Azərbaycan Rusiyanın daha bir saytını BLOKLADI - SƏBƏB
Tarix: 4-07-2023, 11:55 |
Çap et
İyunun 30-da saytda Sergey Qazaryanla müsahibə dərc olundu. Həmin müsahibədə o, "Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri" kimi təqdim edildi
Azərbaycan ərazisində daha bir Rusiyanın informasiya agentliyin saytının bloklandığı bildirilir.
DİA.AZ-ın "Turan"a istinadən məlumatına görə, Eurasia Daily informasiya agentliyinin internet saytına (eadaily.com) giriş iyulun 3-dən Azərbaycanda məhdudlaşdırıldı. Ona giriş yalnız VPN proqramları ilə mümkündür.
İyunun 30-da saytda Sergey Qazaryanla müsahibə dərc olundu. Həmin müsahibədə o, "Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri" kimi təqdim edildi. Müsahibədə Azərbaycanın ərazi bütövlüyü şübhə altına atıldığı deyilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Turana bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.
Məsələ ilə bağlı Eurasia Daily saytının məsul şəxslərindən münasibət öyrənmək mümkün olmayıb.