Azərbaycanda bəzi rəsmilər öz çıxışlarında quru sərhədlərin bağlı qalmasına haqq qazandırmaq üçün deyirdilər ki, bu hal daxili turizmin inkişafına təkan verir, turizm obyektlərinin inkişafına səbəb olur.
Rəqəmlər, rəsmilərdən fərqli olaraq yalan danışmır: 2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,6% səviyyəsində olub – sadə dildə desək, nömrələrin 83,4%-i boş qalıb. 2022-ci ilin eyni dövründə bu rəqəm 12,4% olub, yəni 2022-23-cü illərin ilk yarısında quru sərhədlər bağlı olsa da otellərdə yerlərin 85%-ə yaxını boş qalıb – bəs hanı sərhərlərin bağlı olmasının daxili turizmə müsbət təsiri?!
İndi bəziləri deyə bilər ki, rəsmi rəqəmlər reallığı əks etdirmir, yəqin rəsmiləşmiş nömrələrin sayı azdır, otellər vergidən yayınmaq üçün qonaqları qeydə almırlar – hə, o zaman da rəsmilərin, “ölkə iqtisadiyyatı “ağarır”, sənədləşmə, rəsmi fəaliyyət artır”, sözü yalan çıxır. Hər bir halda, rəsmilərin dediklərinin içi boşdur, quru sərhədlərin bağlı olması ölkənin turizm sektoruna çox böyük ziyan vurur...
Natiq Cəfərli
İqtisadçı ekspert - DİA.AZ