Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

"İlham Əliyev Parisi faktiki olaraq regiondan çıxardı" - deputat
Tarix: 21-06-2023, 09:14 | Çap et
"İlham Əliyev Parisi faktiki olaraq regiondan çıxardı"
Fransa açıq formada Ermənistanın destruktiv fəaliyyətini dəstəkləyir. Bunu son bir neçə gündə Fransa rəsmilərinin səsləndirdiyi bəyanatlar da təsdiq edir. Belə ki, bu ölkənin xarici işlər naziri Ketrin Kolonna Avropa Parlamentində “Ermənistanla Azərbaycan arasında münasibətlər və Dağlıq Qarabağdakı vəziyyət və Laçın dəhlizi” mövzusunda müzakirələr zamanı deyib ki, biz ədalətli sülhə nail olmaq üçün Ermənistanın yanındayıq: “Laçın dəhlizinin blokadası qanunsuzdur və bununla bağlı Beynəlxalq Məhkəmə belə bir hökm çıxarıb. Heç bir ölkə Ermənistanın ədalətli sülh əldə etməsi üçün Fransa qədər səy göstərmir. Biz qonşusu (Azərbaycan) ilə ədalətli sülh əldə etmək üçün Ermənistanın yanındayıq. Heç bir ölkə iki ölkəyə bu məsələdə bizim qədər dəstək vermir. Biz ədalətli sülhə nail olmaq üçün Ermənistanın yanındayıq, bunu prezident Emmanuel Makronun göstərdiyi səylər sübut edir”.

Gərginliyin azaldılması vasitəsi kimi Kolonna Ermənistanda fəaliyyət göstərən Aİ missiyasını qeyd edib ki, bu missiya əsasən Fransanın səyləri ilə yaradılıb və “deskalasiya üçün çox əlverişlidir”.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş vermiş təxribatlarla əlaqədar bəyanat bölgədəki mövcud vəziyyəti təhrif edir və qərəzlidir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan beynəlxalq norma və qaydalara uyğun olaraq təsis etdiyi Laçın dövlət sərhədinin buraxılış məntəqəsindən hər iki istiqamətə yüzlərlə erməni sakininin tənzimlənən şəkildə, sərbəst və təhlükəsiz hərəkətini təmin edib. Bu səylərə baxmayaraq, 15 iyun tarixində məhz Ermənistan tərəfindən sərhəd keçid məntəqəsinin atəşə tutulması nəticəsində sərhədçimiz yaralanıb. Hazırda sərhəddən keçid üzrə təhlükəsizlik və istintaq tədbirləri həyata keçirilir.

“Ermənistan tərəfindən Laçında qeyd edilən təxribata və digər istiqamətlərdə ərazilərimizin atəşə tutulmasına baxmayaraq, Fransa tərəfinin məsələyə birtərəfli yanaşması təəssüf doğurur”, - deyə bəyanatda bildirilir. Bu arada məlum olub ki, Fransanın müdafiə naziri Sebastyan Lekornunun dəvəti ilə Ermənistanın müdafiə naziri Suren Papikyan iyunun 19-da “Le Burje” aviasiya sərgisində iştirak edib.

Aprel ayında fransalı nazir Katrin Kolonnanın Bakı səfəri rəsmi Parisin ermənipərəst siyasətində korrektələr aparacağı ümidi yaratmışdı. Amma göründüyü kimi, Makron hökuməti klassik ermənipərəst siyasətindən əl çəkməyib. Yəni Paris yenə də Azərbaycanla bağlı qərəzini davam etdirir. Bəs Fransaya necə dərs verməli, bəyanatlardan nəticə çıxarılmırsa, diplomatik cəbhədə nələr etmək olar?

Deputat Bəhruz Məhərrəmov belə çıxışların Fransanı ancaq və ancaq bu bölgədən uzaqlaşdırdığını düşünür. Onun fikrincə, əslində ermənilər də Fransanın qurbanına çevriliblər: “30 illik münaqişə dövründə sülh prosesi üzrə vasitəçilərdən biri kimi Fransa kosmetik də olsa tərəfsiz və qərəzsizlik imitasiyası etməyə çalışırdı. Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra isə Paris artıq açıq və radikal formada Ermənistanın yanında yer almağa başladı. Bu isə 44 günlük savaşla bölgədə yaranan yeni reallıq, sülh və əməkdaşlıq perspektivlərində ciddi əngələ çevrildi. Azərbaycan və Ermənistan arasında məhz cənab İlham Əliyevin məcburetmə tədbirləri ilə yekun sülhə yaxınlaşdıqca Fransa mümkün qədər prosesi pozmaqla məhz münaqişənin yenidən alovlanmasında maraqlı olduğunu göstərdi. Məhz bu dağıdıcı fəaliyyətin qarşısının alınması üçün cənab İlham Əliyev Parisi faktiki olaraq regiondan çıxardı. Bu, Makron iqtidarının Qafqazda ən ciddi məğlubiyyəti idi və Fransa yenidən regionda mövcud olmaq və neoimperialist niyyətləri naminə hər vəchlə münaqişənin yenidən alovlanması üçün cəhdlərini intensivləşdirdi. Lakin istər qlobal təsisatlar çərçivəsində, istərsə də lokal təxribatlarla müşahidə olunan bu cəhdlərin hamısında Fransa beynəlxalq müstəvidə, Paris üçün alətə çevrilmiş İrəvan isə regionda qarşıdurmalarda məğlub olaraq bir az daha çox uçuruma yuvarlandılar. Lakin təəssüf ki, Fransa dayanmaq istəmir və erməni xalqı da Parisin niyyətlərinin qurbanına çevrilməkdədir. Xüsusən Brüssel prosesi bərpa olunduqdan, Moskva və Kişinyov təmaslarından sonra yaranan ümidlər fonunda son bir həftədə Fransanın yenidən aktivləşməsinə şahidlik edirik. Məhz Fransanın təşəbbüsü ilə Avropa Parlamentində "Ermənistanla Azərbaycan arasında münasibətlər və Dağlıq Qarabağdakı vəziyyət və Laçın dəhlizi" mövzusunda müzakirələrin baş tutması, bu müzakirələrin bölgədə sülh və sabitliyə xidmət deyil, Azərbaycan əleyhinə kampaniya xarakteri daşıması, bölgənin özündə situasiyanın mürəkkəbləşməsi və Ermənistanın və separatçıların hərbi fəallığına, təxribatların intensivləşməsinə gətirib çıxardı. Təbii ki, bütün hallarda düşmən lazımi cavabını aldı, lakin proseslər həm də göstərdi ki, Fransa Bakı ilə, daha konkret desək, cənab İlham Əliyevlə hesablaşmayana qədər bölgədə maraqlarını təmin edə bilməyəcək. Regionda Ermənistanın simasında daimi “əl buyruqçusuna” adət etmiş Fransanın bunu qəbullanması asan olmasa da Fransa xarici işlər naziri Ketrin Kolonnanın Avroparlamentdə qəzəbli çıxışı və açıq formada kini göstərir ki, Paris artıq regionda vəziyyətin ciddiliyinin fərqindədir. Lakin fransızlar hələ ki geriyə addım atmaq istəmirlər və maraqlıdır ki, xanım Kolonnanın bu çıxışı fonunda proseslər Fransanı bölgədən daha da uzaqlaşdırır. Məsələn, əgər əvvəllər Fransanın qərəzli olduğunu biz baş verən faktlar əsasında iddia edirdiksə, artıq Fransa xarici işlər naziri özü gizlətmir ki, “Biz Ermənistanın yanındayıq”. Kolonnanın hücum arqumentləri isə çürümüş idi və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatlarında istər Laçın dəhlizi, istər sərhəd-keçid məntəqəsi, istər “blokada” kimi iddiaların absurd olduğu aydın şəkildə izah edildi.

Bu gün Fransa regionda məğlubdur, mövcud ritorika ilə isə hər hansı formada Cənubi Qafqazda maraqlarını təmin etməsi mümkün deyil. Bu mənada Bakının açıq anti-Azərbaycan mövqeyi tutmuş Fransaya qarşı hansısa əlavə və əlahiddə addım atmasına ehtiyac yoxdur. Çünki regionda Fransanın maraqlarına Makronun komandasından daha çox heç kim zərər vura bilməz. Heç şübhəsiz ki, yaxın gələcəkdə Ermənistan və Fransanın təşviqi ilə boş xülyalar uğrunda itkilər verən erməni xalqı da bu reallığın, nəhayət ki, fərqinə varacaq".

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəməyənlərin saylarının kifayət qədər çox olduğunu bildirdi. Onun sözlərinə görə, bu sırada ilk sıralarda qərarlaşan ölkələrdən biri də Fransadır: “Son aylarda Azərbaycanın sülh sazişinin imzalanmasına hədəflədiyi siyasəti regionda sabitliyə və beynəlxalq normaların həyata keçməsinə hesablanıb. Belə görünür ki, Ermənistan-Azərbaycan arasında sülhün bağlanmasını istəməyənlərin sayı az deyil. Fransa xarici işlər nazirinin provokasion bəyanatları məhz belə qüvvələrin sifarişi kimi qəbul olunmalıdır. Bu gün Laçında nəzarət-keçid məntəqəsinin qurulmasını blokada kimi qələmə vermək əslində yenidən münaqişə ocağı yaratmağa cəhd kimi qiymətləndirilməlidir. Həmin məntəqədən sənədlərini təqdim etməklə insanlar və bütün növ mülki maşınlar buraxılırsa, hansı blokadadan danışılır. Aparılan təbliğatın əksinə olaraq sərhəd-keçid məntəqəsindən keçən Xankəndidə yaşayan ermənilərin əksəriyyəti bu prosedurları asanlıqla keçdiklərini bildirirlər. Bir müddətdən sonra onların bu şəraitə rahatlıqla uyğunlaşacaqları indidən açıq-aydın göründüyündən gərginlik yaratmağa çalışan güclər fəallaşıblar. Belə güclər Ermənistanın içində olduğu kimi xaricində də kifayət qədərdir. Fransanın isə Makronun liderliyi ilə bu güclərin başında durduğu heç kimə sirr deyil. O səbəbdən Fransa Xarici İşlər Nazirliyinin verdiyi bəyanatlara təəccüb etmək lazım deyil. Eyni zamanda onları maksimum məsafədə saxlamaqla sülh sazişi danışıqlarından kənarda tutmaq lazımdır. Azərbaycan tərəfinin bu cür bəyanatların qarşısını almaq üçün hansı addımlar ata biləcəyinə gəlincə isə, hesab edirəm ki, nə etsək də onların proseslərə bu cür yanaşmalarının qarşısını almaq mümkün deyil. Burada Fransanın regionda maraqlarının artmasını, öz daxillərində erməni lobbilərindən aslılıqlarını və.s səbəb kimi göstərmək olar. Bizim hədəfimiz onların bu səpkili bəyanatlarını əhəmiyyətsiz demoqogiyaya çevirmək və dünya dövlətləri tərəfindən ciddi qəbul edilməyən sıradan açıqlamalar kimi qiymətləndirilməsinə çalışmaqdır. Bunun yolu isə apardığımız siyasətin ardıcıl olmasına və bu siyasətin hər iki xalqın mənafeyinə xidmət edəcəyinə ilk növbədə Ermənistanda mövcud olan adekvat düşünən insanları və beynəlxalq təşkilatlar daxil olmaqla digər dövlətləri inandırmaqdan keçir. Hazırda yaranmış situasiya bu perspektivin real olduğunu göstərir”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru