Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                 

"Birinci dəfə deyil ki, Azərbaycanın Ukraynanı dəstəkləyir..." - deputat
Tarix: 4-03-2022, 08:52 | Çap et
"Birinci dəfə deyil ki, Azərbaycanın Ukraynanı dəstəkləyir..."
Rusiya–Ukrayna müharibəsi gərginləşən xətt üzrə inkişaf edir. Müharibə region və dünyanın geosiyasi, geoiqtisadi düzəninə öz təsirini göstərməkdədir. Müharibə tərəflərinin Belarusla sərhəddə apardığı danışıqlara ümid bəslənsə də, ilkin mərhələnin nəticəsiz qalması müharibənin bəlli olmayan müddətə qədər uzanma versiyasını ortaya çıxarıb. Regionda müharibə aparan dövlətlərlə müəyyən müttəfiqlik əlaqələri olan ölkələr belə bir vəziyyətdə hansı addımlar atmalı, hansı tədbirləri görməlidir? DİA.AZ xəbər verir ki, bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü Sahib Alıyev bu səpkidə maraqlı fikirlər söyləyib.

- Sahib müəllim, bu gün dünyanın müxtəlif təhlil mərkəzlərində müzakirə obyekti olan Ukrayna–Rusiya müharibəsini necə təhlil edərdiniz?

- Ruslarla ukraynalıların bir-birlərinə nə qədər yaxın xalq olduqlarını biz hamımız yaxşı bilirik. Bu səbəbdən Ukrayna ilə Rusiya arasında baş verənləri onun necə nəticələnməsindən asılı olmayaraq, mən hər iki tərəf üçün faciə sayıram.

- Ukrayna–Rusiya müharibəsində Azərbaycanın tutduğu mövqeni necə dəyərləndirərdiniz?

- Azərbaycan xalqı baş verənləri ürəkağrısı və bəlli bir narahatlıqla izləyir.

Birincisi, hər iki dövlətdə yüz minlərlə soydaşımız yaşayır, savaşın bütün ağrı və açılarını onlar da öz üzərlərində hiss edəcəklər və edirlər. Çox təəssüf ki, Ukraynada yaşayan azərbaycanlılardan artıq həlak olanlar da var.

İkincisi, savaş ölüm, itki və dağıntı deməkdir ki, biz bunu heç kimə arzulamırıq, dost gözü ilə baxdığımız dövlətlərə isə heç arzulamırıq. Azərbaycan hər iki dövlətlə qarşılıqlı faydaya dayanan sıx əməkdaşlıq qurub, savaş isə istər-istəməz onlarla ticarət dövriyyəmizə və iqtisadi əlaqələrimizə də təsirsiz ötüşməyəcək.

Söhbət ukraynalı və rusiyalılardan gedirsə, unutmaq lazım deyil ki, hər iki xalqın təmsilçilərim ilə fərdi dostluq əlaqələri olanlarımız da az deyil. Yəni bütün bunları göz önünə gətirib biz çox istərdik ki, Rusiya və Ukrayna aralarındakı problemi sülh yolu ilə həll etsinlər. Savaş başlanandan və hələ ondan öncə də dövlət başçımızın hər iki ölkənin prezidentləriylə keçirdiyi görüşlərdə və apardığı danışıqlarda da, Azərbaycanın məhz buna səy göstərdiyi kimsəyə sirr deyil.

- Sosial şəbəkələr, Azərbaycan ictimaiyyəti ölkəmizin Ukraynaya yardım məsələsinə birmənalı yanaşmır. Necə hesab edirsiniz, Azərbaycan bu istiqamətdə hansı mövqeni sərgiləməlidir?

- Azərbaycan hansı mövqeni sərgiləməlidirsə, onu da sərgiləyir. Bilirsiniz, əgər söhbət sosial şəbəkələrdən gedirsə, təəssüf ki, orada çox vaxt populizmin aşıb-daşdığını görürük. Xarici siyasət isə populizmi yox, soyuq praqmatizmi sevir. Ukraynaya yardıma gəldikdə, bu humanitar addımdır, tərəf tutmaq deyil. Və çətin anlarında Azərbaycanın Ukraynanı dəstəkləməsi də birinci dəfə baş vermir. Hələ Kuçmanın prezidentliyi dönəmində Ukraynada kəskin yanacaq qıtılığı yarananda da, Azərbaycan bu dost dövlətdən öz yardımını əsirgəməmişdi. Qonşu Gürcüstana, Belarusa yanaşmada da zaman-zaman oxşar addımlar atılıb.

- Rusiya ilə imzalanmış Moskva bəyannaməsinin fonunda bu müharibə Azərbaycanla Ukrayna əlaqələrində hansı maneələri yarada bilər?

- Nə maneə yaranacaq? Bizim müttəfiqliyimiz heç kimə qarşı yönəlməyib və cənab İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə də bildirdiyi kimi, sözügedən sənəd əslində son 30 ildə iki dövlət arasında formalaşmış münasibətlərin rəsmi təsbitidir. Bu sənəddən yeganə narahatlıq keçirənlər Ermənistandakı revanşsitlərdir, başqa heç kim. Ukraynada heç bir ciddi siyasətçi o Bəyantla bağlı bir kəlmə də olsun mənfi fikir bildirməyib. İstəyirəm xatırladım ki, Prezident Zelenski məhz bu sənədin imzlanmasından bir neçə gün sonra cənab İlham Əliyevi ölkəsinin dostu adlandırdı.

- Dünyada Rusiyaya qarşı yönələn sanksiyalara Azərbaycanın qoşulma ehtimalı nə dərəcədədir? Ümumiyyətlə, bu yanaşmanın özü nə qədər düzdür?

- Azərbaycan indiyə kimi qonşularından heç birinə qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb və bundan sonra da inanmram ki, qoşulsun. Biz bu qəbildən olan məsələlərdə ancaq və ancaq öz dövlət maraqlarımızdan çıxış edirik. Azərbaycanın dövlət marağı isə bütün qonşularıyla qarşılıqlı faydaya dayanan, dayanıqlı, proqnozlaşdırlan əlaqələr qurulmasını tələb edir.

- Sahib müəllim, ötən gün Böyük Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc xarici işlər naziri Elizabet Trassdan iki suala cavab istəyib. Xanım deputat əvvəlcə soruşub ki, Rusiya Dumasının üzvlərinə də sanksiyalar tətbiq edilə bilərmi?! İkinci sual isə belə olub: “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?”. Nə baş verir, kimdir ölkəmizi sanksiya qalmaqalına cəlb etməyə cəhd edənlər və niyə?

- Azərbaycan Ukraynadakı proseslərə yanaşmada həmişə beynəlxalq normalardan çıxış edib və BMT-də səsvermədə də, digər formatlarda da bununla bağlı prinsipial mövqe ortaya qoyub.

Savaşöncəsi və başladıqdan sonra Azərbaycanın göstərdiyi səylər az öncə vurğuladığım kimi ortadadır, Ukraynaya etdiyi yardımlar da. Azərbaycanın dövlət başçısını ölkəsinin dostu adlandıran, Rusiya ilə danışıqların məhz Bakıda keçirilməsi tərəfdarı olduğunu deyən Prezident Zelenski ölkəmizin baş verənlərə yanaşmada tutduğu mövqeni, kimin yanında olduğumuzu daha yaxşı bilir, yoxsa xanım Hodc?

Bilirsiniz, Marqaret Hodc başqasına böhtan atdığına görə rəsmi şəkildə üzr istəməsiylə tanınan biridir. İndi bilmirəm, Azərbaycandan da üzr istəyəcək, ya yox, amma onun ölkəmiz haqqında parlamentdə səsləndirdikəri böhtan idi.

Bu gün guya Ukraynanın dostu kimi çıxış edən, eyni zamanda dəstək göstərən dövlətlərin kaş hamısının ukraynalılara yanaşmaları bizim kimi olaydı, səmimi xarakter daşıyaydı. Heç kimə sirr deyil ki, bu gün Ukraynada yaşananların səbəbkarlarından biri də qərbdəki bəlli çevrələrdir. Heç kimə o da sirr deyil ki, həmən çevrələr istəsəydilər, vaxtında bu savaşın qarşısını ala bilərdirlər. Bunun üçün indi sərgilədikləri mövqeni, qətiyyəti savaş öncəsi sərgiləmləri lazım idi və əslində Ukrayna Prezidenti də Münhendəki çıxışında onlardan bunu tələb edirdi, amma sərgiləmədilər, əksinə, Rusiya ilə Ukraynanı üz-üzə qoymaq üçün əllərindən nə gəlirsə etdilər və təəssüf ki, məqsədlərinə də çatdılar.

- Rusiyanın hərbi müdaxiləsi hansı halda dayana bilər və bu prosesdə Azərbaycan və Türkiyənin vasitəçiliyi öz sözünü necə deyəcək?

- Görülən hazırlıq, atılan bütün addımlar göstərir ki, yaxın gələcəkdə savaş nəinki dayanacaq, əksinə, qarşıda daha intensiv və daha qanlı döyüşlər, daha böyük dağıntılar gözlənilir.

Azərbaycanla Türkiyənin vasitəçiliyinə gəldikdə, hər iki dövlət həm ayrılıqda, həm də sinxron şəkildə öncə də vurğuladığım kimi, məhz savaşın baş verməməsinə, savaş baş verdikdən sonra isə dayandrılmasına çalışıblar, bu gün də çalışırlar. Çox təəssüf ki, bizim səylərimiz hələlik müsbət nəticə vermir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru