Köhnə partiya sədrlərinin YARPAQ TÖKÜMÜ... - GETSİNLƏRMİ?
Tarix: 17-09-2024, 09:54 | Çap et
 REAL Partiyasının sədri İlqar Məmmədovun istefasından, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin istefa xəbərindən sonra Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun da sədrlikdən gedəcəyi ilə bağlı xəbərlər yayılıb. KXCP sədri istefa qərarı almasında qeyri-adi heç nə olmadığını vurğulayıb: “Bütün təşkilatlarda “A” variantı istefadır. Bu isə partiya məclisinin səlahiyyətindədir. Məclis qərar qəbul etsə, qurultay olacaq. Qurultayda məsələyə baxılacaq. Proses çox sadə görünsə də, hər kəsin arzuladığı kimi deyil”. Başqa bir neçə partiyada sədrlərin istefa qərarına gəlməsinə münasibət bildirməyən Mirmahmud Mirəlioğlu KXCP-yə sədrlik edəcək "N" qədər adam olduğunu deyib. Sədr partiyadan getmək fikrinin olmadığını söyləyib: “Nəyin necə olmasından asılı olmayaraq siyasi fəaliyyətimi davam etdirəcəm”. Qeyd edək ki, sentyabrın 16-da KXCP-da keçirilən iclasda məsələ səsə qoyulsa da, M.Mahmudoğlunun istefa tələbi qəbul olunmayıb. Görünən odur ki, parlament seçkilərində arzulanan nəticələr əldə edə bilməyən bəzi partiya sədrləri istefa etmək niyyətinə düşüblər. Lakin hər partiya məsuliyyəti sadəcə sədrin üzərinə atmaq istəmədiyi üçün rəhbərlərin istefa qərarına "yox" deyirlər. “Borçalı” İctimai Birliyinin keçmiş sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli "Sherg.az"a deyib ki, ümumiyyətlə, Azərbaycanda siyasi partiya və ictimai sektor liderlərinin dəyişmə, yeniləşmə ənənəsi yoxdur. Ekspertin sözlərinə görə, demokratik prinsiplərə söykənsək, müəyyən müddət sonra hər bir insanın öz resursunu xərclədiyini, yenilənmə zərurətinin ortaya çıxdığını söyləyə bilərik:
"Şəxsən mən bu prinsipə riayət edirəm. 10 il Sambo Federasiyasının prezidenti olmuşam. Hardasa, on il Borçalı İctimai Birliyinə sədrlik etmişəm və son vermişəm. O ki qaldı budəfəki seçkilərin nəticələrinə, bu, partiyaların yox, birbaşa ümumi seçki sisteminin məsuliyyətidir. Əgər vəziyyət partiya sədrlərinin yenilənməsinə çağırış kimi başa düşülürsə, bunu alqışlayıram. Yenilənmə mütləqdir, yeni nəfəs gəlməlidir. Fərqli liderlərə sınaq meydanı yaradılmalıdır. Bununla dünya dağılmayacaq ki? Həmin ənənə bizdə olmadığı üçün ortaya neqativlər çıxır. Seçki ibtidaidən aliyə təkamüldür. Mən parlament seçkilərində bir sıra obyektiv səbəblərdən iştirak etmədim və doğru qərar verdiyimi düşünürəm. Hansı partiyalar, onların rəhbərləri seçkilərə qatılıbsa, bu, onların haqqı, hüququdur. Eyniylə bəzi partiya sədrlərinin seçkidən sonrakı istefa qərarı da normal qarşılanmalıdır. Hətta bir partiyanın Ali Məclisinin sədrin istefa qərarını qəbul etməməsinə də təbii yanaşıram. Amma ümumən hesab edirəm ki, mənim də quruculuğunda iştirak etdiyim Klassik Xalq Cəbhəsi Partiyası başda olmaqla digər partiyalarda yenilənməyə böyük ehtiyac var. Söhbət heç kimin şəxsiyyətindən getmir. Hər insan bir müddət sonra yorulur, tükənir. Partiyada yeni nəfəsə, dinamik rəhbərliyə ehtiyac duyulur. Bunlar olmadıqda, partiyalar köhnə qaydalarla idarə olunacaq". Z.Məmmədli vurğulayıb ki, siyasi quruluşumuz demokratiyanı sevməli və qəbul etməlidir: "Demokratiya iqnor olunduqca, sıxışdırıldıqca üçüncü qüvvələrin təsir imkanları genişlənir ki, bu da arzuolunan deyil. Bunu dəyişdirə bilsək, o zaman istefaların da hüquqi-fəlsəfi və legitim əsası olacaq. Arzumuz odur ki, əməli iş olsun, həqiqətən yeni qüvvələr gəlsin, yeni münasibətlər sistemi qurulsun. Mən buna gələcəyə hesablanmış strateji hazırlığın tərkib elementi kimi baxıram".

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
|