"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

"Ermənistanda heç bir siyasi lider Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinə imza atmayacaq" - deputat
Tarix: 8-07-2023, 09:18 | Çap et
"Ermənistanda heç bir siyasi lider Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinə imza atmayacaq"
DİA.AZ BAXCP sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyevin “Yeni Müsavat”a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Azərbaycan Prezidenti Qarabağda Ermənistan ordusunun hərbçiləri ilə bağlı tələblərini növbəti dəfə bəyan etdikdən sonra Paşinyan Qarabağda Ermənistan hərbçilərinin olmadığı iddiasını səsləndirdi. Onun reaksiyası Azərbaycana “Qarabağdakı qanunsuz silahlı birləşmələrlə, terrorçu dəstələrlə özünüz bilərsiniz” cavabı sayıla bilərmi? Sizcə, bundan sonra antiterror əməliyyatları üçün hansısa maneə qalırmı?

- Paşinyan gözünün içinə qədər yalan danışır. Amma bəli, o məna çıxır. Azərbaycan bu istiqamətdə müəyyən addımlar atmalıdır. Bu addımların atılmasına ona görə ehtiyac var ki, Ermənistanda heç bir siyasi lider Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinə imza atmayacaq. Deyəcəklər ki, sizin ərazi bütövlüyünüzü tanıyırıq, Sərkisyan da, Köçəryan da deyirdi. Ona görə də onlar Dağlıq Qarabağdakı qondarma rejimi müstəqil dövlət kimi tanımadılar. Həmişə deyiblər ki, “bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, 1991-ci il Almatı Bəyannaməsini də imzalayıblar. Amma Dağlıq Qarabağdakı ermənilər "öz müqəddəratlarını təyin ediblər", öz “dövlətlərini qurublar”, siz də onlarla danışın, razılaşın".

Yəni mahiyyət etibarilə heç bir dəyişiklik baş verməyib. Yəni bu, üskük fırladılması kimi, söz fırlada bilərlər. Ancaq mahiyyət dəyişmir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bu, belə olmasaydı, Paşinyan Azərbaycanın təqdim etdiyi 5 bəndlik sülh sazişinə münasibətdə deyərdi ki, bəli, gəlin 1991-ci ilin sərhədləri - hansı ki, biz SSRİ tərkibindən çıxmışıq - daxilində bir-birimizin ərazi bütövlüyünü tanıyaq. Saziş imzalayaq ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin də delimitasiya və demarkasiyası prosesinə başlanılacaq, qalan məsələlərdə isə oturaq, danışaq, razılaşaq.

- Deyir, amma irəliyə addımlar atmır...

- Əlavə şərtlər qoyurlar. Bilirlər ki, Azərbaycan bununla razılaşmayacaq.

- Üstəlik, 1975-ci il xəritəsini ortaya atıblar. Məqsəd-məram nədir? Niyə məhz 1991-ci il yox, 75-ci il?

- Bunlar hamısı bəhanədir. Nə mənası var? Əgər həmin xəritə əsasında Azərbaycan və Ermənistanın ərazisi müəyyənləşib, bildirilib ki, bu ölkələr müvafiq olaraq 86,6 min kv/km və 29,743 min kv/km-lik ərazilərə sahibdirlər, üstəlik, Paşinyan özü də bunu deyirsə, o halda xəritənin nə əhəmiyyəti var? O ərazilər həmin xəritə ilə müəyyənləşib də. Azərbaycan da razılaşıb, erməni tərəf də. Deməli, bunların hamısı bəhanədir. Xəritə məsələsi əhəmiyyətli deyil. Sadəcə, Ermənistan istəyir ki, Azərbaycan beynəlxalq güclərin, o cümlədən 30 illik işğal dövründə Ermənistanı açıq da olmasa, birmənalı şəkildə dəstəkləyən, işğalçını müdafiə edən Fransa, ABŞ daxil olmaqla, digər qüvvələrin təminat verdiyi Qarabağdakı separatçı, əslində işğalçı rejimlə danışıqlara başlasın. Həmçinin böyük dövlətlər də separatçıların oradakı varlığına bir təminatçı olsunlar. Onların təminatı ilə danışıqlar başlayandan sonra isə Azərbaycan, ümumiyyətlə, orada antiterror əməliyyatı keçirə bilməyəcək. İndi belədir ki, rusların oradakı 5 illik missiyası başa çatandan sonra Azərbaycan bölgədə dövlət suverenliyini bərpa etməlidir. Amma biz Ermənistanın şərtini qəbul etsək, o halda faktiki surətdə biz keçmiş Dağlıq Qarabağın de-fakto müstəqilliyini tanımış oluruq.

Bunlar o şərti qoyurlar, sözsüz ki, Azərbaycan həmin şərtlərlə sülh sazişini imzalaya bilməz. Dövlət başçısı deyir ki, Qarabağ Azərbaycanın daxili işidir, biz oradakı ermənilərlə özümüz danışacağıq. Amma onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etməlidirlər, digər məsələləri, onların təhlükəsizliyi, hüquqları ilə bağlı məsələləri müzakirə edə bilərik. Ermənistan isə buna razı olmur. Əslində Ermənistan sülh sazişindən qaçır. Çox təəssüf ki, ermənipərəst Qərb dairələrinin trolları qismində çıxış edən Azərbaycandakı bəzi siyasi partiyalar, bəzi özünü radikal müxalifətçi adlandıran şəxslər də Azərbaycan hökumətindən Ermənistanla sülh sazişi bağlamağı tələb edirlər. Əslində bununla dünya birliyinə mesaj verirlər ki, guya sülh sazişinin imzalanmamasının günahkarı Azərbaycandır. Yəni bunlar ermənilərə birbaşa xidmət eləmiş olurlar. Sonra da xalqa vətənpərvərlikdən danışırlar, vətənpərvərlik dərsi keçirlər. Halbuki bu adamlarin ipi kənar güclərin əlindədir və onlar da fit çalmaqla bunları istənilən vaxt istənilən bəyanatları verməyə məcbur edirlər, yönəldirlər.

- Vaxtaşırı belə məlumatlar yayılır ki, Azərbaycana təzyiqlər var. Necə bilirsiniz, təzyiqlər əsasən nələrlə bağlıdır?

- Bu gün Azərbaycana qarşı təzyiqlər onunla bağlıdır ki, Ermənistanın şərtləri ilə sülh sazişi imzalasın. Əlbəttə, buna getmək olmaz. Hesab edirəm ki, Azərbaycan bu məsələdə çox haqlıdır. Ermənistan bizim təklif etdiyimiz o 5 bənd əsasında sülh sazişini imzalamalıdır. Bu, olmayacağı təqdirdə... Yenə deyirəm, Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır. Biz bilirik ki, Xankəndidə dövlət suverenliyimizi bərpa edə bilməməyimiz orada rus sülhməramlılarının olması ilə bağlıdır. Həm də Azərbaycan öz üzərinə müəyyən öhdəlik götürüb ki, Rusiyanın köməkliyi ilə biz dinc yolla, yenidən hərbi əməliyyatlar keçirmədən oradakı erməni hərbi birləşmələrini tərk-silah edək, regiona sülh gəlsin, kommunikasiyalar bərpa olunsun.

- Rusiyanın bu sonluğu istədiyini güman edirsinizmi? Hətta Rusiyanın Azərbaycana qarşı məkrli planları müzakirə mövzusudur. Xocalı hava limanından təxribatçı uşuşlar da narahatlıq doğurur. Belə olan halda nə etməliyik?

- Çox təəssüf ki, Rusiya da buna maraqlı görsənmir. Rusiya münaqişənin davam etməsində maraqlıdır. O baxımdan da Rusiya Ermənistana heç bir formada təzyiq etmir. Yəni təzyiq etsəydi, çoxdan sülh sazişi imzalanardı. Ona görə də Rusiya ilə açıq danışmalıyıq. Azərbaycan bir az səbirli olmalıdır. Əgər Rusiya Azərbaycanın təkliflərinə razılıq verməsə, sülhməramlıların müddəti başa çatandan sonra - Rusiyaya burada özünü beynəlxalq aləmə haqlı təqdim etmək üçün hansısa bəhanə verməmək üçün - ən geci 2025-ci ildə Azərbaycan kənara boylanmadan, heç kimlə məsləhətləşmədən güc tətbiq etməlidir, digər əraziləri üzərində öz suverenliyini bərpa etməlidir. Əslində biz bununla, yəni Qarabağda suverenliyimizi bərpa etməklə Ermənistan liderlərinin də sülh sazişi imzalamasını asanlaşdıracağıq.

Bəlkə də bu dəqiqə Paşinyanın da könlündən keçir ki, Azərbaycan girsin o ərazilərə, suverenliyini bərpa eləsin, sonra mən sülh sazişini imzalayım. Yenə də deyirəm, indiki halda Ermənistanda heç bir lider sülh sazişini imzalamayacaq. Çünki imzalasa, ermənilər onu xəyanətdə ittiham edəcəklər, Qarabağı Azərbaycana “bağışlamış” siyasətçi kimi lənətlənəcəklər. Ona görə də Paşinyan tarixdə bu adla qalmaq istəmir. Ancaq o da istəyir ki, Azərbaycan Qarabağda öz suverenliyini bərpa eləsin və bununla regiona sülh gəlsin.

- Azərbaycan Laçın yolunda nəzarəti tam bərpa etsə də, hava yolu faktiki olaraq Rusiyanın nəzarətindədir. Rusiya hərbçilərinin Xocalı aeroportundan uçuşları intensivləşdirməsi ilə bağlı məsələlər necə tənzimlənməlidir?

- Bir daha söyləyirəm, faktiki olaraq keçmiş Dağlıq Qarabağa hazırda Rusiya nəzarət edir. Azərbaycan da çalışır ki, böyük qonşusu olan bu ölkə ilə münasibətləri gərginləşdirməsin. Biz istəyirik ki, bu məsələdə Rusiyanın xoş niyyəti olsun və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etsin. Təəssüf ki, Rusiya hələlik bunda maraqlı görünmür. Onlar bu cür əsaslandırırlar ki, Xocalı aeroportu vasitəsilə ərazidəki sülhməramlılara ərzaq, digər tələbat malları daşıyırlar. Mən belə hesab edirəm ki, 2025-ci ilədək Azərbaycan bu danışıqları davam etdirməlidir və təmkin nümayiş etdirməlidir.

Həm də biz bölgədə baş verən proseslərin nəticələrini gözləməliyik. Sabah bölgədə elə proseslər baş verə bilər ki, heç 2025-ci ili gözləməyə də ehtiyac qalmaz. Ona görə Azərbaycan Ermənistana təzyiqləri artırmalıdır. Amma bu təzyiqlər son dərəcə düşünülmüş və təmkinli olmalıdır. Hesab edirəm ki, İlham Əliyev nə etdiyini bilir və biz bu şansı qaçırmayacağıq. Azərbaycan Qarabağ üzərində öz dövlət suverenliyini, inşallah, bərpa edəcək.

- Bəs təminat varmı ki, Rusiya 2020-ci ilin noyabrında olduğu kimi, bir helikopterini qaldırıb təxribat törətməyəcək, daha 5 il bölgədə qalmaqdan ötrü Azərbaycana qarşı məkrli planı həyata keçirməyəcək?

- Rusiya çıxılmaz vəziyyətdə qalsa, bunu edə bilər. O vaxta baxmayın. 2020-ci ildə hələ Ukraynada savaş başlamamışdı, Rusiya onda çox güclü idi. İndi Rusiyanın hərbi potensialının 50 faizi Ukraynada məhv edilib. Həmçinin 2020-ci ildən sonra Şuşa Bəyannaməsi imzalanıb, Türkiyə ilə Azərbaycan daha da yaxınlaşıb, Azərbaycanın, Türkiyənin regionda və dünyada nüfuzu daha da artıb, Rusiyanın özünün Türkiyədən müəyyən mənada asılılığı var. Eyni zamanda Azərbaycan artıq özünü daha güclü, inamlı hiss edir. Ona görə də düşünmürəm ki, Rusiya o cür təxribatlara gedə bilər.

Əlbəttə, Azərbaycan tərəfindən hansısa addımlar atılarsa, o halda öz imicini qoruyub-saxlamaq üçün Rusiyanın reaksiya vermək ehtimalı var. Amma öz tərəfindən bu təxribatlar ehtimalı çox azdır. Odur ki, Rusiya sülhməramlılarının orada olduğu dönəmdə elə davranmalıyıq ki, Rusiya dövləti məcburiyyət qarşısında qalıb Azərbaycanla hərbi konfliktə girməsin. Ona görə də 2025-ci ili gözləməliyik. Yenə deyirəm, regionda elə geosiyasi dəyişikliklər baş verə bilər ki, Azərbaycan 2025-ci ili gözləməz. Bəlkə elə ruslar öz qoşunlarını götürüb gedəcəklər, biz sakitcə məsələləri həll edəcəyik. Amma birmənalı şəkildə erməni silahlı birləşmələrinə təzyiqlər davam etməlidir. Erməni separatçılarının istənilən artıq hərəkətinə, məsələn, silahlı hərbçilərin yerdəyişmə cəhdlərinə qarşı dərhal zərbələr endirilməlidir. 2025-ci ilədək onların canını almalıyıq. 2025-ci ildə bir tərs şapalaq vurmaqla məsələni yekunlaşdırmalıyıq, həmin müddətədək onların hərbi bazalarını dağıtmalıyıq, hərbi potensialını tam tükətməliyik. Ermənistanın Qarabağdakı 15-16 minlik ordusunun canını almalıyıq, yavaş-yavaş sıradan çıxartmalıyıq, tam demoralizasiya etməliyik. Onların döyüş ruhunu sındırmışıq, amma tamam sındırmalıyıq ki, 2025-də bu məsələyə çox asan şəkildə nöqtə qoya bilək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru