Müsavat Qubad İbadoğlunun müdafiəsindən imtina edib? - İLGİNC
Tarix: 26-07-2023, 10:15 |
Çap et
Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun həbsi cəmiyyətdə böyük rezonansa səbəb olub.
Ölkənin əksər siyasi və ictimai qurumları, ayrı-ayrı ziyalılar İbadoğlunun həbsini pisləyib.
İbadoğluna azadlıq istəyən təşkilatlar arasında Müsavat Partiyasının olmaması diqqətə səbəb olub.
Qeyd edək ki, nə Müsavat başqanı Arif Hacılı, nə də onun müavinləri bu məsələyə münasibət bildirməyib.
DİA.AZ bildirir ki, Müsavat başqanının müavini Fərəc Kərimli Gununsesi.info-nun sorğusunu cavabsız qoyub.
Qeyd edək ki, Qubad İbadoğlu ADR Partiyasının rəhbəri olmazadan öncə Müsavatın Divan üzvü olub. Sonuncu qurultayda Arif Hacılınən əsas rəqibi olan İbadoğlu sonradan tərəfdarları ilə birlikdə partiyadan ayrılıb.