Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                 

“Həbs qərarının verilməsi əlavə suallar yaratmaya bilməz” - ETİRAZ
Tarix: 15-01-2022, 09:13 | Çap et
“Həbs qərarının verilməsi əlavə suallar yaratmaya bilməz”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Yasamal rayon Məhkəməsinin qərarı ilə 5 aylıq azadlıqdan məhrum edilməsi ətrafında müxtəlif fikirlər dolaşmaqdadır. Müxalif camiyə bu qərarı siyasi motivli hesab edir. İqtidar düşərgəsi isə burada heç bir siyasi motiv görmür.

Məlumat üçün bildirək ki, VİP sədrindən şikayətçi olanlar 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovdur. Onlar Əli Əliyevi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında məhkəməyə veriblər. İddiaçıların şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilmişdi. İddiaçıların şikayətinin motivi Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” “YouTube” kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.

DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, AĞ Partiya başqanı Tural Abbaslı bu həbsi yolverilməz sayır: “Dünyanın harasında olursa olsun siyasiləşmiş insanların, əsasən də, siyasi müxalifətdə təmsil olunmuş insanların həbsi həmişə səsli, hay-küylü qəbul olunub. Bu, tək Azərbaycana məxsus hal deyil. Nəzərə alsaq ki, Əli Əliyev ölkəmizdə tənqidçi müxalifətin nümayəndəsidir, o zaman istənilən halda onun həbsi ilə hakimiyyət bilməli idi ki, bu siyasi fəaliyyətlə mütləq əlaqələndiriləcəkdi. Hər kəs zatən bunu gözləyirdi. İndi onun haqlı olub-olmaması da hesab edirəm ki, hakimiyyətin bu günə qədər yürütdüyü yanlış siyasətin nəticəsidir ki, xalq birmənalı şəkildə ölkədə ədalətli məhkəmə sisteminin olmamasını özü-özlüyündə dəqiqləşdirib. Ölkəmizdə bütün ədliyyə sistemi siyasiləşib, onların verdiyi qərarların hamısı dolayısı ilə birbaşa siyasi qərardır. Bu da əgər siyasi qərardırsa, demək burada siyasi motivlər var. Ona görə də, Azərbaycan müxalifəti, insanları məhkəmələrə inanmadıqları üçün istənilən həbsi siyasiləşdirir və həmin dəqiqə qərarı siyasi hesab edir, həbs edilənin günahsız olduğu iddiasını irəli sürür. Mən də bir ölkə vətəndaşı, müxalif bir siyasi lider olaraq ölkəmdə ədalətli məhkəmələrin olduğuna inanmıram. Əli Əliyevin partiya sədri olması burada çox ciddi rol oynayır. Onun həbsi sadə bir məsələ deyil. AĞ Partiya olaraq, bu məsələni doğru addım hesab etmirik. Düşünürəm ki, orada nəsə olsaydı belə Əli Əliyevin kimliyi, partiya sədri olması, cəmiyyətdəki rolu nəzərə alınaraq, hər hansı bir xəbərdarlıq etməklə, yaxud həbs olunmadan başqa bir qərar verməklə məsələni geridə buraxmaq olardı. Həbs qərarının verilməsi əlavə suallar yaratmaya bilməz. Bu həm də indiki məqamda Azərbaycanın beynəlxalq aləmdə mövqeyinə zərər gətirə bilər. Biz ədalətli məhkəmənin olmasını və Əli Əliyevin vaxt itirilmədən azadlığa buraxılmasını tələb edirik”.

ALDP rəhbəri Fuad Əliyev isə VİP sədrinin həmin açıqlamalarla ciddi səhvə yol verdiyini qeyd etdi: “Siyasətçilər hərbi ekspertlər deyillər ki, hərbidə baş verən hadisələrə konkret fikir bildirsinlər. Biz bir versiya irəli sürə bilərik. Bu versiyanın səhv və ya doğru olduğunu yaradılan komissiya araşdırıb qiymət verə bilər. Əgər bizim söylədiyimiz, təxmin etdiyimiz fikirlər səhvdirsə, biz üzrxahlıq etməliyik. Normalda belə olmalıdır. Təəssüf ki, bizdə bu normalara riayət edən yoxdur. VİP sədri Əli Əliyevə gəldikdə isə, o, hadisə ilə bağlı bir versiya söyləyib. Bu versiya, fikir həmin faciədə dünyasını dəyişənlərin ruhuna təhqirdir. Komissiya araşdırandan və xüsusilə də məlum helikopter faciəsindən sonra sağ qalan iki hərbçinin fikirləri, hadisənin necə baş verdiyini deyəndən sonra Əli Əliyevin bu hadisə ilə bağlı səhv mövqeyinə görə sağ qalan hərbçilərdən üzr istəməyinə kifayət qədər vaxtı var idi. Mənim fikrimcə, belə olsaydı, hərbiçilər məhkəməyə üz tutmazdılar”.

Hakim Yeni Azərbaycan Partiyasının da bu həbslə bağlı mövqeyini aldıq. Partiyanın deputatı Ceyhun Məmmədov bunları dedi: “Hesab edirəm ki, partiya mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Burada kimlik önəmli deyil. Kimsə qanunu pozursa, həmin şəxs mütləq qanun qarşısında cavab verməlidir. Partiya rəhbəri olmaq o anlama gəlmir ki, hansısa qanunu pozmalıdır, yaxud qanun pozuntusuna yol verməlidir. Burada konkret məhkəmə faktı var. Konkret faktlar əsasında məhkəmə prosesi həyata keçirilib. Bu həm də onu deməyə əsas verir ki, hər kəs siyasi mənsubiyyətindən, tutduğu mövqedən asılı olmayaraq, verdiyi bəyanatlar və səsləndirdiyi fikirlərdə maksimum dərəcədə diqqətli olmalıdır. Düşünürəm ki, burada məsələdən bu formada məqsədli şəkildə iqtidara qarşı istifadə edilməsi yolverilməzdir. Yekun olaraq, biz bir də o məsələyə gəlirik ki, hər kəs qanun qarşısında bərabərdir. Bir daha onu deyirəm ki, hər kəs səsləndirdiyi fikirlərdə diqqətli olmalıdır ki, sonradan hüquq və məhkəmə qarşısında cavab verməli olmasın. Bu nüansı hər kəs nəzərə almalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru