Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... .....                     Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                 

“Bu strukturla səhiyyə sahəsində dönüş yaradılması çətindir” - deputat
Tarix: 8-02-2022, 08:26 | Çap et
“Bu strukturla səhiyyə sahəsində dönüş yaradılması çətindir”
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinə yeni müavinlər təyin olunub.

İlqar Qasımov 1965-ci ildə Bakıda anadan olub. Moskvada Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi və tibb elmləri doktoru elmi dərəcələrini alıb. 2006-cı ildən 2017-ci il tarixinədək Bakıda bir neçə özəl klinikada fəaliyyət göstərib. 2017-ci ildə Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Eyni zamanda 2019-cu ildən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışır.

Nadir Zeynalov 1976-cı il təvəllüdlüdür. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016-2019-cu illərdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru işləyib. 2019-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatının rəhbəri olub.

Rasim İsmayılov 1973-cü ildə Bakı şəhərində anadan olub. Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialında və Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Respublika Gigiyena və Epidemiologiya mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 2017-2018-ci illərdə Polşada xarici ticarətlə məşğul olan Fertiz S.A şirkətində baş direktorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində işləyib. 2018-ci ilin oktyabr ayından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində çalışıb. Muğanbank ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Bəs, görəsən, kadr islahatları səhiyyə sistemində nələri dəyişəcək? Cəmiyyət onu maraqlandıran suallara, nəhayət, cavab ala biləcəkmi? Vətəndaşlar üçün yüksək səviyyəli tibbi xidmət əlçatan olacaqmı? Qiymətlərlə bağlı tənzimləmə mexanizmi işə düşəcəkmi? İcbari tibbi sığorta sistemi özünü doğruldacaqmı?

DİA.AZ-ın məlumatına görə, həkim Rəşad Sultan “Yeni Müsavat”a bildirdi ki, problem şəxslərdə deyil, sistemdədir: “Bu gün əsas suallar bunlardır: bu insanlara yetərli şərait yaradılacaqmı? Lazımi təşkilati dəstək veriləcəkmi? Və ən əsası, səhiyyənin maliyyələşdirilməsi, icbari tibbi sığortanın maliyyə tərəfində şəffaflıq və dürüstlük olacaqmı? Əsas problemlərdən biri tibbi təhsilin standart olmamasıdır. Öncül vəzifələrdən biri isə korrupsiyanın qarşısının alınması olmalıdır”.

DİA.AZ-ın məlumatına görə, millət vəkili Fazil Mustafa mövzu ilə “Yeni Müsavat”a bildirdi ki, son zamanlar kadr dəyişiklikləri intensiv baş verir: “Ölkə başçısı durğunluq müşahidə olunan, inkişafa ehtiyac duyulan sahələrə yeni kadrlar cəlb etməyə çalışır. Sözsüz ki, hər hansı sahədə islahatlar problemlərin həll olunacağına ümid yaradır. Ümidimizin özünü nə dərəcədə doğruldacağını isə zaman göstərəcək. Bu strukturla səhiyyə sahəsində dönüş yaradılması çətindir. Bu sahədə parçalanma elə səviyyədədir ki, heç kim tam məsuliyyəti üzərinə götürmək istəmir. Nəticədə həkimlər də, xəstələr də əziyyət çəkir. Buna görə də hesab edirən ki, bu sahədə struktural islahata ehtiyac var. Bu gün Azərbaycanda kimin, nəyə görə məsuliyyət daşıdığı bilinmir. Pandemiya dövründə bunun şahidi olduq. Yeni qurumların yaradılması ilə, kadr islahatları ilə hər şeyin yaxşı mənada dəyişəcəyinə ümid etsək də, daha çox geriləmə görünür. Yeni müavinlərdən birini tanıyıram. İlqar Qasımov yüksək səviyyəli mütəxəssisdir. Digərlərini tanımadığım üçün danışmaq istəmirəm. Ümid edirəm, onlar Prezidentə səhiyyənin bugünkü vəziyyəti ilə bağlı real proqram təklif edəcəklər və bu sahədə ciddi islahat başlayacaq. Çünki vətəndaşların ən çox əziyyət çəkdiyi sahə səhiyyədir. Biganəlik, səlahiyyətsizlik, maddi təchizatın aşağı səviyyədə olması, xəstəxanaların bir çox hallarda həkimlərin cibindən maliyyələşməsi ciddi problemlərdir. Yazıq həkimlər çox ağır vəziyyətdədirlər. Sistem elə qurulmalıdır ki, həm dövlət təminatı güclü olsun, həm də vətəndaşlara xidmət yüksək səviyyədə olsun. Bu istiqamətdə cəmiyyətin də səhiyyə sahəsindəki islahatlara dəstək verməsi yaxşı olardı”.

Qeyd edək ki, Prezident ötən həftə Nigar Əliyeva, Elsevər Ağayev, Rahim Əliyev və Viktor Qasımovu nazir müavini vəzifəsindən azad edib. Elsevər Ağayev 1999-cu ildən bu vəzifədə çalışıb. O, 2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir. Həmçinin nazirliyin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir. Nigar Əliyeva 2009-cu ildən səhiyyə nazirinin müavini kimi çalışıb. Bu vəzifəyə qədər isə Səhiyyə Nazirliyində Ümumi şöbənin müdiri vəzifəsində işləyib. Viktor Qasımov 2020-ci ilin mart ayında nazir müavini təyin olunub. Bu vəzifəyə qədər isə Səhiyyə Nazirliyinin Sanitariya və epidemioloji nəzarət sektorunun müdiri olub. Rahim Əliyev 2018-ci ildən səhiyyə nazirinin müavinidir. 2012-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müxtəlif vəzifələrdə, o cümlədən 2015-2018-ci illərdə rezidentura şöbəsinin müdiri kimi fəaliyyət göstərib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru