“Məqam gözləyir ki, onları hərəkətə keçirsinlər” - NƏ BAŞ VERİR?
Tarix: 29-04-2022, 09:46 | Çap et
Ukraynada davam edən Qərb-Rusiya müharibəsinə mövqelər müxtəlif olsa da, Moskvaya qarşı olanların çoxluq təşkil etməsi faktdır. Rusiyanın işğalçı planlarına qarşı bütün Qərb mediası və cəmiyyəti səfərbər olub. Amma bu müharibənin arxasında Qərbin özünün də planları olduğu, ABŞ-ın birqütblü dünya yaratmaq istəyi də durur.
Qərb bütün imkanları ilə anti-Rusiya təbliğatını genişləndirir. Azərbaycan cəmiyyətinin böyük ölçüdə Rusiyaya münasibəti mənfidir ki, bunun bir çox səbəbləri var. Qərbə münasibətdə də cəmiyyətin birmənalı bəyənəcək mövqeyi yoxdur. Amma bu münaqişə dövründə o da hiss olunur ki, ölkə daxilindəki qərbpərəstlər birmənalı olaraq ABŞ-ın mövqeyinə yaxın mövqe nümayiş etdirirlər. Müxalifət cəmiyyətdə təsiredici rıçaqlarını itirib və onların qərbpərəstliyi indi heç nəzərə də çarpmır. Halbuki ABŞ prezidentinin şəkli, Avropa Birliyinin bayraqları ilə müxalifətin Bakıda aksiyalar keçirdiyi də çox uzaq olmayan tarixdir. İndi müxalifət Qərbə münasibətini bu cür aşkar ortaya qoymur, əslində bunun səbəbi də məlumdur. Çünki Qərb onlardan əlini üzüb və dəstəyini kəsib. İndi isə bəzi ayrı-ayrı politoloji mərkəzlər, QHT-lər tərəfindən idarə olunanların mövqeyi diqqət çəkir. Sanki Ukrayna məsələsinin arxasında gizlənərək aşkar Qərbin tərəfini tuturlar, onların təbliğatını aparırlar, Kiyevə göndərilən silahları az qala demokratiyanın müdafiəsi kimi cəmiyyətə sırımağa çalışırlar. Azərbaycanda Rusiyanın “beşinci kolonu” olduğu haqda çox danışılır və bu iddia əsassız da deyil. Amma Ukrayna müharibəsi o faktı da üzə çıxardı ki, Azərbaycanda Qərbin də “beşinci kolonu” var və bu, sadəcə, Ukrayna məsələsini əhatə etmir. Mümkündür ki, yaxın aylarda bu qüvvələr özlərini daha aşkar şəkildə göstərsinlər, Azərbaycanda “demokratiya adı altında” gərginlik yaratmağa cəhd etsinlər. Belə siqnallar şübhəsiz artıq hakimiyyətdə də var.
Azərbaycanda Qərbin “beşinci kolonu”nun daha güclü olduğunu demək mümkündürmü? Onlar Rusiya dəstəkçilərindən nə ilə fərqlənirlər? Ölkə və dövlət üçün nə qədər təhlükəlidirlər? dia-az.life-ın məlumatına görə, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda Rusiyanın “5-ci kolon”unun olduğu Ukrayna hadisələrinin gedişində də müəyyən qədər göründü. Rusiyanı o qədər aktiv şəkildə müdafiə eləyənlər olmasa da, hər halda, müdafiə edənlər oldu: “Ukrayna məsələsində Rusiyanın hərəkətlərinə haqq qazandıracaq bir yer yoxdur. Rusiya başdan-ayağa haqsızdır, işğalçıdır və Ukrayna məsələsində mövqeyinə haqq qazandırmaq qeyri-mümkündür. Ancaq Azərbaycanda Qərbin ”5-ci kolon"u daha təhlükəlidir. Onlar daha yaxşı təşkil olunublar, onların maliyyə imkanları daha çoxdur, onların kütləvi informasiya vasitələri, internet televiziyaları, xüsusilə xaricdən fəaliyyət göstərən internet kanalları açıq şəkildə Qərbin maraqlarına xidmət edir. Dəfələrlə deyilib, Azərbaycan əleyhinə, türk dünyasına qarşı ilk növbədə ABŞ-ın qəbul etdiyi qərarlara heç vaxt Qərbin “5-ci kolon”u reaksiya verməyib və ya haqq qazandırmağa çalışıb. Ən son 24 aprel “erməni soyqırımı” ilə bağlı Co Baydenin bəyanatı oldu və bu bəyanata bizim partiyadan başqa kəskin reaksiya verən siyasi təşkilat görmədim. Ola bilsin, kimsə reaksiya verib, lakin mənim diqqətimdən yayınıb. Digər məsələlərdə də Qərbin atdığı addımlara bu cür yanaşma var. Burada ən təhlükəli odur ki, hər an Azərbaycana qarşı hakimiyyət dəyişikliyinə cəhd göstərilə bilər. Qərb məqam gözləyir ki, “5-ci kolon”unu bu iş üçün hərəkətə gətirsin. Hələlik Rusiya-Ukrayna müharibəsi bir az bu məsələni arxa plana keçirib. Ancaq Qərb bu planından imtina etməyib. Qərb Ermənistanda bu planını 2018-ci ildə həyata keçirdi və məqsədinə çatdı. Ukraynada istədiyi adamı hakimiyyətə gətirdi və Moldovada da Qərbin namizədi seçkilərdə qalib gəldi. Qərb eyni addımları Azərbaycanda da atmaq istəyir. Qərb bununla daha asan idarə olunan hakimiyyət yaratmaq istəyir. Bu da təbii ki, Azərbaycanın maraqlarına qətiyyən xidmət etmir. Əlimizdən gələni etməliyik ki, o cür cəhdlərin qarşısını alaq. Heç kimin kənarda durmağa, Qərbin Azərbaycanda törətmək istədiyi təxribatlara göz yummağa haqqı yoxdur".
Politoloq Azad Məsiyev isə bildirdi ki, hər kəsin ölkə qanunlarını və maraqlarını pozmamaq şərtilə öz fikrini, mövqeyini ifadə etmək haqqı var: “İstər rusiyayönümlü, istər qərbyönümlü insanlar olsun, hər kəs öz fikrini qanunlar çərçivəsində ifadə etmək haqqına sahibdir. Azərbaycan hüquqi demokratik dövlətdir və insanlara düşüncə azadlığı verilir. Hər kəsi düşüncəsinə görə ”5-ci kolon" adlandırmaq düzgün olmazdı. Amma bu gün dünyada Soros Fondu deyilən bir mərkəz var və dünyanın bir sıra ölkələrində oturuşub, kök atıb və ölkələrə təsir edir. Həmin fond insanları Amerikanın maraqlarına xidmət edəcək şəkildə formalaşdırır, yönləndirir. Bu iş xüsusi proqram əsasında həyata keçirilir. Soros Fondu ilə əlaqəli olan, işləyən insanları müəyyən mənada Qərbin “5-ci kolon”u hesab etmək mümkündür. Əgər onların fəaliyyəti ölkənin maraqlarına qarşı olarsa, müvafiq orqanlar həmin şəxslər barəsində ölçü götürməlidir. İstər Gürcüstanda, istər Ukraynada, istər Belarusda Sorosun adamlarının çox böyük şəbəkə yaratdığı və hansı addımlar atdığı məlumdur. Bu addımlar sırasında dövlət çevrilişləri, çevrilişə cəhdləri də qeyd edə bilərik. Azərbaycanda belə hadisələrin yaşanmaması üçün ehtimal edilən “5-ci kolon” barəsində ciddi nəzarət tədbirləri olmalıdır. Mən hesab edirəm ki, “5-ci kolon” gizli fəaliyyət göstərən agentura şəbəkəsidir.
Hazırda ABŞ demokratiya adı altında dünyada öz imperatorluğunu yaradıb. Bütün dövlətləri bu imperatorluğa tabe etdirmək üçün ölkələrin daxilində öz şəbəkəsini formalaşdırıb. Azərbaycanda da həmin şəbəkənin uzantılarının olması şübhəsizdir. Ona görə də tədbirli olmaq lazımdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|