“Kimsə deyirsə ki Azərbaycan hakimiyyəti bilavasitə Türkiyədə və ya Rusiyada keçirilən seçkilərdən asılıdır, yanlış düşünür” - deputatdan ilginc açıqlamalar
Tarix: 13-06-2023, 10:25 | Çap et
DİA.AZ beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsini təqdim edir:
- Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması nə üçün uzanır? İddialar var ki, danışıqlar formaldır, bu proses də bir neçə il davam edə bilər...
- Düşünmürəm ki, indiki vəziyyətdə böyük sülh sazişi imzalansın. Biz istərdik ki, münasibətlər qaydasına düşsün, kommunikasiyalar açılsın, iqtisadi əməkdaşlıq bərpa edilsin, regionda dayanıqlı sülh əldə edilsin. Amma bu, arzular ola bilər. Sülh sazişinin imzalanmamasının bir neçə səbəbi var. Düşünürəm ki, əsas səbəb Ermənistanın müstəqil dövlət olmamasından irəli gəlir. O dövlətin müstəqil siyasət aparmaq imkanı yoxdur, bünövrə düzgün qoyulmayıb. Bir çoxları məğlubiyyəti Nikol Paşinyanla əlaqələndirirlər, amma bu, belə deyil. Onlar SSRİ dağıldıqdan sonra özlərinə aid olmayan torpaqlara iddia etdilər, qan töküldü, Xocalı və digər rayonlarda, kəndlərdə soyqırımlar törədildi... İşğalçılıq mahiyyəti onları xarici qüvvələrdən daha çox asılılıq vəziyyətinə gətirdi: iqtisadi infrastruktur başqa dövlətin mülkiyyətinə keçdi, hərbi bazalar yerləşdirildi, sərhədlərin qorunması onlara etibar edildi... Yəni müstəqil siyasət həyata keçirmək üçün ilk növbədə dövlətin bütövlüyü olmalıdır. Ermənistanda, hətta kadr dəyişikliyi edilən zaman da diasporla məsləhətləşməyə məcburdur. Bilirsiniz ki, diasporun özündə də millətçi, nə vaxtsa Ermənistandan küsüb getmiş daşnaklar, müxtəlif terror təşkilatlarının üzvləri olan insanlar cəmləşiblər. Onlar rahat şəkildə başqa ölkələrdə oturublar, daim düşmənçilik toxumları səpməklə məşğuldurlar. Bir çoxları da parçalanmış vəziyyətdədir, müxtəlif geosiyasi qüvvələrə xidmət edirlər. Bizə elə gəlir ki, Ermənistan diasporu vahiddir, imkanları genişdir, bu, aysberqin görünən tərəfidir, reallıqda belə deyil. Digər səbəb regionda siyasi güclərin ənənəvi maraqlarının toqquşmasıdır. 200 il bundan əvvəl də Cənubi Qafqaz beynəlxalq güclərin maraq dairəsində olub, indi də belədir. Hər vəchlə çalışırlar ki, siyasətləri davam etdirilsin. Bir məsələni də qeyd edim, Ermənistan cəmiyyətinin özündə də barışmaz mövqedə olan, Azərbaycanafobiya, Türkiyəfobiya hissləri ilə yaşayan qüvvələr kifayət qədərdir. Onlar müharibədəki ağır məğlubiyyəti heç cür qəbul edə bilmirlər, cəmiyyəti, hökuməti yeni müharibəyə təhrik edirlər. Bu faktorlar sülh sazişinin imzalanmasında əsas maneədir. İnanmıram ki, yaxın gələcəkdə böyük sülh müqaviləsi imzalansın, amma hansısa sahələr üzrə çərçivə sazişləri imzalana bilər.
- Ermənistanın hazırki baş naziri Nikol Paşinyan əvvəlki rəhbərlərdən fərqli olaraq, danışıqlara daha çox meyillidir...
- Bəli, Paşinyan danışıqlara meyillidir, amma onun kifayət qədər potensialı yoxdur ki, siyasət həyata keçirsin. O, özü üçün ayrılmış vaxtı itirib. Çalışdı ki, yeni bəhanələrlə nəsə yeni dividentlər əldə etsin. Gah ATƏT-in Minsk Qrupunu dövriyyəyə qaytarmağa, gah da Qarabağdakı erməni icması üçün “status” almağa çalışdı. Hətta 2020-ci ilin 10 noyabrında imzalanmış Bəyanatın əleyhinə çıxış etdi: erməni silahlı dəstələrini Qarabağdan çıxarmadı, Zəngəzur dəhlizinin açılmasına maneə törətdi. Düşünürəm, Paşinyan özü də hadisələrin girovuna çevrilib, bir tərəfdən hakimiyyətin itirilməsindən qorxur, digər tərəfdən fiziki baxımından aradan götürülməsindən çəkinir. O da sağalmaz “erməni xəstəliyi”ndən tam azad olmayıb. Sülh sazişinin imzalanması üçün nə beynəlxalq, nə də daxili şərait yetişib. Belə bir şərait olduqda saziş imzalanacaq. Konkret vaxtı isə söyləmək çətindir. Rusiya-Ukrayna müharibəsinin nəticəsinin prosesə çox ciddi təsiri olacaq.
- Paşinyanın fiziki baxımdan aradan götürülməsi nə dərəcədə realdır?
- Nikol Paşinyanın fiziki baxımdan aradan götürülməsi real söhbətdir. Ermənistanın praktikasında belə şeylər olub, məsələn, 1999-cu ildə parlament gülləboran edilib. Müharibədən sonra İranın timsalında çox təhlükəli oyunçu üzə çıxıb. İndiki halda Rusiyanın edə bilmədiklərini İran həyata keçirir.
- İran məsələsinə toxunmuşkən, bilmək istərdim, İranla Azərbaycan arasında münasibətlər hansı səviyyədədir? Əvvəlki gərginlik qalırmı? Xarici işlər nazirləri bir neçə dəfə telefonla danışıblar...
- Ölkələrarası münasibətlərdə heç bir halda yumşalma yoxdur. Xarici işlər nazirləri telefonla danışa bilərlər, bu, normaldır, gərginliyin azalması demək deyil. Münasibətlərin qaydaya düşməsi üçün günahkar tərəf müəyyən addımlar atmalıdır. Dünya praktikasında belədir: sən mənim səfirliyimə hücum etmisənsə, vətəndaşımı qətlə yetirmisənsə, digər əməkdaşları yaralayırsansa və barışdırıcı mövqedən çıxış etmirsənsə, hansı normallaşmadan söhbət gedə bilər? Nə kompensasiya ödəyir, nə də üzrxahlıq edir... Biz sənin vassalınıq? İranla Azərbaycan arasında münasibətlərin normallaşması biləvasitə İrandan asılıdır. Azərbaycan istənilən dövlətə qarşı sülhpərvər mövqedən çıxış edir. Hətta 30 il ərzində xalqımıza qarşı cinayətlər törətməsinə baxmayaraq, Ermənistanla əməkdaşlığa hazır olduğumuzu bildirmişik. Cənab Prezident İlham Əliyev dostluq əlini bütün dövlətlərə uzadıb. Amma bu addım lazımi şəkildə qiymətləndirilmirsə, təbii ki, burada səbəbi başqa şeydə axtarmaq lazımdır. Biz hələ molla rejiminin xeyirxah əməlini görmürük. Əksinə Güneydə mitinqlərdə iştirak edən gənc soydaşlarımızı edam etməklə məşğuldurlar...
- Bəziləri bunu İranın daxili işi adlandırır...
- Ümumiyyətlə, insan hüquq və azadlıqları heç bir ölkənin daxili işi deyil. Kimsə cinayət törədibsə, bu, daxili işdir. Amma kimisə söylədiyi fikirlərə görə edam etmək daxili iş ola bilməz.
- İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlinin valideynləri iddia edirlər ki, övladları iki ölkə arasındakı konfliktin qurbanı olub. Sizin fikirlərinizi bilmək istərdik.
- Bu fikirlə razı deyiləm. O tələbə molla rejiminin anti-bəşəri siyasətinin qurbanıdır. Gərginlik son illərdə, əsasən Vətən müharibəsindən sonra başlayıb. Axı həmin müddətdən əvvəl də ziyalılarımızı, şairlərimizi girov götürüblər, izahat da verməyiblər. Yəni bu, ölkənin mahiyyətindən irəli gəlir. Azərbaycanda “Kərimə dövləti”ni qurmaq istəyənlərə, dünyəvi dövlət quruluşunu dəyişməyə çalışanlara, dövlətimiz əleyhinə cinayətlər törədib İranda gizlənənlərə, narkotik satanlara qarşı hüquq mühafizə orqanlarımız tərəfindən addımlar atıldı. İran da bizim sağlam düşüncəli vətəndaşlarımızı girov saxlayır... Ona görə mən Fərid Səfərlini ölkələrarası konfliktin qurbanı hesab etmirəm. Gənclər ehtiyatlı olmalıdırlar, heç kəsə sirr deyil ki, son 30 ildə İranın xüsusi xidmət orqanları Azərbaycanın, Gürcüstanın, o cümlədən digər İslam ölkələrinin daxilində çox geniş şəbəkə qurublar. Onlar xristian ölkələrində belə, azərbaycanlılardan istifadə edirlər... Narkotik Azərbaycana haradan gəlir?
- İrandan...
- Elə bir gün olmur ki, 100 kilolarla narkotik keçirməyə cəhd etməsinlər... Bu, gənclərin genefondunun məhv edilməsinə hesablanıb... Hüquq mühafizə orqanları ciddi tədbirlər görür, narkotik satışını həyata keçirənlərə qarşı əməliyyatlat keçirir.
- Narkotik satışı ilə bağlı cəzalar daha da sərtləşdirilsə, necə effekt verər?
- Bununla iş bitmir... Cəzaların sərtləşdirilməsinin tərəfdarıyam, amma cəmiyyət bütövlükdə mübarizə aparmalıdır. Bəzi hallarda tonlarla narkotik ixrac edən dəstələr müdafiə olunurlar, bunlara kortəbii şəkildə səcdə edirlər, bunun kökünü kəsməliyik... Yəni prosesi yaradan səbəbləri aşkara çıxarmalıyıq, mübarizə aparmalıyıq. Gənclər başa düşməlidirlər ki, Azərbaycana narkotik ixrac edənlərin, əkənlərin, satanların bir məqsədi var: Azərbaycan xalqının genefondunu məhv etmək. Azərbaycanın düşmənləri ölkəmizdə sağlam gənclərin olmasını istəmirlər.
- Nikol Paşinyanın növbəti dəfə prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsi birmənalı qarşılanmadı. Bildirildi ki, Ermənistan iddialarından əl çəkmədikcə belə yüksək səviyyəli tədbirlərə dəvət edilməməlidir...
- Paşinyanın Türkiyənin növbəti dəfə seçilmiş prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsi Türkiyə dövlətinin böyüklüyünün göstəricisidir. Paşinyan yaxşı başa düşür ki, ölkəsinin Türkiyə və Azərbaycanla münasibətləri normallaşmadığı halda, perspektiv yoxdur. Biz indiki halda Paşinyan düşüncəli insanlarla işləməliyik, nəinki revanşist xislətli Koçaryanlarla, Sarkisyanlarla... Türkiyədə yaşayan ermənilər də Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasında maraqlıdırlar. Bizim Türkiyə ilə qardaşlıq münasibətlərimiz var, Şuşa Bəyannaməsini imzalamışıq. Türkiyə heç zaman Azərbaycan əleyhinə prosesdə iştirak etməz və etməyəcək. Ona görə də rahatıq, Türkiyə həm də Azərbaycanın mövqeyindən çıxış edir.
- 2024-cü ildə Rusiyada prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Hazırki prezident Vladimir Putin namizədliyini irəli sürərsə, qalib gəlmə şansı varmı?
- Rusiya-Ukrayna müharibəsinin nəticələrindən çox şey asılıdır...
- Türkiyədə və ya Rusiyada prezident seçkiləri keçirilən zaman nəticənin Azərbaycan hakimiyyətinə də təsir edəcəyini bildirirlər. Bu, yanaşmanı necə qiymətləndirirsiniz?
- Bu, yanlış fikirdir. Türkiyədə və ya Rusiyadakı seçkilərin Azərbaycana ciddi təsiri yoxdur. Kimsə deyirsə ki Azərbaycan hakimiyyəti bilavasitə Türkiyədə və ya Rusiyada keçirilən seçkilərdən asılıdır, yanlış düşünür. Azərbaycan dövləti kifayət qədər oturuşmuş və güclüdür. Ölkəmiz kimdənsə asılı deyil. Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin dövlətçilik məfkurəsi əsasında qurulub və bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xarici siyasət qarşılıqlı hörmətə əsaslanır. Azərbaycanın iqtisadi imkanları, güclü ordusu, cəmiyyətdəki vahid birlik istənilən qlobal gücə qarşı manevr imkanlarımızı artırır, kifayət qədər immunitetimiz var...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|