DİA.AZ: - "Bu gün böyük azərbaycanlı Əbülfəz Elçibəyin doğum günüdür. 85 illiyini qeyd etdiyimiz Əbülfəz bəy sağlığında da, vəfatından sonra da duyarlı insanlar üçün həmişə bir dürüstlük ünvanı olaraq qalacaqdır". DİA.AZ bildirir ki, bu sözləri mərhum eks-prezident Əbülfəz Elçibəyi yad edən deputat Fazil Mustafa özünün "facebook" səhifəsində yazlb.
Deputat daha sonra qeyd edib: "Siyasətdir, kimi uğurlu, kimi uğursuz ola bilər. Ancaq onun Vətən və millət sevdasını kimsə kölgə altına sala bilməz. Siyasət anlayışımın şəkillənməsində böyük rolu olan liderimi, müəllimimi və dostumu sayğılarla anıram. Ruhu şad olsun".