Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının (VİP) sabiq sədri Əli Əliyev barəsində daha əvvəl çıxarılmış hökmdən kassasiya şikayəti verib.
DİA.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəməyə daxil olub və hakim Vidadi Cəfərovun icraatına verilib
Məhkəmənin ilkin hazırlıq iclası iyulun 13-nə təyin edilib.
Qeyd: Fəaliyyətini dayandırmış VİP-in sabiq sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.
Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
Ötən il noyabrın 22-də Sabunçu Rayon Məhkəməsində Əli Əliyevi Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən zərər vermə) maddəsi ilə təqsirli bilinərək 3 il 5 ay müddətinə azadlıqan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Sonradan hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyuşovun iddiası ilə Əli Əliyevin cəzası 1 ilədək artırılıb. Ötən ilin avqustda ona qarşı dördüncü cinayət işi açılıb.
Prezident İlham Əliyev bu il mayın 8-də imzaladığı Sərəncama əsasən, Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev əfv olunub.