"Bəlkə kimsə ərizə dolduranda hərf səhvi edib" - ETİRAZ
Tarix: 18-07-2023, 16:18 | Çap et
“Ədliyyə Nazirliyinin partiya üzvlərinin zənglə dəqiqləşdirməsi məntiqsiz və hüquqsuzdur”. DİA.AZ xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Nazirlik bu məsələ ilə bağlı adi sullara belə cavab verə bilməz: “1) Konstitusiyaya görə hər bir şəxs partiya üzvü ola bilər, amma elə bir qanun yoxdur ki, hamının telefonu olmasını məcburi etsin – bəlkə kimsə telefon işlətmir, nazirliyin “məntiqinə” görə həmin şəxs partiya üzvü ola bilməz. Bu birbaşa hüquq pozuntusudur; 2) İstənilən şəxs hardan bilsin ki, zəng edən Ədliyyə Nazirliyindəndir, nədən zəng edənə doğru cavab verməlidir ki?! Bəlkə telefonla ondan başqaları şəxsi məlumatlar almaq istəyir; 3) Təqdim etdiyimiz say qədər bizdə imza və ərizələr var, yaxşı, indi nə önəmlidir, şəxsin imzası, ərizəsi, ya nazirliyin geyri-legitim zəngi; 4) 2500-ə yaxın şəxsin məlumatlarının bazada tapılmadığını deyiblər, yaxşı, bunlar kimlərdir, nədir uyğunsuzluq?! Bəlkə kimsə ərizə dolduranda hərf səhvi edib, bu onun siyasi partiyaya üzv olmasını niyə əngəlləməlidir ki?! 5) Onlarla, bir daha deyirəm, onlarla üzvlərimiz var ki, onlara heç bir zəng olmayıb, hətta REAL Gənclər Birliyinin idarə heyətinin üzvünə belə zəng olunmayıb – yaxşı, Nazirlik zəng etmədiklərini hansı kateqoriyaya aid edib?! İlqar Məmmədova, Erkin Qədirliyə də zəng olmayıb, onları, görəsən, nazirlik üzv sayıb, ya yox?! Əgər üzvlük üçün əsas kriteriyanı nazirlik, zəng etməyi sayırsa, o zaman sədr və parlament təmsilçimiz də üzv kimi o siyahıya düşməyib; 6) Nazirlik deyir ki, 986 nəfər onlara zəng edərkən üzv olmadığını deyib - şəxsən mənə bir neçə nəfər yazıb, zəng edib deyib ki, zəng gələndə fikir verməyiblər, təlaşa düşüblər, "yox" deyiblər, amma sonra fikirləşiblər ki, səhv ediblər - yaxşı, onlar öz səhvini necə düzəldə bilərlər, bunun mexanizmi yoxdur”. N. Cəfərli bildirib ki, REAL Partiyası 6 ay intensiv üzvlük kampaniyası aparıb və mövcud 5118 nəfərdən 16-sı bu müddət ərzində dünyasını dəyişmiş ola bilər. “Qanunu tez və “çiy” qəbul edəndə, ictimai müzakirələrdə səslənən fikirlərə önəm verməyəndə belə olur, qəbul etdikləri qanun hüquqi boşluqlarla, məntiqsizliklərlə doludur. İstənilən yerli məhkəmə işə hüquqi çərçivədə baxsa, bu qanunun boşluqlarını görəcək, onlar etməsə, Avropa İnsan Hüquqları Məhkəməsi bu qanuna görə hüquqları məhdudlaşdırılan istənilən partiyanın iddiasını təmin edəcək və hökuməti qeydiyyat məsələsini həll etməyə, hətta təşkilata kompensasiya ödəməyə belə məcbur edəcək”. Qeyd edək ki, ötən gün – iyulun 17-də Partiyanın sədri İlqar Məmmədov məlumat yayaraq, təqdim olunan 5118 nəfərdən cəmi 463-ün Nazirlik tərəfindən üzv kimi nəzərə alındığını bildirmişdi. “Ədliyyə Nazirliyindən REAL partiyası olaraq rəsmi cavab aldıq. Deyir, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmadı (yəqin hərf səhvi kimi səbəblərə görə). Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” oldu”. İ. Məmmədov bildirib ki, növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya eyni sayda yeni üzv toplamalı, ya da partiyanı buraxmalıdırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|