Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı .....                     Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi .....                     Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi .....                     Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir .....                     İrəvan KTMT-dən imtina etdi, .....                     Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı .....                     David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... .....                     COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək .....                     Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir .....                     ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib .....                     Ermənistanın daxili işlər naziri istefa verib .....                     “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı .....                     Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? .....                     Paşinyan Vatikana gedib .....                     Abxaziyada gərginlik səngimir .....                     Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... .....                     “Milli Məkan” layihəsi ilə bağlı narazılıq .....                     Bu məktəblərdə dərslər daha tez başlayacaq .....                     Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB .....                     Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini .....                     Ermənistanın militarizasiya siyasətinə cavab olaraq .....                     Yeniyetmə özünü 13-cü mərtəbədən atdı .....                     Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında .....                     Tramp sülh müqaviləsinə vasitəçi olacaq? .....                     Hərbi xidmətdən yayınan gənc həbs edildi .....                     Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı .....                     Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır .....                     "Referans Pharmaceuticals" da ölkədən çıxarılan .....                     Bayden gedərayaq TRAMPA QUYU QAZDI... .....                     Bələdiyyə sədri EL YOLUNU SATDI... .....                     “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                 

“İran xarabalıqda konsulluq açır, ruslar Xankəndidə mitinq keçirirsə...” - Mirmahmud Mirəlioğlu
Tarix: 1-11-2022, 12:23 | Çap et
“İran xarabalıqda konsulluq açır, ruslar Xankəndidə mitinq keçirirsə...”
Teleqraf.com iki ay əvvəl səhhətində problemlər yaranan, Azərbaycan və Türkiyədə müalicə aldıqdan sonra vətənə qayıdan və hazırda durumu normallaşan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə günün aktual məsələlərini müzakirə edib.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Ağa, necəsiniz, hazırda özünüzü necə hiss edirsiniz?

- Çox sağ olun. Sosial şəbəkələrdə paylaşım etmişəm, mətbuat nümayəndələrinə, millət vəkillərinə, dövlət və hökumət xadimlərinə, Azərbaycan və Türkiyə həkimlərinə, əməyi keçən hər kəsə, o cümlədən dua edənlərə təşəkkür edirəm. Artıq qayıtmışam, evdəyəm və müalicəm üç ay müddətində ev şəraitində davam edəcək.

- Səhhətinizdə nə problemi yaranmışdı?

- İnsult olmuşdum və hər şey bərpa olunmaqdadır.

- Siyasi fəaliyyətinizi bərpa etmisinizmi?

- Bəli, işə çıxmışam, partiyanın məclisinin və idarə heyətinin iclasında iştirak etmişəm. Ara-sıra da işə çıxacağam. Şükürlər olsun ki, hər şey yaxşıdır.

- İranla bağlı gərginlik müşahidə olunur, Tehran hökuməti faktiki Ermənistana açıq dəstək verir, Azərbaycana ad çəkmədən təzyiqlər edir, sərhədlərin dəyişməsini “qırmızı xətti” adlandırır. Buna münasibətiniz necədir?

- Güneylə bağlı bizim dediklərimizi indi cəmiyyətimiz də deməyə başlayıb. Bunu zamanında söyləmişik. Şükürlər olsun ki, indi hökumətimizlə cəmiyyətimizin fikirləri üst-üstə düşür. Sevindirici odur ki, bu mövzuda vahid mövqe var.

Amma pisi odur ki, İran anti-islam cümhuriyyəti olaraq türkə, qonşuluğa, dinə xəyanətdə davam edir. Bu da onun xislətindən gələn məsələdir.

- Sizcə, İranın bu ədalətsiz mövqeyi heç vaxt dəyişməyəcək?

- Qonşuların təzyiqi, zamanın gedişi, dəyişiklik onlara təsir edəcək, ağıllanacaqlar. Şübhəsiz ki, bu, uzun sürməyəcək. Dünyanın və cəmiyyətimizin vahid mövqeyi olduğu halda bu, mümkün olacaq. BMT-nin yarandığı gün onun ilk sessiyasında Güney Azərbaycan məsələsi olub. Bu günə qədər o məsələyə baxılmayıb. İndi Azərbaycan daxil olmaqla bütün dünya İran və onun qonşulara xəyanəti haqqında danışır. Dünyanın ədaləti onda olacaq ki, BMT və bütün dünya ədalətli addım atacaq və Güney Azərbaycan məsələsini müzakirə edəcək. Bax, onda hər şey düzələcək, insanlar inanacaq ki, bəyanatlar boğazdan yuxarı deyil.

- Bir neçə gün əvvəl İran ordusu həm də Azərbaycanla sərhəddə təlim keçirib, guya Arazı keçərək Zəngəzura daxil olmaları ssenarisini oynayıblar...

- Bu, molla rejiminin xislətindən gəlir. Bunu da gizlətmir. Gedib xarabalıqda konsulluq açıblar. Biz də xalq, cəmiyyət və dövlət olaraq nəzərdə tutduqlarımızı və razılaşdırmalarımızı yerinə yetirməliyik. Şuşada Türkiyə Cümhuriyyətinin konsulluğu açılmalıdır. Prezidentlər Ərdoğan və İlham Əliyevin imzaladığı razılaşma reallaşmalıdır. Digər məsələlər var. 44 günlük müharibə zamanı da molla rejimi bacardığı qədər türkə xəyanət və düşmənçiliyini göstərib. Bunun nəticəsində biz Araz boyu bir sutka dayanmalı olduq, onlar da ermənilərin çıxmasına şərait yaratdı. Sonda vəziyyət müharibə şəraitinə gəldi və onlar 24 saatdan sonra geri çəkilməli oldular. Amma bacardıqları qədər də ermənilərə köməklik etdilər. Ötən il də belə təlimlər keçirmişdilər, Tehrandan hədələr gəlirdi, hətta özlərini hansısa dördayaqlı heyvana oxşadıb deyirdilər ki, quyruğumuzla işiniz yoxdur. Biz də bilməliyik ki, bu məsələlərlə bağlı bir olduqca və gücümüzü cəmləyəndə hər şey öz yerində oturacaq. Narahatlıq ona görədir ki, Azərbaycanın bütövləşməsi zamanla gerçəkləşir. Buna görə hətta Bakıda da narahat olanlar var. Onlar da fərqində olmalıdır ki, bu, baş verəcək. Kim günəşi görmək istəmirsə, gözünü yumsun, kor olsun. Amma günəş mütləq doğacaq. Allah, din, coğrafiya bir olduğu kimi millət də bir olacaq, Azərbaycan da bütöv olacaq. Kim bundan narahatdırsa, dəngəsi pozulursa, özü bilər.

- Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin yoluna qoyulması mövzusunda fəal danışıqlar gedir. Brüsseldə, Praqada, Vaşinqtondan sonra Soçidə də üçtərəfli görüş baş tutdu. Qiymətləndirməniz necədir?

- Dünyanın bu məsələyə diqqət yetirməsi bizim üçün əhəmiyyətlidir. Bunu yenidən Rusiyaya bağlamaq və ondan nəsə gözləmək doğru deyil. Dünən KXCP faşist Rusiyasının vasitəçi ola bilməyəcəyini bəyan edib, bizim hakimiyyətdən də bunu tələb edib. Bütövlükdə Qarabağda hərbi-siyasi vəziyyəti Rusiya ilə müzakirə etmək doğru olmazdı. Rəhmətlik Dudayevin Rusiya ilə bağlı məşhur fikri var - Rusiya ilə bağlanan hər hansı bir saziş su üstündə imzalanan razılaşmaya bənzəyir. Biz də, hökumət də bunun fərqində olmalıyıq. Əlbəttə, arqument belədir ki, Rusiya böyükdür, nəhəngdir. Amma məncə, Rusiyanın böyüklüyündən, qəddarlığından və faşistliyindən qorxmaq lazım deyil. İşğaldan azad etdiyimiz torpaqları əlimizdə saxlamağı bacarmalıyıq. Xocalıda törədilən soyqrımından, 44 günlük müharibənin nəticəsindən sonra Xocalıda əsgərinə abidə qoyursa, Rusiya necə sülhməramlı ola bilər?... Halbuki Xocalıda heç vaxt qeyri-millət olmayıb, orada türk toplumu yaşayıb. Amma orada rus kilsəsi tikirlər və ya Xankəndidə mitinq keçiriblər. Bütün bunların fonunda Soçidə problemin həll ediləcəyini düşünmək doğru olmazdı. Əlbəttə, ora getmək lazımdır, təmsilçilik mütləqdir. Məncə, ora Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşını göndərmək lazımdır.

- Təşəkkür edir, sağlamlıq arzulayırıq.

- Təşəkkür edirəm, oxucularınıza, media nümayəndələrinə bir daha təşəkkürümü ifadə edirəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37
Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26
Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24
İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23
“Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19
Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15
Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10
Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07
Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03
Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00
Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59
Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57
Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51
Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50
"Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36
Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru