“Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                 

ReAL və Klassik Xalq Cəbhəsi partiyalarına kimlər rəhbərlik edəcək? - YENİ GƏLİŞMƏ...
Tarix: 13-09-2024, 08:32 | Çap et
ReAL və Klassik Xalq Cəbhəsi partiyalarına kimlər rəhbərlik edəcək?
ReAL və Klassik Xalq Cəbhəsi partiyalarına kimlər rəhbərlik edəcək?

Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək. Bu barədə “Qaynarinfo”ya açıqlamasında sözügedən partiyanın sədri Mirmahmud Mirəlioğlu deyib.

Sədr bildirib ki, istənilən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır: “Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs - sədr daşıyır. Bu, A variantımızdır. Təbii ki, istefa vermək, özü də istənilən yerdə və istənilən zamanda mümkündür”.

Sədr deyir ki, bu prosesdə ciddi bir məsələ var: “Bizim əvəzimizdən düşünən, bizim əvəzimizdən təkliflər irəli sürən adamlar və istəklər var. Bu arzu və istəklər çox zaman reallığa uyğun olmur”.

Məlum olduğu kimi, Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov istefa verib. O, bu istefanın səbəbi olaraq 1 sentyabrda baş tutan növbədənkənar parlament seçkilərində REAL Partiyasının uğursuzluğunu göstərib.

İlqar Məmmədovun bu addımı ilə bağlı Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Cebheinfo.az-a danışıb. Razi Nurullayev İlqar Məmmədovun istefa verməsini doğru qərar hesab etdiyini deyib: “Zənnimcə, doğru qərardır. Amma təbii ki, bu, mənim subyektiv fikrimdir. Hər partiyanın öz yolu var, istefa, sonra kimin sədr seçilməsi kimi məsələlər ReAL Partiyasının daxili işidir və onların qərarlarına Milli Cəbhə Partiyası və partiyanın başqanı olaraq hörmətlə yanaşıram.

İstənilən halda sədr partiyanın uğurları və uğursuzluqları üçün məsuliyyət daşıyır. Yaxşı haldır ki, İlqar Məmmədov müxtəlif bəhanələr altında özünə haqq qazandırmaq və uğursuzluqda başqalarını günahlandırmaq yolunu seçmədi. Bəlkə bu da bir siyasi mədəniyyət göstəricisidir. Partiya hansı səbəbdən olursa-olsun seçkilərdə məğlub olursa və bunu uğursuzluq kimi qələmə verirsə, günahı birinci özündə axtarmalıdır".

MCP sədri vurğulayıb ki, İlqar Məmmədovun bu cəsarətli hərəkəti təqdirəlayiqdir: “Təəssüflər olsun ki, bir çoxları öz uğursuzluğunu başqalarının çiyninə qoymağı sevir ki, özü suyun üzərində qalsın, batmasın. Ümid edirəm ki, AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli də İlqar Məmmədovun cəsarətinə sahib olub istefaya gedəcəklər. Bu, bütövlükdə Azərbaycanda siyasi proseslərin inkişafına müsbət töhfə vermiş olardı”.

Qeyd edək ki, bu istefa qərarından sonra partiyanın yeni sədrinin kim olacağı müzakirə mövzusuna çevrilib.

Siyasi kulislərdə ReAL Partiyasının yeni sədri olmağa ən iddialı şəxslər olaraq Natiq Cəfərli və Erkin Qədirlinin adı hallanır. Maraqlıdır, ReAL Partiyasının yeni sədri kim olacaq və bununla bağlı qərar nə zaman veriləcək?

Partiyanın icraçı katibi Natiq Cəfərli Cebheinfo.az-a açıqlamasında bildirib ki, bu axşam Siyasi Komitənin iclası keçiriləcək: “Bizim partiyanın nizamnaməsinə əsasən, qurultay Siyasi Komitəni seçir. Partiyanın ali idarəedici orqanı da məhz Siyasi Komitədir. Partiyanın sədrini də Siyasi Komitə təyin edir, sədr isə partiyanın gündəlik fəaliyyəti ilə məşğul olur. İlqar Məmmədov partiya sədrliyindən istefa versə də, Siyasi Komitədə qalacaq. Sadəcə, sədr kimi vəzifəsini icra etməkdən istefa verib.

Siyasi Komitə gələcək addımlarla bağlı qərar verəcək. Siyasi Komitənin istənilən üzvü sədr olmağa layiqdir. Lakin axşam keçiriləcək toplantıda kimlərin sədrlik üçün həvəsi və ya istəyi olsa, onu müzakirə edəcəyik. Çox güman ki, ReAL Partiyasının yeni sədrinin kim olacağı bu gün bəlli olacaq. Lakin bunu Konstitusiya Məhkəməsi parlament seçkilərinin yekun nəticələrini elan edəndən sonra açıqlaya bilərik".

Natiq Cəfərli ReAL Partiyasının sədri ola biləcəyi ilə bağlı iddialara da münasibət bildirib: "Siyasi Komitənin 8 üzvü var və onların hamısı partiya sədri vəzifəsinə layiqdir. Lakin yeni sədrin kim olacağı Siyasi Komitənin qərarından asılı olacaq. Əgər ReAL Partiyasının sədri olma məsuliyyətini mənə vermək istəsələr, bundan imtina etmərəm".

Yada salaq ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin də bir neçə gün əvvəl partiya sədrliyindən istefa verdiyi xəbəri yayılmışdı.

Sonra isə bəlli oldu ki. P.Hüseyn istefa verməyib. “Seçkinin nəticələri ilə əlaqədar məsuliyyət daşıyanlardan biri də siyasi partiya sədri kimi mənəm. Məsələni partiyanın İdarə Heyətində müzakirəyə çıxaracağam. Əksinə, bundan sonra siyasətlə daha geniş şəkildə məşğul olmaq barədə düşünürəm”, - deyə o bildirib.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru