İrəvana hərbi təxribatlar əmrini kimlər verir? - Dəhlizlə bağlı mübahisələrin qızışdığı ərəfədə...
Tarix: 12-09-2024, 08:29 | Çap et
Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. “Yeni Müsavat” bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Ermənistan Silahlı Qüvvələri bir həftə öncə, sentyabrın 4-də də təxribat törədib, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Analitiklərə görə, bu təxribatların məqsədi bəllidir - Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılmasını mümkün qədər yubatmaq.
Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazda uzunmüddətli sülhə doğru mühüm addımdır...
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib: “Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlərlə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Bu arada İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyada Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün Moskvadadır. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün lazımi işləri gördüyü halda, Rusiyanın da dəhlizin açılması üçün ciddi maneə görmədiyi bir zamanda, İran bugünlərdə “xəyali dəhliz” ifadəsini işlədir...
İran əyalətlərinin Ali Şurasının üzvü Məhəmməd Sadeqi isə deyib ki, İranın geosiyasi sərhədlərinin dəyişdirilməsi heç bir şəkildə qəbuledilməzdir...
Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistan ordusunun Naxçıvan istiqamətində törətdiyi təxribatın bir neçə izahı var. Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistan Fransa və Hindistan tərəfindən silahlandırılır: “Ermənistanın maddi imkanları böyük deyil. Bu silahların əvəzində Azərbaycana qarşı vaxtaşırı təxribatların törədilməsi, eyni zamanda beynəlxalq birlikdə Azərbaycanın fəaliyyətini azaltmaq üçün Ermənistan belə bir öhdəlik götürə bilər. İkinci səbəb Ermənistan Azərbaycanın təklif etdiyi 5 beynəlxalq hüquq prinsipi ilə sülh müqaviləsi üzərində işləyir, ancaq Ermənistan həmin öhdəlikləri öz üzərinə götürmək istəmir. Bu və ya digər formada Azərbaycana qarşı ərazi iddiasını hər zaman gündəmdə saxlamaq istəyir. Paşinyan bir tərəfdən Ermənistan Konstitusiyasının dəyişməsinin vacibliyindən danışır, amma son dövrdə konstitusiyanın dəyişməyəcəyini bildirir. Ermənistan bir tərəfdən özünü "Dağlıq Qarabağ" separatçılarından kənarda saxlamaq istəyir, amma sentyabrın 2-də İrəvanda təntənəli surətdə tədbir keçirdilər. Bütün bunlar onu göstərir ki, Ermənistan hələ sülhə tam hazır deyil. Azərbaycana təzyiq etmək üçün müxtəlif variantlar axtarmağa çalışır. Hərbi təxribatların arxasında siyasi məqsədlər durur. Ermənistanın hərbi potensialı Azərbaycanın hərbi potensialından qat-qat aşağıdır. Hərbi qarşıdurma olarsa, Azərbaycanın dəmir yumruğu ilə Ermənistana verilən cavab 44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatından da ağır ola bilər. Ermənistan hələ də beynəlxalq hüquq normaları çərçivəsində apar bilən dövlət kimi yetişməyib. Ermənistan hələ də bu müstəqilliyin, bu ərazinin tarixin müəyyən dövründə müəyyən qüvvələr tərəfindən bağışlandığını, özgə torpaqda özünə dövlət qurduğunun fərqinə varmır. İstənilən halda Azərbaycan bütün təxribatların qarşısını alır və gələcəkdə də alacaq".
A.Mirzəzadə İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini belə şərh edib: “İran hesab edir ki, Azərbaycan Ermənistan razılaşmasında mütləq iştirak etməlidir. Bunu açıq deməsə də, müxtəlif variantlarla bunu çatdırmağa çalışır. Eyni zamanda İran dəhlizin öz ərazisindən keçməsini istəyir, çünki bu dəhliz çox böyük gəlir gətirəcək regional və beynəlxalq iqtisadi layihədir. Təkcə Azərbaycanın bu hissəsi ilə Naxçıvanı birləşdirən kommunikasiya deyil, Şərqlə Qərbi birləşdirən, yolu qısaldan böyük gəlirli layihədir. Azərbaycan ilk növbədə Ermənistanla sülh müqaviləsi bağlamalıdır. Biz ancaq bu ölkə ilə kommunikasiya ilə bağlı ola bilmərik. Vaxtaşırı İran tərəfdən təxribat olur və münasibətlər uzun müddətə pozulur. Buna görə də Ermənistanla münasibətlərin normal olmasına çalışırıq, gec-tez bu baş tutacaq. Digər tərəfdən, Azərbaycan İran ərazisindən keçməklə tranzit yolunun çəkilməsi üçün saziş imzalayıb. Azərbaycan həm Zəngəzur dəhlizi, həm də İrandan keçən dəhlizdən maksimum istifadə edə bilər. Lakin müxtəlif yollarla xeyri tam üzərinə çəkməyə çalışan, yaxud özünü siyasi güc kimi göstərməyə çalışan qüvvələr var. Hesab edirəm ki, bunun sonu yoxdur. Qafqazda söz sahibi Azərbaycandır. Dəhlizin haradan keçəcəyini Azərbaycan müəyyənləşdirir. Bu məsələ gec-tez həllini tapacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|