Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

"Biz bu alqoritmin içinə girsək, doğru olmaz, onların istədikləri də budur" - Natiq Cəfərli
Tarix: 22-06-2023, 09:11 | Çap et
"Biz bu alqoritmin içinə girsək, doğru olmaz, onların istədikləri də budur"
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Ermənilər Naxçıvan istiqamətində şərti sərhəddə - Arazdəyəndə ABŞ bayrağı qaldırdılar. Əsas iddia da budur ki, Ermənistan bununla Kərkinin qaytarılmasına mane olmağa çalışır. Bəs ABŞ bu və digər istiqamətlərdə əngəlləyici amil olacaqmı?

- Məsələnin bu dərəcədə böyüdülməsinə ehtiyac görmürəm. Orada bir investisiya layihəsinin, dağ-mədən sənayesinin yaradılması məsələsi müzakirə edilir. Bununla bağlı bir anlaşma var. ABŞ və Ermənistan şirkətləri orada bir investisiya layihəsinin həyata keçirilməsinə başlayıb. Bəli, Azərbaycan tərəfi buna haqlı olaraq etiraz edir. Sərhədlər tam dədiqləşməyənə və ekoloji məsələlər həll olunmayana qədər belə bir müəssisənin açılması və ya təməlinin qoyulması Azərbaycanın haqlı etirazlarına səbəb olur.

Amma layihədə bir Amerika şirkətinin iştirakına görə o bayraq qaldırılıb. Azərbaycanda da birgə müəssisələrin önündə iştirakçı dövlətlərin bayraqları asılır. Yəni məsələlərə qlobal yox, bir az lokal baxmağa ehtiyac var. Çünki Ermənistanın göstərmək istədiyi budur ki, guya ABŞ onun yanındadır və ona dəstək olur. Biz bu alqoritmin içinə girsək, doğru olmaz, onların istədikləri də budur.

Bu, biznes layihəsidir. Yenə deyirəm: Azərbaycan tərəfinin haqlı irad və etirazları var. Məncə, müxtəlif kanallarla Amerikanın müvafiq dövlət və özəl strukturlarına bu etirazlar çatdırılacaq. Eyni zamanda, bir az araşdıranda o da məlum olur ki, şirkət Amerika kökənli olsa da, onun sahibləri arasında erməni əsilli ABŞ vətəndaşları da var. Bələ də özləri belə təxribatlarla Azərbaycanı beynəlxalq hüquqa zidd addımlar atmağa sövq etməyə çalışırlar. Məncə, bu məsələlərə səbrlə və daha geniş pəncərədən baxmaqda yarar var.

- Bəs ABŞ-ın Rusiyanın əzəli düşməni və rəqibi olduğunu nəzərə alsaq, şimal qonşumuzun ermənilərin bu kimi addımlarına reaksiyası necə ola bilər?

- Əslində, Qərbin, xüsusən də ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülhlə bitməsində istəyi və məqsədi budur ki, Rusiyanın Cənubi Qafqazdakı dayaqları zəifləsin. Bu, açıqca görünür. Əlbəttə, bu da şimal qonşumuzu narahat edir, onu qıcıqlandırır. Lavrovun da ABŞ-ın, yaxud Qərbin Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqazda oynadığı rolla bağlı qəzəbli bir açıqlaması oldu. Onun fikrincə, ABŞ və ya Qərb bölgədə sülhə mane olacaq addımlar atır.

Lavrov bunu deməklə kifayətlənmədi, öz niyyətlərini də açıq mətnlə dilə gətirdi. Lavrovun açıqlamasında belə məlum oldu ki, Rusiyanın əsas işi sülh quruculuğu yox, Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına mane olmaqdır.

Rusiya bu münaqişədən Cənubi Qafqazda hegemon olmaq istəyi üçün istifadə etdiyini açıqca etiraf edir. Etiraf edirlər ki, onun üçün bu münaqişənin həlli yox, nə yolla olur-olsun Cənubi Qafqazda qalmaq prioritetdir, bu məqsədlə də əllərindən gələni edəcəklər. Bu baxımdan, Ermənistanın atdığı addımlar şimal qonşumuzu qıcıqlandırır, amma Azərbaycan ərazisində - Xankəndi və ətrafında yerləşən rus sülhməramlılarının davranışları da bizi qane etmir. Sanki Rusiya bu məsələdə də çıxılmaz bir duruma düşüb. Bu səbəbdən tənqidlərə məruz qalır. Buna görə də Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı iradları var.

- Ümumiyyətlə, Ermənistandakı anklavlarımızın taleyi necə olacaq? İrəvan bu haqda danışmaq istəmir, hətta Nikol Paşinyan dedi ki, vaxtilə bu məsələnin üçtərəfli anlaşmaya daxil edilməsinə mane olub.

- Bu məsələ belədir ki, əgər sərhədlərin delimitasiya-demarkasiyası ilə məşğul olacaq birgə komissiya real işə başlasa, bu yöndə müəyyən irəliləyiş əldə olunsa, böyük ehtimalla, imzalanacaq yekun mətndə bu ərazilərin gələcəyi ilə bağlı bənd yer alacaq. Əslində, bunlar vaxtilə sovet rejiminin basdırdığı “gizli mina”lardır. Orta Asiya ölkələrində onlarla belə “gizli mina”lar var. Özbəkistan, Qırğızıstan və Tacikistan ərazilərində onlarla belə anklavlar mövcuddur.

Bu, Sovet İttifaqının prinsipi idi: bu “gizli minalar” basıdırılır, lazım gələndə həmin xalqlara və respublikalar bu yolla təsir edilir.

Eyni şey Azərbaycan və Ermənistan arasında da baş verib. Sovet dönəmində hər iki respublikada anklavlar vardı. İndi bu məsələ qarşılıqlı şəkildə həll olunmalıdır. Ya durum indiki kimi qalır və sənəd formasında imzalanır, ya da hansısa ərazi mübadiləsi vasitəsilə həllini tapır. Beynəlxalq hüquqa əsaslanan həll formulu olmalıdır. Bunun necə olacağını indidən demək çətindir, ağrılı məsələdir.

Əlbəttə, Azərbaycan Başkənd və digər əraziləri Ermənistana verməyəcək. Bunu da haqlı olaraq etməyəcək. Baxmayaraq ki, sovet dönəmində anklav olub, bunlar strateji mövqelərdir. Digər məsələlər də bu kontekstdən baxılaraq həll edilməlidir.

Amma açığını deyim ki, çox ağır danışıqlar prosesi olacaq. Burada ərazilərin miqyası, yəni eynimiqyaslı ərazi mübadiləsi məsələsi gündəmə gələcək. Yəni bu istiqamətdə gediləsi yol çox uzundur.

- Son davranışları o təəssüratı yaradır ki, Ermənistan addım-addım danışıqlar prosesini pozur. Bu durum bizi hara aparır?

- Əslində, Ermənistanın qaçacağı yer qalmayıb. Ermənistanın davranışları ziddiyyətli və qəliz görünür və haqlı olaraq da Paşinyana və komandasına suallarımız yaranır, amma çox bəsit davranırlar. Rusiya ilə danışanda güzəşt qoparmaq üçün Qərbin, Qərblə danışanda da Rusiyanın onları sıxışdırdığını, canlarını ondan qurtarmaq istədiklərini deyirlər. Bir yerə qədər belə oynamaq, obrazlı desək, artistlik etmək olar. Günün birində seçim nöqtəsinə çatacaqlar.

Qərb də anlayır ki, danışıqların uzanmasında, sülh müqaviləsinin imzalanmasının gecilməsində Ermənistan qeyri-konstruktiv rol oynayır. Əlbəttə, Qərb də süddən çıxmış ağ qaşıq deyil, belə olmayıb və olmayacaq da. Amma öz maraqları çərçivəsində bir niyyəti var. Qərbin marağı budur ki, sülh müqaviləsi tezliklə bağlansın və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması sürətlənsin.

Rusiyanın istəyi budur ki, sülh olmasın və bu səbəbdən Cənubi Qafqazda qalaraq, söz sahibi olmaqda davam etsin. Əslində, buradakı qarşıdurma bu iki xəttin toqquşmasından irəli gəlir. Dediyim kimi, Ermənistanın qaçacağı yer yoxdur. İl ərzində müxtəlif protokol və sazişlərin imzalanması mümkündür. Ola bilsin, böyük sülh sazişi olmasın, amma növbəli şəkildə Rusiya və Qərbdə bəzi sənədlərin imzalanması mümkün ola bilər.

- Nə kimi sənədlər?

- Bunlardan ən realı Ermənistanın Qarabağ da qarışıq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ehtiva edən protokol ola bilər. Eləcə də Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyar. Belə bir protokol daha asan imzalana bilər. Çünki bu məsələ artıq sözdə bəyan edilib. Bu da şahidlərin iştirakı ilə gündəmə gəlib. İndi bunun protokollaşması mümkündür.

Kommunikasiyaların açılması ilə bağlı ciddi irəliləyiş əldə olunub. Belə bir protokolun imzalanması mümkündür. Obrazlı desək, böyük sülh sazişinin qovluğu açılıb. İndi bir-bir protokolların imzalanıb bu qovluğa qoyulması, gələcəkdə böyük sülh sazişinin təməlinin yaradılması ilə bağlı məsələnin həlli mümkündür.

Ermənistan nə qədər ikili oynasa da, qaçmağa çalışsa da, artıq iş o yerə çatıb ki, müəyyən sənədləri imzalamağa məcbur etmək üçün onu hər tərəfdən sıxacaqlar. Qərbin özünün də davranışlarında bu görünür.

Azərbaycan bu günə qədər nə deyibsə, onun üstündə durub. Azərbaycanla bağlı hansısa bir problem yoxdur. Azərbaycan beynəlxalq hüquqa söykənən beş prinsip üzrə danışıqları davam etdirmək istəyir. Problem Ermənistandadır. Bunu da artıq anlayırlar.

Hesab edirəm ki, Ermənistana təzyiqlər yolu ilə ən azı il ərzində müxtəlif protokollar imzalana bilər. Bəs bu, böyük sülh sazişinə gətirib çıxaracaqmı? Burada ciddi suallar var.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru