Nemət Pənahlı taleyi ilə barışıb: - "İmkanımız yoxdur..."
Tarix: 24-07-2023, 15:33 |
Çap et
Azərbaycan Milli Dövlətçilik Partiyası yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etməyib. DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında sözü gedən partiyanın sədri Nemət Pənahlı deyib.
Sədr bildirib ki, sənədləri Ədliyyə Nazirliyinə göndərmək üçün qurultay keçirilməlidir:
"Ona da bizim nə imkanımız, nə də həvəsimiz var. Nazirliyin bizi tanıyıb-tanımamasından asılı olaraq, biz fəaliyyətmizi davam etdiririk. Ləğv olunan partiyaların arasında bizim partiyanın adı yoxdur”.