“Ədliyyə Nazirliyinin üzvlərə zəng etməsi təzyiqdir” - REAKSİYALAR
Tarix: 15-07-2023, 07:53 | Çap et
Bir həftədən çoxdur ki, Ədliyyə Nazirliyindən özünü təqdim etməyən əməkdaş müxalif partiya üzvləri ilə əlaqə saylayıb onlara siyasi mənsubiyyəti ilə bağlı suallar verir.
Bu hadisə artıq sosial şəbəkələrdə lətifə mövzusuna çevrilsə də, hüquqi-siyasi izaha da ehtiyacı var. Çünki telefon zəngləri müxalif partiyaların üzvlərinə olduğundan suallar doğurur.
Bəs Ədliyyə Nazirliyinin zəngiylə partiya üzvünü müəyyən etmək doğrudurmu?
Məsələn, vətəndaş hansısa partiyanın üzv olub, amma olmadığını deyə bilər. Nəhayət, aparılan yoxlamalarda ayrı-seçkilik varmı, yəni hakim və ona yaxın partiyalara da zənglər edilirmi?
“Üzvlərə təftişçi kimi bir-bir zəng etmək geridə qalmış bir şeydir”
Seçkilər və ictimai idarəetmə üzrə ekspert Anar Məmmədli Ədliyyə Nazirliyinin apardığı reyestr yoxlamasını 2022-ci ilin sonunda qəbul edilən qanundan sonra başladığını deyir:
“Əslində, bu yoxlama prosesi qanunun tətbiqində problemlərin olduğunu göstərir, yəni qanunun işləməsi ilə bağlı prosedur çatışmazlığı var”.
Anar Məmmədlinin sözlərinə görə, bir sıra ölkələrdə partiyalar özləri reyestr məlumatlarını hazırlayıb müvafiq quruma təqdim edirlər:
“Azərbaycanda problem ondadır ki, vahid reyestr forması yaradılmadığından partiyalar məlumatlarını ora yerləşdirə bilmir. Əgər belə bir forma hazır olsaydı, müvafiq qurum yoxlama aparardı. Şəxslərin adlarının səhv olması isə nazirliyin yox, vətəndaşın özünün məsuliyyətindən asılıdır. Vətəndaş görəndə ki adı başqa partiyanın siyahısındadır, özü müraciət edib düzəliş tələb etməlidir. Türkiyədə hər bir şəxs öz kimliyi ilə həmin siyahıda adının olub-olmadığını yoxlaya bilir. Azərbaycanda da bunu yaratmaq lazımdır, yoxsa üzvlərə təftişçi kimi bir-bir zəng etmək geridə qalmış bir şeydir”.
“Ədliyyə Nazirliyi zəng edir, sual yaranır, zənglər qeydə alınırmı, suallar doğru qoyulurmu, nəhayət, toplanan məlumatlar yoxlandıqdan sonra saxlanılırmı? Yəni şübhəli məqamlar az deyil. Çünki Azərbaycanda bir qayda olaraq müxalifət-iqtidar, ya da hökumətə yaxın partiyalarla bağlı ayrı-seçkilik var. Biz haradan bilək ki, müxalif partiya üzvlərinə zəng edəndə məlumatları olduğu kimi saxlayırlar, yaxud onlara hədə-qorxu gəlinmir? Ona görə vahid reyestr sistemi yaradılaydı və partiyalar özləri məlumatları ora daxil edərdi. Azərbaycanda belə bir sistem olmadığı üçün mövcud problemlər üzə çıxır”, – deyə ekspert qeyd edib.
Anar Məmmədli hesab edir ki, partiya üzvləri yoxlama prosesində qarşılaşdıqları hər hansı problemi ictimailəşdirsələr, yaxşı olar:
“Məndə hələ bu barədə məlumat yoxdur, hələ müxalifətçilər onlara zəng olunduğunu deyirlər“.
Onun qənaətincə, qanunun təsdiqindən sonra partiyaların özlərini buraxması və ardınca belə yoxlama prosesinin başlaması hakimiyyətin onların sayının süni şəkildə azaltmağa meylli olduğunu göstərir:
“Demokratik ölkələrdə partiyaların özlərini buraxması seçkilərdən sonra baş verir, məğlub olurlarsa, siyasi səhnədən çəkinirlər. Azərbaycanda isə demokratik seçki keçirilmir, siyasi mühit boğucudur, belə vəziyyətdə hakimiyyət süni yola əl atır. Görünür, hakimiyyət 10-15 partiyanın qalmasında maraqlıdır. Bu niyyətin hansı məqsədlərə xidmət etdiyini deməkdə çətinlik çəkirəm. Güman ki, gələcəkdə partiyalara maliyyə dəstəyini azaltmaq, yaxud xırda partiyaları hakim partiyanın ətrafına yığmaq istəyirlər. Bütün hallarda proses partiyaların süni şəkildə azalmasını ehtiva edir”.
“Qanunvericilikdə belə bir tələb yoxdur”
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı yoxlama prosesinin yeni qanunda 6 aylıq müddətlə əlaqəndirərək deyib ki, artıq həmin zaman bitdiyindən partiyalar siyahılarınl təqdim ediblər:
“Ona görə Ədliyyə Nazirliyindən üzvlərə zəng edib guya dəqiqləşdirmələr aparırlar. Halbuki qanunvericilikdə belə bir tələb yoxdur. Sadəcə, nazirlik üzvlərin olub-olmadığının doğruluğunu yoxlamaq üçün etdiklərini bildirəcək. Necə ki seçki siyahılarında da həmin mənzərəylə qarşılaşırıq”.
Bəşir Süleymanlı aparılan yoxlamanın legitim əsaslara söykənmədiyi qənaətindədir:
“Tutalım, kimsə 500 nəfərə pul verər ki, zəng gəlsə, filan partiyanın adını çək. Kim bunu müəyyən edəcək? Belə olduğu təqdirdə, yoxlama prosesi legitim deyil. Bəlkə, inkişaf etmiş ölkələrdə normal sayılan prosedur hesab etmək olar. Amma Azərbaycan kimi siyasi basqıların olduğu cəmiyyətdə belə yoxlama narahatlıq yaradacaq”.
Bəşir Slüymanlı ümumilikdə, qanunvercilikdə ciddi məhdudiyyətlərin olduğunu bildirib: “Məsələn, birləşmə azadlığı məhdudlaşdırılıb”.
Siyasi partiyaların isə məsələyə münasibəti fərqlidir.
Asim Mollazadə cavab gözləyir…
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Meydan TV-yə Ədliyyə Nazirliyinin yoxlama prosesini normal sayır:
“Bacaran partiyalar siyahılarını nazirliyə təqdim edəcək və heç bir problem də yaşamayacaqlar. Bizim partiya artıq sənədləri Ədliyyə Nazirliyinə verib, cavab gözləyirik”.
Pənah Hüseyn təzyiq sayır…
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Ədliyyə Nazirliyinin müxalif partiyaların üzvlərinə zəngi birbaşa təzyiq sayıb:
“Ümumiyyətlə, telefonla vətəndaşlara zəng edib onun siyasi mənsubiyyəti ilə maraqlanmaq təzyiqdir”.
“Hakimiyyət nə vaxt normal iş görüb ki…”
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı mövcud vəziyyətin Azərbaycan reallığından doğduğunu düşünür:
“Hakimiyyət nə vaxt normal iş görüb ki, biz də müsbət qiymətləndirək. Azərbaycanda qanunlar tapdanır, hamıda bunu görür. Ölkə başçısı qadının gözünə qaz vuran polisi müdafiə edirsə, heç nəyə təəccüblənmirəm”.
Natiq Cəfərli: “İndiki yanaşma sovet sisteminin qalığıdır”
Real Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qanun qəbul edilərkən ciddi prosedur və hüquqi kazuslarının yaranacağını bildirdiklərini xatırladıb:
“Çünki partiya üzvünə zəngin heç bir hüquqi əsası yoxdur. Birincisi, vətəndaş haradan bilsin ki, zəng edən Ədliyyə Nazirliyinin rəsmisidir? İkincisi, zəng alan bir vətəndaş sualı eşidərkən özünü itirib və “yox” cavabı verib. Sonra düşünüb ki, cavabı necə düzəldəcək?! Lap yox deyib, axı həmin şəxsin partiyada ərizələri var və bu, üstün hüquqi akta malikdir”.
“Vətəndaşın partiya üzvü olub-olmaması onunla partiya arasındakı məsələdir. Bunu dövlət orqanları tərəfindən yoxlanılmaısna nə ehtiyac var? Ən yaxşı yol, qeydiyyatın seçkiyə bağlanmasıdır. Seçkidə müəyyən faiz toplayan partiyalar avtomatik qeydiyyatdan keçməlidirlər. İndiki yanaşma sovet sisteminin qalığıdır. Ona görə Milli Məclisdə Real Partiyasının təmsilçisi Erkin Qədirli qanunun əleyhinə səs verdi. Həmçinin Venessiya Komissiyasının rəyində 15 bəndlik iradlarımızı əksini tapdı. Nəhayət, qanunun işləmə prosedurları hüquq məntiqinə ziddir”, – deyə Cəfərli fikrini tamamlayıb.
Deputat: “Bəs Ədliyyə Nazirliyi hansı şəkildə yoxlasın?”
Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, Ədliyyə Nazirliyini qınamağın tərəfdarı deyil.
Bu barədə “pravda.az”a danışan Kərimlinin sözlərinə görə, nazirlik yoxlamalıdır ki, partiyalara üzv olanlar həqiqi üzvlərdir, ya yox:
“Buna görə siyasi partiyaların hamısına eyni cür yanaşılır. Məndə olan məlumatlara əsasən, bütün partiyaların üzvlərinə soğru şəklində müraciətlər edirlər, yoxlayırlar. Ədliyyə Nazirliyinin əlində başqa imkan yoxdur, bəs hansı şəkildə yoxlasın?”.
Deputat bildirib ki, Ədliyyə Nazirliyinə təqdim olunan sənədlərdə partiya üzvlərinin əlaqə telefonlarının qeyd edilməsi birbaşa qanunda göstərilib:
“Bir nəfər bir neçə partiyanın üzvü də ola, yaxud adı özündən xəbərsiz hansısa partiyanın siyahısına daxil edilə bilər. Belə hallar olur. Buna görə də Ədliyyə Nazirliyi tərəfindən aparılan yoxlama prosesləri normal hesab olunmalıdır. Mən başqa üsul bilmirəm, daha hansı yolla yoxlaya bilərlər? Üzvlük fərdi xarakter daşıyır, buna görə də fərdin özündən soruşmalıdırlar, hansısa dövlət orqanından yox. 1998-ci ildə Vəhdət Partiyası qeydiyyata alınanda da bizdə yerlərdə ciddi yoxlamalar aparıldı. Üzvləri sorğuladılar. Bunu tam real hesab edirəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|