DİA.AZ: - "Mənimlə eyni taborda xidmət edən Daşqın Abdullayev 31 il əziyyətdən sonra veteran vəsiqəsini ala bildi. Təbrik edirəm". DİA.AZ bildirir ki, bu barədə tanınmış hərbi ekspert Ədalət Verdiyev açıqlamasında bildirib.
"Əgər bu vəsiqə məhkəmə olmadan verilə bilirdisə, o zaman döyüşçünü bu qədər süründürmək nəyə lazım idi?" deyə haqlı sual edən Verdiyev daha sonra əlavə olaraq çağırışda da bulunub:
"Əslində bu ləngitmə fakt bir neçə cavabdeh məmurun cəzalandırılması üçün yetərli faktdır.
İndi həmin məmurlar Daşqının bu illər ərzində almadığı veteran təqaüdünü ödəsələr, başqalarına da bu dərs ola bilər".