“AĞ Partiya olaraq dövlətimizin yanındayıq" - Tural Abbaslı
Tarix: 1-08-2023, 08:03 | Çap et
Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. 1955-ci il təvəllüdlü, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan erməni milliyyətindən olan digər şəxslərlə birgə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə Meşəli kəndinə silahlı basqın ediblər. Dəhşətli basqında 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 358 nəfər azərbaycanlı qanuni yaşadıqları yerlərdən didərgin salınıb. Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Xaçaturyan Vaqif Çerkezoviç Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Xaçaturyan Vaqif Çerkezoviç məhkəmə hökmü ilə təqsirli bilinəcəyi halda cəzaların qismən toplanması yolu ilə 20 il və ya ömürlük azadlıqdan məhrum ediləcək. V.Xaçaturyanın saxlanılması özlüyündə ədalətin illər sonra olsa da, qismən bərqərar olması üçün olduqca önəmli hadisədir. Erməni terrorçular unutmamalıdır ki, Azərbaycan 30 il əvvəlki cinayətlər barədə bütün məlumatları toplayıb və həmin məlumatlar Laçın sərhəd keçid məntəqəsində saxlanılır. Bu, bir daha onu göstərir ki, azərbaycanlılara qarşı cinayət törətmiş erməni terrorçuların hər biri məsuliyyətə cəlb olunacaq. Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılan Xaçaturyan Vaqif Çerkezoviç ailəsi ilə əlaqə saxlayıb. Təşkilatdan bildirilib ki, Xaçaturyana baş çəkilib və saxlanılan erməni həkim müayinəsindən keçib. Həmçinin ona ailəsi ilə də əlaqə saxlamaq imkanı verilib. Prezidentin köməkçisi Hikmət Hacıyev tviterdə yazıb ki, 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanmasına Ermənistanın rəsmi “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil: “O, insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb”. Ekspertlər də vurğulayıblar ki, ötən gün Laçın dövlət sərhədindən buraxılış məntəqəsində erməni cəlladı Vaqif Xaçaturyanın saxlanılması tam şəkildə beynəlxalq hüquq prinsiplərinə uyğundur. 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasında əsas məqsəd onun illər əvvəl beynəlxalq axtarışa verilməsidir. Cinayətkarın sağlamlığını dilə gətirib şou quranlara deyilməlidir ki, Xaçaturyana hər cür tibbi yardım göstərilir. O, qanunun tələblərinə uyğun olaraq mühakimə olunacaq. Digər mühüm məqam isə Xaçaturyanın vətəndaşlığı ilə bağlıdır. O, 1955-ci ildə Azərbaycan ərazisində doğulub və vətəndaşlıqdan da çıxarılmayıb. Ona görə də Xaçaturyanın Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə mühakimə olunması tam olaraq qanunidir. Xaçaturyanın məhz Laçın dəhlizində tutulmasını əldə silah edən erməni KİV-nin bəyanatları heç bir real siyasi və hüquqi sübutlara söykənmir. Laçın yolu humanitar və köməyə ehtiyacı olan şəxslər üçün daim açıqdır. DİA.AZ-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a açıqlamasında bildirib ki, erməni terrorçusunun Laçın postunu keçmək istərkən yaxalanması çox mühüm məsələdir. Partiya rəhbərinin sözlərinə görə, keçmişinə və gələcəyinə hörmət edən, güclü hüquqi dövlət qurmaq istiqamətində addımlar atan istənilən dövlət üçün bu cür cinayətkarların həbsi olduqca önəmli presedentdir:
"Azərbaycan xalqına, ümumən bəşəriyyətə, günahsız dinc insanlara, mülki şəxslərə qarşı dəhşətli cinayətlər törətmiş hər bir şəxs üçün Xaçaturyan hadisəsi dərs olmalıdır. Fərq etməz, cinayətlərin üstündən 15-20 il, yaxud 30 il keçsə belə soyqırım və qətliamlar törətmiş terrorçular qanun qarşısında cavab verməlidir. Azərbaycan qanunları əvvəl-axır Xaçaturyan kimilərini tapacaq və ən sərt şəkildə cəzalandıracaq. Hər kəs bilməlidir ki, Azərbaycan özünə qarşı edilmiş cinayətləri heç vaxt bağışlamır. Dünyanın hər yerində bənzər hadisələr var. Məsələn, İsrail İkinci Dünya müharibəsinin bitməsindən 40 il sonra belə yəhudi xalqına qarşı soyqırım həyata keçirmiş 80-90 yaşlı faşistləri taparaq məhkəmə önünə çıxarırdı. O baxımdan Ermənistan hökuməti başda olmaqla, hanısa Qərb təşkilatı, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi terrorçu Xaçaturyanın saxlanması ilə bağlı heç bir irad bildirə bilməz. Əksinə, Azərbaycan dövləti belə cinayətkarların qanunsuz daşınmasına vasitəçilik edən beynəlxalq təşkilatların, sülhməramlıların səlahiyyətini məhdudlaşdırmalıdır". T.Abbaslının qənaətincə, Xaçaturyanın BQXK-nin maşını ilə Ermənistana keçirilməsi cəhdi də sübut edir ki, beynəlxalq təşkilatlar öz mandatlarından sui-istifadə edərək terrorçuların daşınması ilə məşğul olurlar: "Mən ümumiyyətlə, BQXK-nin Xankəndidə fəaliyyətinin dayandırılmasının tərəfdarıyam. Çünki açıq-aşkar erməni mövqeyindən çıxış edirlər. İnsanlığa qarşı cinayətlər törətmiş şəxslərin gizlənməsində və qaçırılmasında birbaşa iştirak edirlər. Azərbaycan öz hüququndan sonadək istifadə etməlidir. Xaçaturyanlar bilməlidirlər ki, gec-tez Azərbaycan məhkəmələrində hesab verəcəklər. AĞ Partiya olaraq dövlətimizin yanındayıq".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|