Milli Məclisin deputatı Razi Nurullayev Fransanın paytaxtı Parisdən paylaşım edib.
DİA.AZ publika.az-a istinadla xəbər verir ki, deputat "Parisdə bura etirazçıların olmadığı ən sakit yerdir" yazaraq şəkil paylaşıb. Millət vəkilinin bu paylaşımı da birmənalı qarşılanmayıb. Fotoya yazılan şərhlərdə xeyli izləyici onu tənqid edib.
Qeyd edək ki, Razi Nurullayev son zamanlar sosial şəbəkədəki paylaşımlarına görə ciddi müzakirə obyektinə çevrilib.
Xatırladaq ki, Fransada polisin güllələdiyi gəncə görə başlayan etirazlar bir neçə gündür ki, davam edir və ölkənin bir sıra şəhərlərinə yayılıb.