Asim Mollzadə nazirliyə yenidən müraciət edəcək - AÇIQLAMA
Tarix: 9-08-2023, 16:44 |
Çap et
Ədliyyə Nazirliyi Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) da reyestrlə bağlı müraciətini geri qaytarıb.
DİA.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri, deputat Asim Mollazadə məlumat verib.
Deputat nazirliyə təqdim olunan siyahıda müəyyən problemlərin olduğunu vurğulayıb:
"Ad, soyad, telefon nömrələridə üst-üstə düşməyən hallar var. Hazırda texniki problemlərin aradan qaldırılması üzərində işlər aparılır”.
Asim Mollazadə əlavə olaraq bildirib ki, proses yekunlaşandan sonra təkrar reyestrə müraciət olunacaq.