“Maliyyə resursları olmadan QHT-lər bu əlaqələri, əməkdaşlığı qoruyub saxlaya bilmirlər” - Çingiz Qənizadə
Tarix: 3-08-2023, 08:39 | Çap et
Vaxtaşırı Azərbaycana qarşı Ermənistan, qərəzli beynəlxalq təşkilatlar, bəzi dövlətlər tərəfindən informativ planda təxribatlar törədilir, qarayaxma kampaniyası aparılır, böhtanlar atılır və s. Azərbaycan bölgədə gücləndikcə, söz sahibi olduqca, dünyada nüfuzu artdıqca bədxahların belə qaralama kampaniyalarını da artıracağı istisna deyil. Bəllidir ki, Azərbaycan artıq illərdir ki, müdafiə taktikasına deyil, hücum diplomatiyasına keçid alıb.
Bu kontekstdə görülən işlər, atılan addımlar təbii ki, uğurludur və alqışlanmalıdır. Eyni zamanda biz zəif nöqtələrimizi də bərkitməliyik.
Dünya miqyasında güclənməli olduğumuz, əlaqələrimizi artırmalı olduğumuz sahələrdən biri də vətəndaş cəmiyyəti institutları ilə bağlıdır. Etiraf etməliyik ki, dünyanın əksər ölkələrində QHT-lərlə əlaqələrimiz, əməkdaşlığımız zəifdir. Hansı ki, böhtan kampaniyalarına qarşı qalxanlardan biri də məhz dünya boyunca əməkdaşlığımız olan QHT-lər ola bilər. Yəni müxtəlif ölkələrin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, əlaqələr qurmalıyıq, Azərbaycana qarşı qərəzli kampaniyalar aparılanda onların xeyrimizə birgə bəyanatlar verməsinə nail olmalıyıq. Bununla kim, hansı qurumlar məşğul olmalıdır? Azərbaycan QHT-lərimi, səfirliklərmi?
DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanın güclənmiş mövqeyi xüsusilə İkinci Qarabağ savaşındakı dövrlərdə artan xətlə inkişaf etməkdədir: “Söhbət bizim xarici diplomatiyamızdan və beynəlxalq səviyyədə informasiya blokadasını yarmaqla informasiya üstünlükləri əldə etməyimizdən gedir. Artıq dünya mətbuatına təsir etmək imkanımız və Azərbaycanın haqq səsini mətbuatda işıqlandırmaq imkanlarımız mövcuddur, artan xətlə inkişaf edir. Təbii ki, bu, dövlətin siyasi kursudur. Amma həqiqətən də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə beynəlxalq qeyri-hökumət təşkilatlarının əlaqələrində zəiflik hiss olunur. Əməkdaşlıq olduqca zəifdir. Ayrı-ayrı təşkilatlar var, müəyyən təşkilatlar vasitəsilə münasibəti və ünsiyyəti qoruyub saxlayırlar. Lazım olanda sənədləşmə və məktublaşma prosesini həyata keçirirlər. Düzdür, hansısa ciddi məsələ olanda QHT-lər yığışaraq dünyanın aparıcı təşkilatlarına, BMT başda olmaqla Avropa Şurası, Avropa İttifaqı, ya beynəlxalq hüquq təşkilatlarına məktublar göndərirlər. Amma bundan başqa şəxsi əlaqələr daimi olmalıdır və hər bir QHT xaricdə özünə müəyyən dost QHT-ləri əldə saxlamalıdır. Onlarla daima əlaqədə olmalıdırlar ki, lazım gələndə Azərbaycanın haqq səsini onların vasitəsilə öz dövlətlərinə və ictimaiyyətinə çatdırsınlar. Burada problemi mən QHT-lərdə yox, QHT-lərin xariclə əlaqə qurmasında kifayət qədər dəstəyin olmamasında görürəm və belə hesab edirəm ki, dövlətin siyasi kursunu həyata keçirən QHT-lərə müəyyən üstünlüklər verilməlidir. Onlara şərait yaradılmalıdır, dəstək verilməlidir. Dövlət dəstəyi həyata keçirməklə QHT-lərə bir təkan verməlidir. Müəyyən maliyyə resursları olmadan və müəyyən dəstəklər olmadan QHT-lər öz şəxsi hesablarına bu əlaqələri qoruyub saxlaya bilmirlər. Ona görə də zəif nöqtələri axtaraq dedikdə mən hesab edirəm ki, QHT-lərin inkişafına onsuz da hər il dövlətdən 5 milyondan artıq vəsait ayrılır. Xaricdə siyasətin həyata keçirilməsi üçün büdcədən əlavə vəsait ayrılmalıdır. Hansı QHT-lər xaricdə özlərini tanıdıblar, özlərinə əlaqələr qurublar, o əlaqələrin daha da inkişaf etməsi üçün onlara layihələr şəklində vəsaitlər ayrılsın ki, onlar məhz layihələrini bu istiqamətə yönəltsinlər”.
DİA.AZ bildirir ki, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. “İşimin böyük hissəsi beynəlxalq təşkilatlarda əlaqə qurmaq, onlarla birgə çalışmaq olub. Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərində, eyni zamanda xarici nümayəndəliyinin bir neçəsində ekspert qismində fəaliyyət göstərmişəm. Beynəlxalq təşkilatlarla əməkdaşlıq edən, onların tədbirlərində iştirak edən və tərəfdaş olan insan kimi birmənalı olaraq deyirəm ki, istənilən halda Azərbaycana qarşı qərəzli münasibət var”, deyən G.Səfərova əlavə edib ki, strategiyalarını müəyyənləşdirəndə bu qərəzli münasibəti, bu riskləri nəzərə alaraq müəyyənləşdirirlər: “Hazırda Azərbaycanın apardığı diplomatik gedişlər onu göstərir ki, beynəlxalq təşkilatlar fərqinə vardılar və bir daha əmin oldular ki, Azərbaycan beynəlxalq hüquq normalarının və qəbul edilmiş heç bir konvensiyanın şərtlərini pozmur. Nə BMT-nin, nə Avropa Şurasının, nə digər qoşulduğu beynəlxalq təşkilatların qaydalarına, nə etik kodeksiniə, nə də beynəlxalq hüquq normalarına zidd olan addım atmır. Ümumiyyətlə, xarici siyasətdə yalnız Azərbaycana qarşı deyil, istənilən müstəvidə, istənilən dövlətlərarası münasibətdə beynəlxalq hüquq normalarının dediyi tələblərə uyğun olaraq mövqeyini bildirir. Konkret olaraq düşünürəm ki, biz QHT-lər beynəlxalq əməkdaşlıq sferasında daha çox aktiv olmalıyıq və xaricdəki fəaliyyətimizi koordinasiyalı təşkil etməyi bacarmalıyıq. Burada konkret olaraq bir qurumun üzərinə öhdəlik atmaq olmaz. Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərir və orada Müşahidə Şurasının üzvü olduğum üçün demirəm, beynəlxalq təşkilatlarda təcrübəsi olan biri kimi deyirəm ki, həqiqətən bu sahədə həm Agentliyin, həm də siyasi rəhbərliyin açıq-aydın mövqeyi var. Bu bir daha göstərir ki, beynəlxalq əlaqələr genişlənməlidir, fəaliyyətimiz intensivləşməlidir. Reaktiv və situativ deyil, preventiv məsələləri qaldırmalıyıq. Burada diaspora fəaliyyəti də QHT-lərə dəstək olmalıdır. Səfirliklər, xarici nümayəndəliklər bu fəaliyyətlərdə dəstək olmalıdır, son zamanlar bu istiqamətdə səfirliklərin fəallaşmasını görürük”.
QHT təmsilçisi bir təklif də irəli sürüb: “Xaricdə Azərbaycanın dəstəyilə bir neçə QHT yaradılmalıdır. Bir məsələ də var ki, Ermənistan haqsız olduğunu anlayır, bunu dünya da anlayır. Son zaman gedişata baxıram, əlbəttə bu mənim fikrim deyil. Hətta beynəlxalq ekspertlərlə baxanda Azərbaycanın siyasi zərgərliklə apardığı siyasət öz effektini verir. Dünya açıq-aydın şəkildə görür ki, Ermənistanın mövqeyi nədən ibarətdir. Misal üçün, konkret humanitar yardıma gəlsək, insanlıq əleyhinə cinayət işlədənlər rahat şəkildə torpaqlarımızda yaşayırlarsa, Azərbaycan qanunundan kənara çıxmayaraq tədbirlər görürsə, bu, Azərbaycanın apardığı siyasətin göstəricisidir. Beynəlxalq sferada QHT-lərin fəaliyyətinin artırılmasını gələcək illərdə görəcəyik. Hazırda prioritet istiqamətlərdən biri budur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|