"Bu işin Azərbaycanda ən uğurlu sosial layihələrdən biri olacağına inanıram" - deputat
Tarix: 10-06-2023, 08:26 | Çap et
“Həftə içi”nə müsahibə verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bir sıra məqamlara aydınlıq gətirib. DİA.AZ onunla söhbəti təqdim edir:
– İndiki mərhələdə sosial sferada həllini gözləyən əsas prioritetlər hansılardır?
– Azərbaycan sosial dövlətdir və sosial siyasət həmişə prioritet istiqamətlərdən biridir. Cənab Prezident öz çıxışlarında, müraciətlərində də söyləyir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Hazırda bizim dövlətin daxili siyasətində qarşıda dayanan əsas məsələ – Qarabağın və Şərqi Zəngəzurun bərpası, təhlükəsizliyinin təmin olunması, ərazilərin minaların təmizlənməsi, məskunlaşma prosesinin sürətlənməsi, məcburi köçkün bacı-qardaşlarımıza yaşayış yerləri ilə yanaşı, iş yerlərinin açılmasıdır. Digər prioritet istiqamətlər də var ki, bunlar ölkənin müdafiə qüdrətinin artırılması, milli təhlükəsziliyin qorunması, strateji sahələrin, o cümlədən su, enerji, yol və sair infrastruktur layihələrin həyata keçirilməsidir. Bu mənada son dövrlərdə qəbul etdiyimiz qanunlar, qərarlar, proqramlar, əsasən, qeyd etdiyim strateji məsələlərə yönəlmişdir. Heç şübhəsiz ki, ilkin olaraq Zəngilanın Ağalı kəndinə məcburi köçkünlərimizin köçürülməsi, artıq burada sosial, mədəni infrastruktrun, iş yerlərinin yaradılması ilə yanaşı, həm də ən müasir şəkildə qurulması Azərbaycan Dövlətinin gücünün göstəricisi, həm də cənab Prezidentin sosial sahəyə nə qədər həssas yanaşmasının ifadəsidir. Bilirsiniz ki, artıq Laçına ilk köçürülmə baş tutdu. Təbii ki, burada məsələ tək sakinlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi deyil, o insanların daimi yaşamasından ötrü iş yerlərinin açılması, sosial infrastrukturun qurulması, eyni zamanda, təhlükəsizliyin təmin edilməsi vacib məsələlərdir.
Bu gün bütün dünyada post-COVID dövrünün zərərli fəsadları iqtisadi və sosial sahədə xüsusilə yaşanır. Bu mənada Azərbaycanın sosial-iqtisadi mənzərəsindən danışanda, ilk növbədə, bu istiqamətdə məsələlərin həllində dövlətin niyyət və imkanlarını da nəzərə almaq lazımdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət büdcəsinin 30 faizindən çoxu sosial sahələrin maliyyələşdirilməsinə yönəldilib. Bu ilin dövlət büdcəsində sosial sahələrin maliyyələşməsinə, təxminən, 46 faizə yaxın büdcə vəsaiti ayrılıb ki, bu da büdcənin yarısı deməkdir. Əlbəttə ki, çətinliklər də var. Xüsusilə, pandemiyanın yaratdığı ümumdünya maliyyə iqtisadi böhranı və böhranın törətdiyi məhsul qıtlığı, infilyasiya Azərbaycanda da mənfi təsirini göstərir. Dünyada gedən qlobal təbiət hadisələri – istiləşmə, quraqlıqlar, ərzaq qıtlığı, su çatışmazlığı məsələləri yaxın 4-5 il müddətində ən ciddi problem olaraq qalacaqdır. Bunların aradan qaldırılması üçün dövlətin investisiya layihələri həyata keçirilir, tədbirlər görülür.
– Qiymət artımı, vətəndaş məşğulluğu, işlə təminat, maaşlar, qocalıqla bağlı pensiya, xəstəliklə bağlı əlilliyin təyinatı...
– Pandemiyanın mənfi təsirlərinin aradan qaldırılmasına illərlə vaxt lazım olacaq. İnfilyasiya məsələsi tək Azərbaycanın və yaxud hər hansı bir dövlətin daxili məsələsi deyildir. Bütün ölkələr bir-biri ilə iqtisadi, ticari əlaqələrə malikdirlər. Bir ölkədə baş verən qiymət artımı, digər ölkələrə də öz təsirini göstərir. Təəssüflər olsun, Azərbaycanda çoxişlənən malların, o cümlədən ərzaq məhsullarının böyük hissəsi xaricdən gətirilir. Biz bu mənada idxaldan asılı infilyasiyaya məruz qalmışıq. Hökumətimizin ötən ilin sonlarındakı hesabatında və büdcə təqdimatlarında verdiyi proqnoza görə, bu il infilyasiya Azərbaycanda birrəqəmli həddə düşəcəkdi, amma dünyada gedən proseslər onu göstərir ki, bu il infilyasiyanın həcmi kifayət qədər çox olacaq. Bunun da müqabilində maaşların, pensiyaların, müavinətlərin artırılması, digər sosial dəstək layihələrin həyata keçirilməsi zəruridir. Bilirsiniz ki, yanvar ayında cənab Prezidentin fərman və sərəncamları ilə 4-cü sosial islahatlar zərfi qəbul olundu. Büdcədən maliyyələşən bütün təşkilatların əməkhaqları artırıldı, minimum əməkhaqqının 300 manata qaldırılması ilə əlaqədar qeyri-büdcə təşkilatlarında, özəl sektorda da əməkhaqqının artırılması prosesi baş verdi. Minimum pensiya qaldırıldı. Orta aylıq pensiya, təxminən, 15 faiz həcmində yüksəldildi. Əlillərə müavinət və prezident təqaüdlərinin, o cümlədən tələbələrə, alimlərə verilən təqaüdlərin, pensiyaya əlavələrin məbləğləri və digər ödənişlər artırıldı.
Yeni iş yerlərinin açılması birbaşa investisiya tələb edən məsələdir. Bu sahədə, şübhəsiz, özəl sektora daha geniş imkanlar yaradılmalıdır. Vergi güzəştlərinin verilməsi, onların vergilərdən müəyyən müddət üçün azad edilməsi, yaxud kənd təsərrüfatı sahəsində güzəştli şərtlərlə kreditlərin verilməsi vacib məsələlərdir. Pandemiya təsirlərinin minimuma endirilməsi şərtləri daxilində turizmin inkişafı üçün yeni imkanlar yaradılır. Azərbaycanın qeyri-neft sektorunda ən qabaqcıl, daha çox gəlir gətirən sahələrindən biri turizmdir. Cənab Prezidentin turizmə diqqəti böyükdür və daxili turizmin inkişafına müəyyən imkanlar yaradılmalıdır. Azərbaycanın bütün turizm obyektlərində qiymətlər kifayət qədər bahadır, yəni Azərbaycanda haradasa 1 həftə istirahət etməyə çəkilən xərclər Türkiyənin kurortlarında çəkilən xərclərə bərabədir. Gürcüstanda istirahət yerlərindəki qiymətlər bizdən iki dəfə aşağıdır. Ona görə də aşağıbüdcəli istirahət yerlərini təşviq etmək lazımdır.
Eləcə də məşğulluqla bağlı aztəminatlı ailələrin, daha çox qayğıya ehtiyacı olan qazilərin, ümumi səbəbədən əlilliyi olan şəxslərin, şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş uşaqların işlə təmin olunması, ailə başçısını itirmiş ailələrdə qadınların, yaxud əmək qabiliyyəti olan digər üzvlərin məşğulluğu ön planda olmalıdır. Qeyd edim ki, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının işlə təmin olunmasında dövlətin xüsusi layihələri var. Onlar özünəməşğulluq proqramlarına cəlb olunur və yaxud müştərək maliyyələşmə şərtləri daxilində özəl sektorda işə dəvət olunurlar. Hesab edirəm, bu imkanların daha da genişləndirilməsinə ehtiyac vardır.
– Əlilliyin təyinatı üzrə aparılan işlər ölkə əhalisini düzgünmü əhatə edir? Problemlərin aradan qaldırılması üçün hansı işlər görülür?
– Əlilliklə bağlı ölkədə dərin islahatlar aparılır. Ötən il Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə əlilliyin təyin olunmasının yeni meyarları tətbiq olundu. Bu bizim üçün yeni olsa da, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə bütün dünya ölkələrində əlilliyin təyin olunmasının meyarlarının tətbiqi tövsiyə olunur. Azərbaycan, demək olar ki, əlillik təyinatında Avropa standartlarına gəlib-çatmışdır. Kifayət qədər narazılıqlar da var. Bəzən işin çoxluğu, obyektiv müayinənin aparılmaması, sənədlərin düzgün doldurulmaması, şəxslərin müalicəyə tam cəlb olunmaması səbəbindən, əlilliklə bağlı müraciətlərin geri qaytarılması halları da olur ki, bu da vətəndaşlarımızı narahat edən başlıca məsələlərdir. Bizə şikayət məktubları, şikayətçilər gəldiyi halda, onları Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyində Dövlət Əliliyin Ekspertizası və Reablitasiyası Xidmətinə yönəldirik. Beləliklə, şəxslərin əyani müayinəyə dəvət olunması, əlilliklə bağlı qərarların vətəndaşın özünə elan edilməsi, izahatın verilməsinin təmin edilməsi məsələləri nazirlik qarşısında əsas tələb kimi qoyulub. Əlillik təyin olunmayacağı halda, bu insanların gəlirlərinin nədən ibarət olacağını da taleyin ümidinə buraxmaq düzgün deyil. Əvvəllər əlillik pensiyası almış, sonradan əlilliyin dayandırılması ilə gəlirlərini itirmiş şəxslər işlə təmin olunmalıdırlar. Bəli, müəyyən müddət ərzində kifayət qədər əsaslandırılmamış əlilliyin ləğv olunmasının bütün vətəndaşlarımız tərəfindən ciddi narazılıqla qarşılandığını düşünmürəm. Narazı qalanların da arqumentləri budur ki, hardasa işlə təmin olunmalıdırlar. Bu, cəmiyyəti düşündürən məsələlərdəndir. Bu sahədə gərginlik əvvəlki kimi deyil, şikayətlərin sayı azalıb. Görünür ki, profilaktik tədbirlər öz müsbət nəticələrini verməkdədir.
– Büdcəyə dəyişikliklər fonunda pensiya və maasların, sosial yardımların artırılması mümkündür?
– Dövlət Büdcəsi, Sosial Müdafiə Fondunun büdcəsi, işçinin sığorta fondunun büdcəsi Milli Məclisdə birinci oxunuşda qəbul olundu. Dövlət büdcəsinin 3 milyard gəlir hissəsində, 3,2 milyard xərc hissəsində artımlar nəzərdə tutulub. Büdcənin profsitinə əlavə olunan bütün vəsaitlər qısa strateji hədəflərə sərf olunacaqdır: Qarabağın və Şərqi Zəngəzurun bərpasına, Ordumuzun qüdrətinin artırılmasına, milli təhlükəsizliyimizin güclənməsinə, eyni zamanda xaricdə beynəlxalq siyasətin həyata keçirilməsi üçün maddi təminatların yaxşılaşdırılmasına və bir sıra strateji investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 4 milyon manatlıq artım nəzərdə tutulur. Bu artım uşağın doğulmasına görə birdəfəlik müavinətin artırılmasına yönəldiləcək. Prezidentin Sərəncamı ilə bu il yanvar ayının 1-dən uşağın doğulmasına görə müavinətin məbləği 300 manatdan 500 manata qaldırılıb. Digər xərclər isə Dövlət Sosial Müdafiə Fondunun strukturunun saxlanılmasına, maaşların verilməsinə və digər xərclərə yönəldiləcək. İşsizlikdən Sığorta Fondunun büdcəsinə 5 milyon manat gəlirləri və xərcləri artırılır. Xərclərin əsas istiqamətləri işsizlikdən sığorta müavinətlərinin artırılması, yeni iş yerlərinin açılmasına və haqqı ödənilən ictimai işlərdə əmək haqqının artırılmasına yönəldiləcək. Profisit büdcənin əsas məqsədi dediyim kimi, strateji məqsədlərlə bağlıdır.
– Milli Məclisdə səhiyyə və təhsil işçilərinin iş fəaliyyətinin 65 yaş həddində məhdudlaşdırılmasını düzgün hesab etmədiniz. Bunun yarada biləcəyi gərginliyi nəzərə alaraq, qanunla vətəndaşın əmək fəaliyyəti müddətinin 70-ə uzadılmasını təklif etdiniz. Bu məsələ o spektr əhali üçün nə dərəcdə zəruridir, əhəmiyyətlidir?
– Büdcədən maliyyələşən təşkilatlarda işçilərin son iş həddi 65-yaşa qədər müəyyən olunub. 65 yaş tamam olduqdan sonra Əmək Məcəlləsinin 10-1-ci maddəsinə görə işçi işdən çıxarılaraq pensiyaya göndərilir. Özəl sektorda çalışan eyni yaşda olan işçilər üçün belə bir məhdudiyyət yoxdur. Mən də hesab edirəm, əmək qabiliyyəti, peşə bilik bacarığı qaydasında olan yaşlı insanların yalnız yaşa görə məcburi pensiyaya göndərilməsi doğru deyil. Bu, onların əmək hüququnun məhdudlaşdırılmasıdır. Bu mənada məhdudiyyətlərlə bağlı bir qədər yumşaldılma aparılmalıdır. Digər tərəfdən, əgər gənc insanlar özlərinə iş tapmaq imkanlarına malikdirlərsə, yaşlı insanların belə imkanları olduqca məhduddur. Qeyd olunan peşə sahələri üzrə bölgələrdə olan boş iş yerlərində gənclərin gedib çalışması, adaptasya olunması daha rahat olar, nəinki yaşlı insanların. Əsas arqumentim ondan ibarətdir ki, əgər işçinin bilik, bacarıq vərdişləri yerindədirsə, sertifikasiyadan keçibsə, yaş onun işini davam etdirməsinə əngəl yaratmalı deyil. Ona görə də təklif etdim, bu yaşda insanlar da sertifikasiyadan keçsin, kimin yüksək balı varsa, qalıb işləməlidir. Kim lazım olan balı toplamırsa, yaşından asılı olmayaraq, onu başqa işə keçirmək, yaxud işdən kənarlaşdırmaq daha ədalətli olar. Bu fikirlər təəssüflər olsun ki, cəmiyyətə bir qədər təhrif olunmuş şəkildə təqdim olundu və bəzi hallarda sosial şəbəkələrdə, bəzi saytlarda bunu pensiya yaşının 70 yaşa qədər artırılması kimi təqdim etdilər. Bu yanlışdır. Bu təklif pensiya yaşı ilə bağlı deyildi. Təklifim ondan ibarətdir ki, insanlar pensiyaya çıxandan sonra da onlara işlərinə davam etmək imkanları yaradılmalıdır.
– Hazırda göstərilən pensiya yaş həddinin çox olduğu, hətta insanların o yaşa çatmadan dünyasını dəyişdiyi deyilir. Bu sahədə hansı islahata ehtiyac var?
– Pensiya yaş həddi barədə ekspertlər müxtəlif fikirlər söyləyir və bunu özləri bildikləri kimi arqumentləşdirirlər. Bu gün nə hökumətdə, nə də parlamentdə pensiya yaşının dəyişdirilməsi məsələsi müzakirə mövzusu deyil.
– İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı vəziyyət sizi qane edirmi?
–İcbari Tibbi Sigorta bu gün dünyada səhiyyənin idarə olunması, tibbi xidmətlərin göstərilməsi, maliyyələşdirilməsi sahəsində ən uğurlu modeldir. Bu modelin özü də tam mükəmməl deyil, əsas problem maliyyələşmə, xərclərin düzgün bölüşdürülməsi ilə bağlıdır. Eyni zamanda problem kadrların yerləşdirilməsi və idarəetmənin şəffaflığı ilə bağlıdır.
Azərbaycanda İcbari Sığorta iki ilə yaxındır ki, geniş tətbiq olunur. Onun da tətbiqinin 1-ci ili pandemiyanın ağır dövrünə düşdü. Bu prosesə çox ağır şəraitdə başlandı. İstər İcbari Tibbi Sığorta Agentliyində, istərsə də TƏBİB-də olduqca fədakar mütəxəssislərimiz çalışır. Onların iş prinsipləri, iş şəraiti ilə tanışam, olduqca çətin şəraitdə İcbari Tibbi Sığorta işini qura bildilər. Amma eyni zamanda hesab edirəm ki, İcbari Tibbi Sığortanın inkişafı üçün ona tam dəstək verilməlidir. Xüsusilə maliyyələşdirmə ilə bağlı xüsusi imkanlar yaradılmalıdır. Müxtəlif cərrahiyyə əməliyyatların xüsusilə çox vəsait tələb edən istiqamətləri var ki, onlarda da özəl sektordakı qiymətlərə yaxın qiymət müəyyənləşməlidir ki, istənilən nəticə real olsun. Digər məsələ ondan ibarətdir ki, burda vətəndaşların da əlavə ödəmələrinə imkanlar yaradılmalıdır. Tutaq ki, vətəndaş çox ağır şəraitdə özəl sektora İcbari Sığortaya əsasən minimum qiymətlərlə göndərilir, amma həmin qiymət özəl klinikalardakı xidmətlərə uyğun gəlmədiyinə görə ya vətəndaşı geri qaytarırlar, ya da müxtəlif bəhanələrlə əlavə vəsait alırlar. Bu məsələni hüquqi müstəvidə həll etmək olar. Yəni İcbari Sığorta öz imkanları daxilində maliyyə dəstəyini göstərsin, qalan hissəsini isə vətəndaş öz imkanları hesabına hüquqi qaydada ödəsin.
Dediyim kimi, ölkəmizdə İcbari Sığorta cəmi iki ildir tətbiq olunur. İşin gedişi prosesində yəqin ki, bu məsələlər də öz həllini tapacaq. Ən əsası isə odur ki, burada cənab Prezidentin, hörmətli birinci vitse- prezidentin qayğısı, diqqəti və siyasi iradəsi var. Bu işin Azərbaycanda ən uğurlu sosial layihələrdən biri olacağına inanıram.
– Azərbaycanın dərman bazarındakı bugünkü vəziyyəti necədir?
– Bu, hər birimizi narahat edən məsələdir. Burada iki mühüm məsələ hər zaman bir-biri ilə toqquşur: dərmanın keyfiyyəti və qiymətlər. Keyfiyyəti yüksək olan dərmanın qiymətinin də yüksək olması təbiidir. Bu da vətəndaşın imkanları daxilində olmalıdır. Burada obyektiv və subyektiv çətinliklər var. Obyektiv çətinlik ondan ibarətdir ki, Azərbaycan özü dərman istehsal edən ölkə deyil. Dərmanlarımızın 95 faizi xarici ölkələrdən alınır. Həmin ölkələrdəki infilyasiya, bahalaşma, dərmanın qiymətinin yüksək olması, yol-nəqliyyat və sair xərclər Azərbaycanda dərmanın qiymətinin artmasına səbəb olur. Subyektiv səbəblər ondan ibarətdir ki, dərmanların qiyməti Azərbaycanda tənzimlənir və o tənzimlənmənin özündə də müəyyən problemlər var. Ona görə də bir qədər əvvəl Türkiyə və Azərbaycan dərman bazarının birləşdirilməsi təklifini irəli sürmüşdüm. Türkiyədəki dərmanlar kifayət qədər keyfiyyətli və əlçatan qiymət həddindədir. Hər dövlətin də özünün daxili dərman siyasəti var və görünür, hökumət bu təklifi məqbul hesab etmədi. Reallıq onu göstərir ki, Azərbaycandan Türkiyəyə gedən insanların əksəriyyəti geridönüşdə bir-birinə hansısa dərmanları gətirmələrini xahiş edirlər. Hesab edirəm, bu reallıqla barışmaq lazımdır. Türkiyə dərmanlarının Azərbaycan bazarına daxil olması üçün hüquqi və texniki imkanlar yaradılmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|