Hərbi ekspertdən Aqil Abbasa SƏRT CAVAB - "Əlinə mikrofon da veriblər, məclis adamı tuta da bilər..."
Tarix: 1-07-2023, 10:09 | Çap et
DİA.AZ: - "Deputat Aqil Abbas 12 iyun 2023-cü il tarixində Bakıda yerləşən "Xan Sarayı" şadlıq evində bəy və gəlini təbrik etmək əvəzinə, mənim Ağdam şəhidlərinin rəsmi sayı ilə bağlı səsləndirdiyim fikirlərə görə adımı çəkməklə ünvanıma tənqidi fikirlər səsləndirib". DİA.AZ bildirir ki, bunu hərbi ekspert Ədalət Verdiyev açıqlamasında vurğulayıb.
Millət vəkili Aqil Abbasın onun şəxsinə qarşı kampaniya apardığına eyham vuran hərbi ekspert daha sonra bildirib: "Aqil müəllim rəsmi rəqəmləri özü də 4-5 dəfə şişirtdiyi üçün mənim səsləndirdiyim rəqəmləri təkzib etmək əvəzinə, məsələni ulu öndər H.Əliyevin adı ilə və "Ağdamın daşı ağırdır" cümləsi ilə uğursuz bir şəkildə bağlamağa çalışıb. Ürəyi soyumayıb, redaktoru olduğu qəzetdə məni öz qəzetində "biabır etdirib". (Yadıma rəhmətlik Ü.Hacıbəyovun "O olmasın , bu olsun" filmi düşdü.)
Anlayıram toydur, şənlikdir, stolda da çox nemət var, əlinə mikrofon da veriblər, məclis adamı tuta da bilər. Amma mən nomrəmi səhifəmdə hər kəsə açıq şəkildə yazmışam. Mənimlə efirdə qarşılıqlı hörmət əsasında tam fərqli davranan Aqil müəllimin toy əhlinin qarşısında mənə qarşı çıxış etməsi bir az təəcüblü göründü. Odur ki, mən də ağsaqqaldan nümunə götürüb, opponentin olmadığı yerdə ona cavab yazıram. Yəqin ki, bu addımı bəyənəcək.
İndi belə çıxır ki, mən də hər dəfə imkan düşəndə Adil müəllimin ozünün və övladlarının müharibələrdə iştirak etmədiyinə dair cümlələr qurmalıyam? Yox, bu mənim stilim deyil. Mənim tanıdığım birinə deyəcək sözüm olsa, ya zəng vurardım, ya da görüşəndə deyərdim.
"Ağdamın daşı ağırdır" cümləsi isə mənə heç yapışmır. Yoldaşım, xalam uşaqları, dayımın yoldaşı, "n" sayda qohum əqrabalarım ağdamlıdır. Həm də ağdamlı ilə kirvəyəm. Uşaqlığımın yay tətilləri Ağdamda keçib. Ağdamdan yüzlərlə əsgər və zabit döyüşçü dostlarım var.
Rusiyanın şimalından gəlib Azərbaycanda xidmətimə Ağdamdan başlamağım və xidmətimin böyük yarısını Ağdamda keçirməyim də faktdır. Təvazokarlıqdan uzaq olsa da, bir neçə taborun normal döyüş vəziyyətinə çatdırılmasını təmin etdiyimi də yazmaq məcburiyyətindəyəm. Təzəkənd hamamının tikintisi, Gübrə zavodunda yerləşən ərazidə 400 nəfərin yerləşməsi üçün bütün infrastrukturun qurulması, yaşıllaşdırılması, kəndarası və mövqelərə çıxan yolun bərpası və s. ilə maraqlansaydınız, bu işlərin mənim komandiri olduğum taborun heyəti tərəfindən həyata keçirildiyini bilmiş olardınız.
Nə isə, Burda geniş müzakirə açmağı vacib hesab etmirəm, amma bir şeyi deməliyəm ki, mən 6000 km məsafədən gəlib Ağdam uğrunda döyüşlərdə iştirak edəndə Aqil Abbasın döyüşlərdə iştirakını görmədim. Halbuki mənim xidmət etdiyim taborda və ümumilikdə Ağdamda Aqil Abbas yaşda döyüşçülər var idi, hətta Bakıdan olan ata və oğul mənimlə birlikdə əsgər kimi döyüşürdülər.
Tək oğlumu əsgərliyə, sonra isə səfərbərliklə Orduya göndərəndə isə Aqil Abbasın oğlanlarını Vətən Müharibəsində iştirakı barədə heç nə eşitmədim.
Odur ki, Aqil müəllim ilə istədiyi platformada və canlı yayımda bu və digər mısələləri, o cümlədən onun seçildiyi dairə üzrə: -əlillərin, veteranların, evsiz zabitlərin, əlillərin problemlərini; -əlilliyi ləğv olunanların işsizlik problemini; -yaralı veteranların 80 manat təqaud almalarını; -hələ də veteranlıq almayanların sayını; -müharibə əlilləri ilə bərabər ordudan yayınanların da təkrar müayinə edilməsini; -əlilliyi ləğv olunanların statistikasını, onların işlə və ya işsizliyə görə müavinətlə təmin olunmasını və s. məsələləri və bunların aradan qaldırılması yollarını müzakirə etməyə hazıram.
Deputat olaraq Aqil müəllim bu məsələlər üzrə statistik məlumatları da əldə edib gətirsə, müzakirə daha maraqlı olar.
Səbirsizliklə Aqil müəllimdən bu müzakirələr üçün müsbət cavab alacağınmı gözləyirəm".
Məsələ ilə bağlı hörmətli deputatımızın da mövqeyini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|