Haylara hüquqi, siyasi basqı edilməlidir - ÇAĞIRIŞ
Tarix: 28-08-2023, 10:21 | Çap et
Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim Qafar Çaxmaqlı ilə hafta.az üçün söhbətimizdə Qərbi Azərbaycandan didərgin olan soydaşlarımızın gələcəkdə öz doğma dədə-baba yurdlarına qayıdışı problemindən, qardaş Türkiyədəki tarixçi, ermənişünas və digər mütəxəssislərin bu problemə yanaşmasından, hayların etnopsixoloji xarakterinin son iki əsrdə Azərbaycanda, xüsusən Qarabağda törətdikləri faciələrdəki rolundan, hazırda və bundan sonra baş verəcək olay və proseslərə təsirindən və s. bəhs etdik. DİA.AZ həmin söhbəti təqdim edir:
- Son illər ölkə rəhbərliyi səviyyəsində Qərbi Azərbaycandan didərgin olan soydaşlarımızın hüquqlarının bərpasından, yəni onların öz doğma dədə-baba yurdlarına qayıdışından çox bəhs edilir. Sizcə, soydaşlarımızın hazırda “Ermənistan” adlanan yurdlarına gələcək qayıdışı üçün doğrudan da real addımlar atılırmı?
- Hər hansı addımı atarkən biz millət olaraq tarixdən dərs çıxarmalıyıq. Tariximizə nəzər salmalı olsaq, görərik ki, baş verən tarixi gedişatların çoxuna bir xalq kimi hazır olmamışıq və təəssüf ki, bu bəzən millətimizin gələcək taleyində acı izlər buraxıb, bəzi hallarda isə bizi ümidsizliyə düçar edib. Azərbaycanlılar öz tarixi vətənlərində - Qərbi Azərbaycanda təqiblərə məruz qalarkən, onlar bu torpaqlardan sıxışdırılıb çıxarılarkən düşmənlərimizin planlarından vaxtında xəbərimiz olmayıb və önləyici tədbirlər görmək imkanından mərhum olmuşuq. Bizim dədə-baba torpaqlarımıza ermənilər köçürülərkən də, burada bir erməni dövləti qurmaq planları həyata keçirilərkən də önləyici tədbir və planlara malik olmamışıq. Siyasi, tarixi və demoqrafik proseslərə vaxtında hazırlaşmamaşıq. 1918-ci ildə artıq qurulmuş olan Ermənistan dövlətinin əsas əhalisi statusuna malik olmaq üçün imkanlar olsa da, yenə hazırlıq səviyyəsinin aşağılığından bu dövlətdə əsas etnik ünsürə çevrilə bilməmişik. Bunları “erməni” dediyimiz həmin qrup yaxşı bilib və zaman içərisində bu zəifliyimizdən istifadə edib. Nəticədə Ermənistan SSR dövründə deportasiyalar, sürgünlər dövlət səviyyəsində həyata keçirilib və ölkənin əsas əhalisi, yəni Azərbaycan türkləri ölkədən çıxarılıb...
Bütün faciələrə, zülm və çətnliklərə rəğmən, Azərbaycanda hər zaman Qərbi Azərbaycandakı tərk edilmiş torpaqlara geridönüş ideyası olub və bu ideyanın daşıyıcıları öz vətənlərini nə vaxtsa işğaldan azad edəcəklərinə və buraya geri dönəcəklərinə inanıblar. İndi buna dövlət səviyyəsində, ölkə başçısının birbaşa təsiri ilə ilə əhəmiyyət verilməsi həmin ideyanın bir gün reallaşacağına işarədir.
Qərbi Azərbaycana dönüşlə bağlı hər hansı planı həyata keçirərkən öncə tarixdə baş verənləri, onların səbəblərini, deportasiya və sürgünlərin hüquqi tərəflərini təhlil etməliyik. Mənə elə gəlir ki, qayıdışın təmin edilməsinə mane olacaq əsas hüquqi aktlar - 1918-ci ildən başlayaraq verilən bütün qərarlar ləğv edilməlidir. Bunu isə qanunvericilik orqanı etməlidir. Məsələn, 23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-dən azərbaycanlıların Azərbaycana köçürülməsi ilə bağlı verdiyi qərar ləğv olunmasa, bizim Vətənə dönüşlə bağlı əl-qolumuz bağlı qalacaq. Ermənilərin üstünə həm hüquqi, həm də siyasi olaraq basqı ilə gedilməlidir. Bölgədə bizim demoqrafik üstünlüyümüz var və bu da önəmli faktordur. Hər şeyə rəğmən bu fikirdəyəm ki, ədalətsizcəsinə və heç bir əsas olmadan Qərbi Azərbaycan ərazilərində yaradılmış bu süni erməni dövləti ortadan qalxacaq və biz nə vaxtsa öz torpaqlarımızın sahibinə çevriləcəyik...
- Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı kimi çalışırsınız. Türkiyəli tarixçi, ermənişünas və digər mütəxəssislər necə yanaşırlar Qərbi Azərbaycana qayıdış məsələsinə?
– Türkiyədə də mövzu ilə bilavasitə tanış olan tarixçilər, araşdırmaçılar da bu ideyanın bir gün nəticə verəcəyinə inanırlar. Türkiyənin özündə bir milyondan çox Qərbi Azərbaycan əsilli insanlar yaşayır və qəlblərində Vətənlərini yaşadırlar. Qayıdış arzusu hər kəsin içində var...
- Sizcə, ictimai-siyasi, sosial baxımdan haylarla necə dil tapmaq lazımdır? 44 günlük savaşdan keçən son 3 ilə yaxın dövrdə həm Qarabağdakı, həm də Qərbi Azərbaycandakı haylarla doğru dil tapmaq üçün Azərbaycan dövləti olaraq atdığımız addımlar arasında yanlışı olan varmı?
– İndiyədək Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə bağlı Azərbaycanın atdığı addımlar beynəlxalq normalar çərçivəsində olub. Erməniləri Rusiya “sülhməramlı”larının kontrolu altında olan ərazilərdən kimsə qovub çıxarmaq istəmir. Sadəcə olaraq burada yaşayan ermənilərdən Azərbaycan qanunlarına tabe olmaq tələb olunur. Tabe olmayanlara da seçənək tanınır: onlar çıxıb gedə bilərlər. Bütün dünyada belədir. Hansısa etnik qrupa müəyyən haqlar vermək də həmin ölkənin haqqıdır. Bir qrup etnik erməniyə görə Azərbaycan öz dövlət quruluşunu dəyişdirə bilməz. Ermənilər ya Azərbaycana inteqrasiya etməli, ya da çıxıb getməlidirlər. Bu qədər sadə bir həqiqəti ermənilər çox yaxşı başa düşürlər, amma nəyəsə nail olmaq üçün diplomatik manipulyasiya edirlər. Lakin düşünürəm ki, bu durum belə davam edə bilməz...
- Qarabağdakı haylarla Ermənistandakı hayların etnopsixoloji xarakterində hansı fərqlər var?
- Ermənistan və Qarabağdakı ermənilərin arasında elə də ciddi fərq yoxdur. Həm Qarabağa, həm də İrəvan xanlığı ərazilərinə ermənilər XIX əsrin 30-cu illərindən başlayaraq köçürülüblər. Özü də bir ərazidən köçürülmədiklərindən aralarında ləhcə fərqi ola bilər, amma bunların hamısı haylardır və mən bu fikirdəyəm ki, etnik ermənilərlə hay toplumu arasında genetik fərqlər vardır. Qısa bir müsahibədə bunları açıb qoymaq çətin olardı. Erməni ermənidir və onun psixikasında, yaşam tərzində, ideoloji baxışlarında müəyyən fərqlər ortaya çıxa bilər, amma bəlli məsələlərdə biz bunları görmürük. Məsələn, türkə münasibət məsələsində harada yaşamasından asılı olmayaraq, erməninin bir prinsipi mövcuddur və onu dəyişdirmək çətin məsələdir...
- Bir aya yaxındır ki, Ermənistan-Azərbaycan sərhədindəki Qarabağdakı haylara “humanitar yardım” şousu düyününü yaradan əsasən erməni hiyləgərliyidir, yoxsa Rusiyanın, yaxud Qərbin bölgəni nəzarətə almaq üçün taktiki gedişləri?
- 44 günlük müharibədə hər cəhətdən məğlub olmuş erməni psixologiyasında yenilənmələr edilməsi əvəzinə, daha da aqressiv xarakter alması erməni düşüncə sisteminin mayasından qaynaqlanır. Azərbaycanı şərləmək, bağlı olmadığı problemlərin içərisinə daxil etmək və erməni ideolojisinin anti-bəşəri imkanlarından məqamı gələndə yararlanmaq xəstəliyi üzə çıxır. Həm regionda, Ermənistan-Azərbaycan sərhədində, Yuxarı Qarabağın haylar məskunlaşdırılmış hissəsində, həm də beynəlxalq meydanda edilən “şoular” erməni xarakterinin ifadəsidir, ona aldanmaq və ya hər hansı güzəştə getmək olmaz...
- Sizcə, həm Rusiya, həm də Qərb: Avropa, ABŞ məsələlərə müdaxilə etməkdən tamam kənara çəkilərsə və nəticədə Azərbaycan Ermənistan və Qarabağdakı haylarla təkbətək, übəüz qalarsa, yenədəmi indiki kimi revanşist, irqçi, separatçı, işğalçı xislətli çıxışlar edərlər? Yoxsa zəifliklərini dərk edib qınlarına çəkilər və Azərbaycanın bütün sülh, barışıq təklifləri ilə razılaşarlar?
– Mənə elə gəlir ki, nə Qərb, nə ABŞ, nə də Rusiya Cənubi Qafqazdakı maraqlarından vaz keçmək istəyəcək. Onların əlində hələ ki, erməni kimi bir alət var. Və ermənilər hələ çox oyunlar oynayacaq. Amma dərk etmirlər ki, bu oyunların hamısı onların - hayların öz başında çatlayacaq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
|