsi, etiraz etməsinin gərəkliyi məsələsinə gəlincə, S.Əkbərin sözlərinə görə, NATO üzvü olmaq istəyən dövlətlər onsuz da münasibət bildirir: “Ukrayna və Gürcüstan münasibət bildirirlər və etirazlarını ortaya qoyurlar. Digər respublikaların isə NATO-ya üzv olmaq niyyəti olmadığı üçün düşünmürəm ki, onlar münasibət bildirəcəklər. Məsələn, Azərbaycanın dövlət başçısı İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycanın NATO-ya və Avropa İttifaqına üzv olmaq niyyəti yoxdur. Belə bir niyyəti olmadığı üçün də münasibət bildirilməyəcək. Amma burada mühüm məsələ var ki, ümumiyyətlə, Rusiya tələb edir ki, ABŞ keçmiş SSRİ ölkələrinin heç biri ilə hərbi əməkdaşlıq etməməlidir. Əsl münasibət bildirilməli olan məsələ budur. Çünki bu cür tələb respublikaların, o cümlədən Azərbaycanın suverenliyinə müdaxilədir. Ona görə ki, Azərbaycan ABŞ və NATO ilə hərbi əməkdaşlıq edir. Mənim və rəhbərlik etdiyim partiyanın fikri budur ki, Azərbaycan həm NATO-ya üzvlüyü hədəf almaqla Alyansla genişləndirilmiş, həm Avropa İttifaqı ilə yeni strateji tərəfdaşlıq sazişləri imzalamalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
|