Pənah Hüseyni deyir ki, yeni qanunla işləməyə məcburuq... - dəyişdirilənə qədər...
Tarix: 20-07-2023, 10:29 | Çap et
Yeni “Siyasi partiyalar haqqında” Qanun qüvvəyə mindikdən sonra siyasi arenada ələnmə prosesi gedir. Yeni qanuna əsasən partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bununla əlaqədar nazirlik tərəfindən normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılması istiqamətində və digər aidiyyəti tədbirlər həyata keçirilib.
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, qanun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib. Digər 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.
Nazirlik tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunub.
Bununla bağlı partiyalara müvafiq məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər davam etdirilir və partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi məqsədilə onlarla görüşlərin keçirilməsinə hazır olduğu bildirilir.
Nəzərə çatdıraq ki, hazırda nazirliyə təqdim edilmiş siyahılardakı üzvlərin həqiqiliyi yoxlanılır. Bəzi təşkilatların təqdim etdikləri siyahının reallığı əks etdirmədiyi də üzə çıxıb.
Onlara yenidən üzvlərini təqdim etmək üçün möhlət verilirmi? Bu prosesin sonunda qeydiyyat üçün müraciət etmiş 27 partiyadan neçəsinin qeydiyyata alınması ehtimalı var? Hansı partiyalar özlərinə əmindir? Gedişat siyasi arenaya nə vəd edir?
DİA.AZ-ın məlumaatına görə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, artıq 1 həftəyə yaxındır AXP üzvləri reyestrinin kütləvi yoxlanması kampaniyası barədə yerlərdən intensiv məlumatlar almağa başlayıblar: “Yeni qanunda siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün minimum üzv sayının beş minə qaldırılması və onların sərt reyestri normasının ölkədəki mövcud siyasi mühit və şərtlər daxilində sıxışdırma, təqib mexanizmi kimi istifadə olunacağı, haqsız siyasi rəqabət potensialı daşıması kimi dəyərləndirərək, çoxpartiyalılıq və siyasi plüralizmin inkişafına mənfi təsir göstərəcəyini qeyd edərək qarşı olduğumuzu dəfələrlə ifadə etmişik. Lakin bir halda ki, qanun artıq qüvvəyə minmişdir, dəyişdirilənə qədər həmin qanunla siyasi partiya fəaliyyəti göstərməyi qəbullanırıq demişik və odur ki, nə üçün təqdim etdiyimiz reyestr yoxlanır da demirik. Yeni qanunun özü və onun tətbiqi olaraq bu reyestr yoxlama kampaniyası təbii ki, özü - özlüyündə ən azı bir qrup adamlar tərəfindən təzyiq, hədə-qorxu kimi qavranılsa da hələ ki, yoxlanılanlara kobud təzyiq, qorxutma faktları barədə məlumatlar almamışıq. Anlaşılmaz və məqbul olmayan bu prosesə yerlərdə icra hakimiyyəti, xüsusən Yeni Azərbaycan Partiyası funksionerlərinin cəlb olunması, reyestrin qeyri-ədliyyə şəxslərində olması, yerlərdə "komissiyalar" yaradılması və göndərilməsi, bəzi zəng edənlərin qanunda nəzərdə tutulmayan informasiyaları istəməsi kimi hallardır. Prosesi diqqətdə saxlamaqda davam edirik".
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, hər bir partiya öz fəaliyyətini yeni qanuna uyğunlaşdırmalıdır. Yeni qanunda əsas maddələrdən biri də partiya üzvlərinin sayının 5 minə çatdırılması və həmin üzvlərin reyestrinin Ədliyyə Nazirliyinə təqdim olunmasını nəzərdə tutan maddədir: “AĞ Partiya bu qanun qəbul olunmamışdan öncə yeni üzvlərin qəbul olunması istiqamətində ən ciddi fəaliyyət göstərən partiyalardan biri idi. Yəni bu qanun qəbul olunmasaydı da biz yeni üzvlərin qəbuluna xüsusi diqqəti həmişə ayırmışıq. Çünki istənilən partiyanın çoxlu sayda üzvləri olmalıdır ki, həmin partiya güc sahibi olsun, seçkilərdə iştirak edib nəticə əldə eləyə bilsin, cəmiyyətdə təbliğat apara bilsin. "Siyasi Partiyalar haqqında" yeni qanun qəbul olunanda AĞ Partiyanın artıq 10 min üzvü var idi. Ona görə də qanunun qəbulundan sonra bizim xüsusi kampaniya başlatmağımıza ehtiyac da olmadı. Bir çox partiyalar uzun illər öncədən dövlət qeydiyyatına alınmışdılar və onların siyahılarında yenilənmələr oldu, yeni üzvləri cəlb etdilər. Bu da təbiidir. Biz 10 min 1 nəfər partiya üzvümüzün siyahısını təqdim etmişik. Bizə təqdim olunan anket məlumatlarını təqdim etmişik. Partiya qeydiyyatdan keçərsə, yeni qanuna görə, 6 aydan bir yeni reyestr təqdim etməliyik. Yeni qanuna görə, partiyaların təqdim etdiyi reyestr yoxlanıldıqdan sonra 4500 nəfərdən çox üzvü qalarsa, yenidən qeydiyyata alınır və partiya fəaliyyətini davam etdirir. 4500 nəfərdən az üzv qalarsa, 1 ay vaxt verilir ki, həmin partiya 1 ay ərzində reyestr məlumatlarını dəqiqləşdirib yenidən təqdim eləsin. Əgər ikinci dəfə də üzvlərin sayı 4500-dən az olarsa, Ədliyyə Nazirliyi Apelyasiya Məhkəməsinə partiyanın qeydiyyatının ləğv olunması ilə bağlı müraciət edir. Ehtimallarıma görə, AĞ Partiyanın belə bir problemi olmalı deyil. Çünki bizim siyahımız dəqiqdir.
Uzağı 1-2 faiz texniki xəta ola bilər, kiminsə adının hərfi düz yazılmaya, rəqəm düz yazılmaya bilər, yaxud da kimlərsə ona "siz müxalifət partiyasının üzvüsünüzmü" deyə zəng gələndə ehtiyatlanıb mənfi cavab verə bilər. Amma düşünmürəm ki, bizim təqdim etdiyimiz siyahı qeydiyyat üçün yetərli olmasın. Dünən mən REAL Partiyasının təqdim etdiyi siyahı ilə bağlı açıqlanan rəqəmlərə baxdım və bir az da heyrətləndim. Hesab edirəm ki, AĞ Partiyanın belə bir problemi olmayacaq. 27 partiyadan neçəsinin qeydiyyata alınıb-alınmayacağına gəlincə, dəqiq rəqəm söyləmək çətindir. Kimdən soruşsanız deyəcək ki, bizim yetərli sayda üzvümüz var və qeydiyyata alınmalıyıq. Zaman göstərəcək kimlərin qeydiyyata alındığını. Lakin bütün partiyaların reyestrdən keçəcəyini gözləmək sadəlövhlük olar. Köklü partiyalar, aktiv və üzvlərinin sayı yetərli olan partiyalar yəqin ki, qeydiyyatdan daha asan keçəcəklər".
Bu gedişatın siyasi arenaya nə vəd etməsinə gəlincə, T.Abbaslı qeyd etdi ki, partiyaların çoxluğu və ya azlığı çoxpartiyalı sistemin gələcəyinə dair nəsə deməyə əsas vermir: “Əsas məsələ partiyalara bu prosesdən sonra yaradılacaq şəraitdir, fəaliyyətləri üçün yaradılacaq imkanlar və imtiyazlardır. O zaman yeni sistemin siyasi arenaya necə təsir göstərdiyini biləcəyik”.
AMİP sədri Arzuxan Əlizadə isə qeyd etdi ki, siyasi partiyalar haqqında əvvəlki qanuna müvafiq olaraq min nəfər partiya üzvünün olması siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün yetərli hesab olunurdu. Yeni qanun qəbul olunub və yanvarın 11-də Prezident tərəfindən təsdiq olunub. 6 ay müddət verilmişdi ki, siyasi partiyalar yeni qanuna müvafiq olaraq ən azı beş min nəfər üzvünün siyahısını Ədliyyə Nazirliyinə təqdim etsinlər: “Bu müddət ərzində bir sıra partiyalar öz fəaliyyətini dayandırıb. Hazırda 27 partiyanın Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etdiyi məlumdur. Yoxlama prosesi gedir və məlumatlar var ki, bəzi partiyaların təqdim etdiyi siyahılarda uyğunsuzluqlar aşkarlanıb. Proses davam edir və qanunamüvafiq olaraq bu proses 1 ay müddətində yekunlaşmalıdır. Hansı partiyanın verdiyi siyahılarda dəqiq üzvlərinin sayı beş mindən az olacaqsa, təbii ki, qanunamüvafiq olaraq növbəti 1 ay müddətində siyahını yenidən dəqiqləşdirib təqdim etməlidirlər. Bu bir ayda siyahılarında dəqiqləşdirmə apara biləcəklərsə, qeydiyyata alınacaqlar. Bunu 27 partiyadan neçəsinin bacaracağını bu gün dəqiq söyləmək mümkün deyil. Görünən bundan ibarətdir ki, bəzi partiyaların yenidən qeydiyyata alınması ilə bağlı problem ola bilər. Hadisələri qabaqlamaq istəmirəm. Proses yekunlaşandan sonra dəqiq məlum olacaq ki, ölkədə neçə siyasi partiya dövlət qeydiyyatına alınıb. Yenidən qeydə alınmış partiyalar daha məsuliyyətlə siyasi proseslərə yanaşmaqla ölkənin siyasi gündəmində daha aktiv iştirak etməyə çalışacaqlar. Prosesin siyasi arenaya müsbət təsiri bu ola bilər”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, sənədlərini Ədliyyə Nazirliyinə təqdim edən 27 partiyadan biri onun sədrlik etdiyi partiyadır. Hazırda yoxlama gedir: “Bizim partiyanın üzvlərinə də dəqiqləşmə üçün zənglər gəlir, yoxlanılır. İndilikdə dəqiq bilmək olmaz neçə partiya bu yoxlamadan uğurla keçəcək və qeydə alınacaq. Prosesi izləyirik. Biz 7388 nəfər partiya üzvünün siyahısını vermişik. Verdiyimiz siyahıya da əminik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|