göstərən bir sıra QHT-lərə cinayət işi açıldı. Cinayət işləri əsasən vergi və maliyyə məsələlərilə bağlı idi. Bu işlər çərçivəsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) təşkilatının sədri Anar Məmmədli, icraçı direktor Bəşir Süleymanlı, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus və bir sıra digər şəxslər həbs edildi. Həbs təhlükəsi gözləyən bəzi QHT rəhbərləri isə mühacirətə getdilər. Yerli məhkəmələr həbs olunan şəxslərlə bağlı ittihamedici hökm çıxarsa da, Avropa İnsan Hüquqları Məhkəməsi bu şəxslərin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətinə gəlmişdi.
Abzas.org